Rəhim Kərim oğlu Tağıyevin 100 illiyinə həsr olunmuş tədbir keçirilmişdir - + FOTO (AZpress.AZ - Əlihüseyn Şükürov, Masallı)

Rəhim Kərim oğlu Tağıyevin 100 illiyinə həsr olunmuş tədbir keçirilmişdir + FOTO (AZpress.AZ - Əlihüseyn Şükürov, Masallı)

Masallı şəhər Tarix Diyarşünaslıq Muzeyində Əməkdar müəllim, Böyük Vətən Müharibəsi iştirakçısı, tanınmış mədəniyyət işçisi Rəhim Kərim oğlu Tağıyevin 100 illiyinə həsr olunmuş tədbir keçirilmişdir

 

4 may 2017-ci il tarixdə Masallı şəhər Tarix Diyarşünaslıq Muzeyində Əməkdar müəllim, Böyük Vətən Müharibəsi iştirakçısı, tanınmış mədəniyyət işçisi, bir sıra medalların sahibi Rəhim Kərim oğlu Tağıyevin 100 illiyinə həsr olunmuş tədbir keçirilmişdir.
Masallı rayon icra hakimiyyəti başçısının sərəncamı, "Masallı Ziyalıları" İcyimai Birliyinin təşkilatçılığı ilə tədbiri girş sözü ilə açan "Masallı Ziyalıları" İcyimai Birliyinin sədri Qardaş Fətullayev demişdir ki, ölkəmiz müstəqillik əldə etdikdən sonra mənəvi dəyərlərimizə böyük qayıdış olmuşdur. Ulu öndər Heydər Əliyev xalqın tarixi yaddaşına bağlı olan muzey və abidələrimizə böyük önəm vermişdir.
Möhtərəm Prezidentimiz cənab İlham Əliyev Masallı Dövlət Tarix-Diyarşünaslıq Muzeyinin tikintisi üçün vəsait ayırmış, Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Rafil Hüseynov muzeyin tikilməsinin təşəbbüsçüsü olmuşdur.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev sentyabrın 3-də Masallıya səfəri çərçivəsində Tarix-Diyarşünaslıq Muzeyinin açılışında şəxsən iştirak edib.
Muzeyin üçmərtəbəli yeni binasının inşası üçün Prezident İlham Əliyevin 2013-cü il 11 sentyabr tarixli Sərəncamı ilə 2 milyon manat vəsait ayrılıb.
Qeyd edək ki, Masallı Rayon Tarix-Diyarşünaslıq Muzeyi 1950-ci ildə yaradılıb və şəhər mərkəzindən 16 kilometr məsafədə yerləşən keçmiş məktəb binasında fəaliyyət göstərirdi. Ölkəmizdə muzey işinin yüksək səviyyədə təşkil olunması, bu sahədə daha modern layihələrin tətbiq edilməsi, ən əsası da əhali, xüsusilə də gənclər arasında tariximizə marağın artırılması ilə bağlı həyata keçirilən tədbirlərin geniş vüsət alması Masallı Rayon Tarix-Diyarşünaslıq Muzeyinin də fəaliyyətinin yenidən təşkili, muzeyin təyinatına uyğun yeni binada yerləşdirilməsi zərurətini yaratmışdı. 2014-cü ildə tikintisinə başlanan muzey binasında inşaat işləri bu ilin iyulunda başa çatdırılıb.
Ümumi sahəsi 1861 kvadratmetr olan muzeydə 5 ekspozisiya zalı yaradılıb. Ekspozisiyalarda Masallının tarixi, bu ərazidə tapılan qədim əşyalar, ümumiyyətlə, rayonun həyatı ilə bağlı məlumatlar toplanıb. Muzeydə 7 mindən çox eksponat mövcuddur və onlardan 2 mini ekspozisiya zallarında nümayiş etdirilir. Burada müstəqillik tariximizə xüsusi yer verilib. Müstəqilliyimizin banisi olan xalqımızın ümummilli lideri Heydər Əliyevin və Prezident cənab İlham Əliyevin həyat və fəaliyyətlərini əks etdirən fotolardan ibarət guşələr qurulub. Muzeyin mansar hissəsində rəsm otağı, sərgi zalı, fond otağı, müxtəlif tədbirlərin keçirilməsi üçün nəzərdə tutulan akt zalı da yaradılıb.
Tədbirdə çıxış edənlər-Yeni Azərbaycan Partiyası Masallı Rayon Təşkilatının sədri Seyfəddin Əliyev, tədqiqatçı-tarixçi, Əməkdar müəllim Musarza Mirzəyev, veteran Əli Əlişov, rayon Ağsaqqallar şurasının sədri Ələşrəf Niftiyev, Rəhim müəllimin övladları Süsən və Əntiqə Tağıyevalar və başqaları çıxış edib Rəhim müəllim haqqında xatirələr söyləmiş, Masallı mədəniyyətinə xidmətlərini sadalamış, göstərmişlər ki, Masallı Dövlət Muzeyi Heydər Əliyev və İlham Əliyev siyasətinin dəst- xəttidir.


ƏLİHÜSEYN ŞÜKÜROV. 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !