ADGTT-nın baş rejissoru Beynəlxalq rejissor laboratoriyasında... -

ADGTT-nın baş rejissoru Beynəlxalq rejissor laboratoriyasında...

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının baş rejissoru, Azərbaycan və Kalmıkiya Respublikalarının Əməkdar İncəsənət Xadimi Bəhram Osmanov növbəti dəfə Beynəlxalq rejissor laboratoriyasında iştirak edəcək.
Beynəlxalq laboratoriya Rusiya Federasiyası Teatr Xadimləri İttifqaının Milli teatrlar kabinetinin Rusiya Teatr Rejissorları Gildiyasının birgə təşkilatçılığı ilə cari ilin may ayının 26-dan – 31-dək Moskvada keçiriləcək.
M.Qorki adına Orenburq Dövlət Dram Teatrının bədii rəhbəri, Xalq Artisti, RF-in Teatr Xadimləri İttifaqının katibi Rifkat İsrafilovun rəhbərliyi ilə baş tutacaq laboratoriyanın bu dəfəki mövzusu “A.P.Çexovun “Üç bacı” pyesinin üzərində iş zamanı tətbiq edilən analiz metodu”dur.
Laboratoriya günlərində (29 may) Valeriy Fokinin sədrliyi ilə Teatr Rejissorları Gildiyasının II Assambleyası keçiriləcək. Assambleya görkəmli rejissor Yuri Lyubimovun anadan olmasının 100 illiyinə həsr olunacaq.
Dərslər RF-in Teatr Xadimləri İttifaqının binasında baş tutacaq.
B.Osmanov Assambleyanın yığıncağında “K.S.Stanislavskinin əməli təliminin ünsiyyət problemi” və “2009-2019-cu illər Azərbaycan teatrı - Beynəlxalq aləmdə: perspektivlər və araşdırmalar” mövzuları ilə çıxış edəcək, həmçinin “Üç bacı” pyesinin təhlili prosesində yaxından iştirak edəcək.
 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !