"Şuşa -Mərdlik Meydanıdır" mövzusunda tədbir keçirildi - + FOTO (AZpress.AZ - Əlihüseyn Şükürov, Masallı) ( YENİLƏNDİ )

"Şuşa -Mərdlik Meydanıdır" mövzusunda tədbir keçirildi + FOTO (AZpress.AZ - Əlihüseyn Şükürov, Masallı) ( YENİLƏNDİ )

"Şuşa -Mərdlik Meydanıdır" Masallı Tarix-Diyarşünaslıq muzeyində

 


6 may 2017-ci il tarixdə Masallı Tarix-Diyarşünaslıq muzeyində "Şuşa -Mərdlik Meydanıdır" mövzusunda tədbir keçirildi.


Tədbirdə Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctumai Birliyinin Masallı rayonu üzrə sədri Nahid Rəhimov , Şuşa şəhər sakini, köçkün Rafiq Abbasov , Müsakücə, Lürən, İsgəndərli ərazilərindən şəhid olmüş oğullarımızın ailə üzüvləri, şəhər məktəblərinin şagirdləri iştirak edirdilər.
Tədbirin sonunda Digah tam orta məktəbinin şagirdləri Şuşaya həsr edilmş bədi kompazisiya nümayiş etdirdilər.


Ə.ŞÜKÜROV.

 

 

***

 

 


REDAKSİYANIN POÇTUNDAN

 

 

Bu nə deməkdir? - "Mərdlik meydanı"nda ermənilərdir?

 

Masallı Tarix-Diyarşünaslıq muzeyinin Şuşanın işğalı ilı bağlı keçirdiyi "dejurnı" tədbir haqda saytınızda verilmiş xəbər məni həddən artıq hiddətləndirdi. Şuşanı 25 ildir ki geri ala bilmirik... Nə səbəbə, hansı namərdlərin, satqınların ucbatından - bu haqda burda geniş təfsilata ehtiyac yoxdur. Çox səbəb olub...Yaxşı, bəs niyə onun işğalı ilə bağlı keçirilən tədbirə müvafiq bir ad verə bilmirik? Heç olmasa, təkrar-təkrar, yüksək pafosla dediyimiz "Şuşa Azərbaycanın müqəddəs şəhəridir", "Şuşa Azərbaycanın gözüdür (ürəyidir və s.)" adı niyə verilməyib tədbirə? ("Şuşa alınmaz qaladır" özünü doğrultmadı...Daha doğrusu, xəyanət üzündən biz doğrulda bilmədik).Tədbirin adını "Şuşa - mərdlik meydanıdır" qoyanda muzey əməkdaşları "bir misqal" da olsa, fikirləşmədilər ki, indi o meydanda biz "mərdlər" yox, ermənilər at oynadır? Belə çıxır ki, Şuşa onlardadırsa, "mərdlər" də onlardır, biz isə indi o meydanda yoxuq deyə, deməli biz namərdik? (Əslində, Şuşaya xilaf çıxmışıq... Bizə nə desələr azdır). Görəsən, Masallı Tarix-Diyarşünaslıq muzeyində bir ayıq-sayıq düşünən əməkdaş tapılmadı ki, qürurumuza toxunmayan bir ad qoyaydılar tədbirə? Nə çətin iş imiş ki? Bəs, ermənilər bunu oxuyub, deməyəcəklər ki, azərbaycanlılar axır ki, özləri də etiraf edib, sözün düzünü dedilər? Yəni ki, Şuşa mərdlərin - ermənilərin meydanıdır? Muzeyin rəhbərliyi hansı düşüncə ilə tədbiri belə bir adla keçirib? RüsVAYçılıqdır, Rasim müəllim. Vallah, rüsVAYçılıqdır, özü də - çox böyük rüs-VAY-çılıq!
Özünüz bilən məsləhətdir, ancaq "devizi" və başlığı xalqımız üçün böyük təhqir olan belə bir xəbəri dərhal çıxartmaq və Masallıya da kəskin fikir, etiraz bildirmək lazımdır.
Bu, daha düzgün olardı!

 

Dərin hörmətlə: Rəhman.
 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !