MASALLI RAYONUNUN ŞATIROBA KƏNDİNDƏ YENİ MƏKRƏB BİNASI AÇILDI - + FOTO (AZpress.AZ - Əlihüseyn Şükürov, Masallı)

MASALLI RAYONUNUN ŞATIROBA KƏNDİNDƏ YENİ MƏKRƏB BİNASI AÇILDI + FOTO (AZpress.AZ - Əlihüseyn Şükürov, Masallı)

Yubiley ovqatı, məktəb fərəhi

 


Mayın 10-da Masallı rayonun Şatıroba kənd ümumi orta məktəbinin yeni binası qarşısında böyük qələbəlik vardı. Üzlərindəki sevinc aydın hiss olunurdu. Axı kəndin tarixində təhsil üçün belə möhtəşəm bina olmayıb. Təhsil ocağının geniş həyəti də səliqə-sahmanlıdır. Yaşıllıq zolaqları, səkilər bu panoramı tamamlayır. Uşaqlar bu gün yeni məktəbdə, geniş, işıqlı otaqlarda dərs keçəcəklər.
Rayon təhsil şöbəsinin müdiri Tariyel Əkbərov şagird və müəllimlərin, valideynlərin sevincinə sevinc qatır:
-Əziz şagirdlər, şatırobalı valideynlər, bu gün ulu öndər Heydər Əliyevin anadan olduğu gündür. Hər yerdə ümummili liderin doğum günü rəngarəng tədbirlərlə qeyd edilir. Sizin üçün də fərəhlidir ki, gün belə möhtəşəm, gözəl məktəb binasında təhsilinizi davam etdirəcəksiniz. Böyük siyasi xadim hakimiyyətə gəldiyi gündən təhsilə önəm verib. Ölkədə hər il onlarca təhsil ocağı tikilir. Bu ənənəni ulu öndərin varisi möhtərəm Prezidentimiz İlham Əliyev cənabları da davam etdirir. Təhsil siyasəti uğurla həyata keçirilir. Yeni dərs ilində 3 məktəb binası qapılarını şagirdlərin üzünə açdı. Bu gün növbə sizindir. Bu gündən işıqlı bir binada elmin əsaslarını öyrənəcəksiniz. Çox mübarəkdir!
Kənd sakini, ağsaqqallar şurasının üzvü Bayraməli Əsgərov sevincini belə ifadə edir:
-Balalarımızın belə işıqlı bir binada oxuyacaqlarını görəndə qəlbim açılır, sevincdən uçuram, kəndin tarixində bəlkə də ilk fərəhli hadisə, yaddaqalan gündür.
Möhtərəm Prezidentimizin dili ilə desək, balalarımız belə gözəl məktəbdə oxuyacaq, müəllimlərimiz gözəl məktəblərdə işləyəcəklər. Qoy balalarımız yaxşı oxusun, xalqa, vətənə layiqli övladlar olsunlar. Kənd sakinləri, müəllim və şagirdlər adından ölkə Prezidenti İlham Əliyev cənablarına minnətdarlıq bildirirəm.
Valideyn Gültəkin Sadıqova deyir ki, fərəhimiz sonsuzdur. Balalarımızı qəzalı bir binaya yola salanda çox narahat olurduq. Möhtərəm Prezidentimizə çox minnətdarıq ki, kəndimizdə belə bir elm, təhsil ocağı tikilib istifadəyə verildi. Bunu heç vaxt yaddan çıxarmayacağıq.
Məktəbin müəlliməsi Ülviyyə Səfərova da sevincini həmkəndlilərin sevincinə qatır:
-Yeni məktəb bizi fərəhləndirir, məsuliyyətimizi artırır. Hər cür şəraiti var. Şagirdlərin dünyagörüşünü artırır, zehinlərinə xoş ovqat hakim olur. Bundan sonra daha da yaxşı işləməliyik. Bir müəllim kimi, təhsil millətin gələcəyidir deyən ümummilli lider Heydər Əliyevin vəsiyyətlərinə əməli işimizlə cavab verəcəyik. Bu tarixi gün heç vaxt yaddan çıxmaz. Belə gözəl hədiyyəyə görə ölkə prezidentinə, rayon rəhbərliyinə minnətdarlığımızı bildiririk.
Məktəbin şagirdləri ulu öndərə həsr edilmiş şeirlərdən parçalar ifa edirlər. Efirdən dahi Heydər Əliyevin səsi eşidilir: “Hər bir xalqın milli mənsubiyyəti onun qürur mənbəyidir. Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən Azərbaycanlıyam”.
Rayon icra hakimiyyətinin başçısı Rafil Hüseynovun da fərəhi aşıb-daşır:
-Bu gün sizin üçün ikiqat bayramdır. Ulu öndərin doğum günü ölkənin hər bölgəsində, hər kəndində təntənə ilə keçirilir. Mən dünyada ölkəsini, xalqını, millətini ulu öndər Heydər Əliyev qədər sevən çox az adam tanıyıram. Belə fərəhli anlarda cismən bizimlə olmasa da ruhən bizimlədir. Azərbaycanın bugünki inkişafı üçün bünövrə yaradan ümummilli lider təhsilimizə də böyük töhfələr vermişdir. Bu gün bu möhtəşəm təhsil ocağının bünövrəsini də o qoyub, o, ərsəyə çatdırıb. Azərbaycanın uğurlarının hamısı böyük öndərin adı ilə bağlıdır. Yeni məktəb heç vaxt yaddan çıxmayacaq. Çünki bu məktəb ulu öndərin doğum günü sizi ağuşuna alıb. Bu təhsil ocağı cənab İlham Əliyevin tapşırığı ilə reallaşıb. Hələ neçə il əvvəl Heydər Əliyev fondunun prezidenti Mehriban xanım Əliyevanın “Yeniləşən Azərbaycana yeni məktəblər” layihəsi bu gün də həyata keçirilir. Hər il ölkəmizdə neçə-necə belə məktəb binası balalarımıza ərməğan edilir.
Sizin üçün də 180 şagird yerlik yeni məktəbin tikintisi bu layihənin əməli göstəricisidir. Siz bugündən daha yaxşı oxumalısınız, müəllimlər davamiyyəti, tədrisin səviyyəsini yüksəltməlidirlər. Bu dünyanın az yerində belə məktəblər tikilir. Hamınızı təbrik edirəm. Bu gün məktəbi qoruyun, yaxşı oxuyun. Bu bina həm də kəndin ictimai-siyasi mərkəzidir. Onunla daim əlaqə saxlayın.
Qarşınızda iki vəzifə durur: Azərbaycana layiq vətənpərvər övladlar yetişdirin. Müəllimlər şagirdlərə elmin çətin yollarında arxa-dayaq olsunlar.
Masallı RİH başçısı cənab Rafil Hüseynov məktəbin lentini kəsir, mübarəkdir, deyir. Təhsi ocağı ilə tanışlıq başlayır. 161 şagirdin təhsili ilə məşğul olacaq 18 müəllim üçün burada hər cür şərait yaradılıb. 9 işıqlı sinif otağı, müəllimlər, direktor, kompüter otaqları, iclas və idman zalı, sanitar qovşaqları, laboratoriyalar, bufet, müəllim və şagird kollektivinin ixtiyarında olacaq. İstilik sistemi qazla işləyəcək.



Əlihüseyn ŞÜKÜROV,
Həsənağa ƏLİYEV. 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !