Şuşa, biz sənə qayıdacağıq - + FOTO (AZpress.AZ - Əlihüseyn Şükürov, Masallı)

“Şuşa, biz sənə qayıdacağıq” + FOTO (AZpress.AZ - Əlihüseyn Şükürov, Masallı)

3 may 2017-ci ildə Masallı rayon Mərkəzi kitabxanasında 8 may Şuşanın işğal günü ilə əlaqədar tədbir keçirildi.
4 nömrəli Digah orta məktəblə birgə təşkil olunan tədbiri giriş sözü ilə açan kitabxananın direktoru Əlhəddin Nəzərov Şuşa şəhərinin 1992-ci il mayın 8-də erməni qəsbkarları tərəfindən işğal olunduğunu bildirdi.
Məktəbin dil-ədəbiyyat müəllimi Qəni Qəniyev və hərbi hazırlıq müəllimi, əslən Şuşadan olan Rafiq Abbasov çıxış edərək yurdumuzu n cənnət guşəsi olan Şuşa şəhərinin xalqımız üşün ağır itki olduğunu və tezliklə ona qovuşacağımıza inamını ifadə etdi.
Məktəbin 6,7,8 və 9-cu sinif şagirdləri “Azərbaycan” marşının sədaları altında əllərində üçrəngli bayraq səhnəyə daxil oldular.
Sonra Xan Şuşinskinin ifasında “Şuşanın dağları” mahnısı səsləndirildi.
Məktəbin şagirdləri “Şuşa, biz sənə qayıdacağıq” adlanan ədəbi-bədii kompozisiya nümayiş etdirdilər. Xalq şairi Zəlimxan Yaqubun “Bu gecə yuxuma girmişdi Şuşa”, Ozan Arifin “Ya Qarabağ, ya ölüm” şeirlərini söylədilər. Daha sonra ulu öndər Heydər Əliyevin Azərbaycanın müstəqilliyi haqqında dediyi sözlər səsləndirildi.
ƏLİHÜSEYN ŞÜKÜROV.
 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !