ADGTT-nın tamaşası Avropa –Azərbaycan Cəmiyyəti nin dərgisində... - + FOTO

ADGTT-nın tamaşası “Avropa –Azərbaycan Cəmiyyəti”nin dərgisində... + FOTO

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında cari ilin aprel ayının 5-də premyerası keçirilmiş “Yarımçıq qalmış” tamaşası “Avropa –Azərbaycan Cəmiyyəti”nin nüfuzlu jurnalı olan “TEAS”da yer alıb.
Yefim Abramov və Leyli Bəyimin birgə qələmə aldıqları əsər 2016-ci ilin aprel ayında cəbhə xəttində gedən döyüşlərdə həyatlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsinə həsr olunub.
Dərginin aprel sayında əsərin müəlliflərindən biri olan Leyla Bəyimin müsahibəsində geniş yer verilən tamaşa haqqında müəllif deyir: “Pyes yazmağı düşündüyüm bir vaxtda yazıçı-ssenarist Yefim Abramovdan məktub aldım. Yaradıcılığımla yaxından tanış olduğunu deyən Abramov bir yerdə əsər yazmağı təklif etdi. Biz birgə 5 əsər hazırladıq ki, həmin əsərlərdən biri Dağlıq Qarabağ mövzusuna həsr olunub. 2016-cı ilin aprel ayında cəbhə xəttində gedən döyüşlərdə şəhid olmuş igidlərimizin xatirəsinə həsr olunmuş tamaşanın premyerası Xalq Artisti Vaqif Əsədovun quruluşunda 2017-ci ilin aprel ayında Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında baş tutdu. Bizim əksər pyeslərimizdə əsas qəhrəman şair olur. Təbii olaraq mənim də qəhrəmanımda bu elementlər var...”
Yaradıcılığa gəlişi, qələmə aldığı şeirlərin əsas mövzusu haqqında danışan müsahib Azərbaycan və Avropa qadının cəmiyyətdə mövqeyinə də toxunub.
Məlumat üçün bildirək ki, Leyla Bəyim Azərbaycan Dövlət Neft Akademiyasının məzunudur. Çex Respublikasında yaşayan həmyerlimiz Azərbaycan Yazıçılar Birliyinin, Çex Respublikasının rusdilli Yazarlar Birliyinin və Avropa Yazarlar Konqresinin üzvüdür. Müəllifin 4 şeirlər kitabı müxtəlif xarici dillərə tərcümə edilib.
Qeyd edək ki, aylıq nəşr olunan və ən son Avropa- Azərbaycan Cəmiyyəti”nin yenilikləri, Avropada ölkəmizlə bağlı baş verən hadisə və siyasi yeniliklərin yer aldığı “TEAS” dərgisindən Dağlıq Qarabağla bağlı ən son irəliləyişlərlə bağlı da məlumat əldə etmək mümkündür.

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !