Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrına Sehrli səslər gələcək... -

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrına “Sehrli səslər” gələcək...

May ayının 4-də saat 16.00-da Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında “Sehrli səslər” (“Magical sounds”) musiqi və rəqs festivalı keçiriləcək. Festival Əməkdar Artist Mircavad Cəfərovun rəhbərlik etdiyi “Cəngi” estrada və folklor rəqs ansamblının təşkilatçılığı ilə baş tutacaq.
Festivalda Bakının “Azəri inciləri”, Tiflisin “Basti Bubu” rəqs və musiqi kollektivləri iştirak edəcəklər.

Azərbaycan Respublikası Təhsil Nazirliyi, Uşaq Yaradıcılıq Mərkəzi və Quba Uşaq Yaradıcılıq Mərkəzinin dəstəyi ilə keçiriləcək festivalın fəxri qonaqları Azərbaycan Respublikasının Əməkdar Artisti Manana Çaparidze və Gürcüstandan gənc musiqiçi Elizabet Qabeçava olacaqlar.

Məlumat üçün bildirək ki, “Cəngi” estrada və folklor rəqs ansamblını mərhum sənətkar Rafiq Babayev yaradıb. Siyavuş Kərimi, Səkinə İsmayılova, Brilyant Dadaşova, Firəngiz Rəhimbəyova həmin dövrdə bu ansamblın solistləri olub. 2002-ci ildən isə tarzən, əməkdar artist Mircavad Cəfərov bu kollektivə rəhbərlik edir.
 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !