Heydər Əliyev – 94 - + FOTO (AZpress.AZ - Əlihüseyn Şükürov, Masallı)

Heydər Əliyev – 94 + FOTO (AZpress.AZ - Əlihüseyn Şükürov, Masallı)

Müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu ulu öndər Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibətilə Masallı şəhər 1 nömrəli məktəbdə keçirilən tədbirdə təhsil ocağının kollektivi, müəllim və şagirdlər, valideynlər iştirak etmişdir.

 

Tədbiri giriş sözü ilə açan “Tərəqqi” medallı, Əməkdar müəllim Mirqabil Hüseynov ümummilli lider Heydər Əliyevin gənclər siyasətindən, təhsilə, gənc nəslin təlim-tərbiyəsinə verdiyi yüksək qiymətdən danışmışdır. Bildirmişdir ki, bu siyasət ölkə rəhbəri İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

 

Məktəbin tarix müəllimi Sahil Fərzəliyev ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti barədə məruzə etmişdir.

 

Məktəbin IX “a” sinif şagirdi, ulu öndər Heydər Əliyevə həsr olunan inşa müsabiqəsinin qalibi Fidan Fətullayeva çıxış etmişdir.

 

Ulu öndərə həsr olunan şeirlər və mahnılar səslənmişdir.


ƏLİHÜSEYN ŞÜKÜROV. 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !