Heydər Əliyev siyasəti və 2017 mövzusunda Rəsm və İnşa-yazı müsabiqələri keçirilmişdir - + FOTO (AZpress.AZ - Əlihüseyn Şükürov, Masallı)

“Heydər Əliyev siyasəti və 2017” mövzusunda “Rəsm və İnşa-yazı müsabiqələri keçirilmişdir + FOTO (AZpress.AZ - Əlihüseyn Şükürov, Masallı)

Masallıda ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş “Heydər Əliyev siyasəti və 2017” mövzusunda “Rəsm və İnşa-yazı müsabiqələri keçirilmişdir

 

3 may 2017-ci il tarixdə Masallı rayon Gənclər və İdman İdarəsi və Təhsil şöbəsinin birgə təşkilatçılığı ilə Gənclər Mərkəzində yeniyetmə və gənclər arasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş “Heydər Əliyev siyasəti və 2017” mövzusunda “Rəsm və İnşa-yazı müsabiqələri keçirilmişdir.
Tədbirin açılış mərasimində Masallı rayon Gənclər və İdman İdarəsinin rəisi Camal Manafov çıxış edərək iştirakçıları salamlamış və bildirmişdir ki, ulu öndər Heydər Əliyev XX əsrin ən parlaq simalarından və dahi şəxsiyyətlərindəndir. Ümummilli Lider şərəfli həyat və fəaliyyəti ilə tarixi min illərlə hesablanan, dünyanın zəfər salnaməsinə şanlı səhifələr yazmış qədim bir xalqın simvolu səviyyəsinə yüksəlib. Bu gün qədirbilən hər bir Azərbaycan vətəndaşının qəlbində Ulu Öndərin ölməz obrazı yaşayır.Bu mənada, inşa və rəsm müsabiqəsinin keçirilməsinin əsas məqsədi şagirdlərin fırçası və qələmilə böyük azərbaycanlı, millətin fəxri, milli və mənəvi liderimiz Heydər Əliyevin əmanət qoyduğu müstəqil Azərbaycanın Onun ölməz ideyalarının işığında Azərbaycan Prezidenti İlham Əliyevin müdrik rəhbərliyi sayəsində gələcəyə inamla addımladığını obrazlı şəkildə diqqətə çatdırmaqdır.
Sonda münsiflər heyəti tərəfindən qaliblər müəyyən edilib.
Rəsm müsabiqəsində B.Məmmədov adına Böyük Xocavar kənd tam orta məktəbin şagirdi Qəzənfərova Fatimə Fəyyaz qızı birinci yerə, İ.Zülalov adına Musaküçə kənd tam orta məktəbin şagirdi Həmzalılı Nəzrin Elçin qızı ikinci yerə, Ə.Bəylərbəyov adına Xıl kənd tam orta məktəbin şagirdi Əliyeva Mədinə Qalib qızı üçüncü yerlərə layiq görülüblər.
İnşa-yazı müsabiqəsində yeniyetmələr arasında “Dəfinə-məktəb liseyi”nin şagirdi Əşrəfova Aydan Alxas qızı birinci yerə, , B.Məmmədov adına Böyük Xocavar kənd tam orta məktəbini şagirdi Qəzənfərova Fatimə Fəyyaz qızı ikinci yerə, B.Məmmədov adına Böyük Xocavar kənd tam orta məktəbini şagirdi Feyzullayeva İlqar Anar oğlu üçüncü yerə; gənclər arasında isə Masallı şəhər 1 saylı tam orta məktəbin şagirdi Fətullayeva Fidan Qardaş qızı birici yerə, Kalinovka kənd tam orta məktəbinin şagirdi Əsgərova Elnarə Tehran qızı ikinci yerə, Ə.Bəylərbəyov adına Xıl kənd tam orta məktəbin şagirdi İbayeva Nigar Vüqar qızı üçüncü yerə layiq görülmüşlər
Müsabiqədə qalib gəlmiş bütün iştirakçılar Rayon Gənclər və İdman idarəsi tərəfindən diplomla təltif olunmuşlar.
ƏLİHÜSEYN ŞÜKÜROV.
 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !