MASALLIDA TƏDBİR: Müstəqillik memarı, o, Heydər Əliyevdir! - + FOTO (AZpress.AZ - Əlihüseyn Şükürov, Masallı)

MASALLIDA TƏDBİR: Müstəqillik memarı, o, Heydər Əliyevdir! + FOTO (AZpress.AZ - Əlihüseyn Şükürov, Masallı)

Yeni Azərbaycan Partiyasının qurucusu və memarı Ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibəti ilə YAP Masallı Rayon Təşkilatı və Masallı Dövlət Regional Kollec ərazi ilk partiya təşkilatının birgə təşkilatçılığı ilə “Müstəqillik memarı, o, Heydər Əliyevdir” mövzusunda tədbir keçirmişdir.
Tədbiri giriş sözü ilə Masallı Dövlət Regional Kollec ərazi ilk partiya təşkilatının sədri Vidadi Nəzərov açaraq müasir Azərbaycanın memarı Ulu öndər Heydər Əliyevin Azərbaycanın inkişafı üçün gördüyü mühüm işlərdən geniş bəhs edib, bu dahi şəxsiyyətin dövlətçiliyimizin möhkəmləndirilməsində və iqtisadiyyatımızın inkişafında əvəzsiz xidmətlərindən danışıb. Vurğulanıb ki, Azərbaycanı məhv olmaq təhlükəsindən xilas edən Ulu öndər ölkəni xaos və böhrandan qurtardı, vətəndaş müharibəsinin qarşısını aldı, atəşkəsə nail oldu, ölkədə siyasi sabitlik yaratdı. Heydər Əliyevin müdrikliyi, siyasi iradəsi, uzaqgörənliyi nəticəsində digər sahələrdə olduğu kimi, iqtisadi sahədə də genişmiqyaslı islahatlar həyata keçirilib.
Sonra YAP Masallı Rayon Təşkilatının sədri Seyfəddin Əliyev çıxış edərək Ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibətilə silsilə tədbirlərin keçirildiyini və dahi şəxsiyyətin ömür yolunun hər bir azərbaycanlıya örnək olduğunu xatırladıb: “Bu dahi insan Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi, milli lider və xalq məhəbbətini qazanan öndər kimi qalmışdır. Xalqımızın tarixi taleyində, mənəvi, siyasi və ictimai həyatında, dövlət quruculuğunda Onun qədər misilsiz xidmətlər göstərən ikinci dövlət adamı tapmaq mümkün deyildir. Bu mənada O, xalqımızın milli iftixarı, ürəklərimizdə özünə yer tapan milli liderimiz, güvənc yerimiz, qürur duyduğumuz və arxa bildiyimiz böyük Azərbaycanlı idi”. Mənalı ömrünü Azərbaycan dövlətinin möhkəmləndirilməsinə, inkişafına, təhsilinin zənginləşdirilməsinə, gənclərin fiziki və mənəvi tərbiyəsinə həsr edən Heydər Əliyev ölkəmizin bütün sahələrində qazandığı naliyyətlərin ilhamçısı və təşkilatçısıdır. Onun hakimiyyətə gəlişi ilə ölkəmizdə yeni era başlandı. Böyük siyasi şəxsiyyət Heydər Əliyev xalqımızın bütün enerjisini özündə təcəssüm etdirən dahi idi. Xalqın müdrikliyinə inandığı Heydər Əliyev qətiyyəti, cəsarəti, iradəsi, həmişə uşaqlara, gənclərə qayğı ilə yanaşmağın parlaq nümunəsi olmuşdur.
S.Əliyev qeyd etmişdir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə bütün sahələrdə aparılan uğurlu islahatlar, əldə olunan nəticələr xalqın sabaha olan inamını qat-qat artırmış, Heydər Əliyev yolunun layiqincə davam etdirildiyinə, memarı olduğu müstəqil Azərbaycanın etibarlı əllərdə olduğuna möhkəm əminlik yaratmışdır. Ulu öndər Heydər Əliyev siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsini aydın görən xalqımız bu siyasəti yüksək dəyərləndirir və onun ətrafında daha sıx birləşirlər.
Sonra partiya sıralarına yeni qoşulmuş gənc üzvlərə partiya vəsiqələri təqdim edilmiş, rayonun ictimasi-siyası həyatında fərqlənən bir qrup gənclərə YAP Masallı rayon təşkilatının qiymətli hədiyyələri verilmişdir.
Tədbir iştirakçıları Xalq şairi Zəlimxan Yaqubun “Müstəqillik memarı, o, Heydər Əliyevdir” poeması əsasında ədəbi-bədii kompozisiyaya baxmışlar.
ƏLİHÜSEYN ŞÜKÜROV.
 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !