Bərdə Regional Mədəniyyət və Turizm İdarəsi 18 may – Beynəlxalq Muzeylər Gününü silsilə tədbirlərlə qeyd edir + FOTO ( AZpress.AZ - Maya Quliyeva, Qarabağ )

İlk olaraq 18 may – Beynəlxalq Muzeylər Günü ilə bağlı silsilə tədbirlərə Regional İdarənin Bərdə rayon nümayəndəliyinin tabeliyində olan Bərdə rayon Tarix-diyarşünaslıq muzeyində start verilib. Açıq səma altında baş tutan tədbir "Tariximizi qoruyaq " devizi altında keçirilib. Tədbirdə muzeyin eksponatları, Bərdə rayon MSK -nin kitablardan ibrət sərgisi və Turizm İnformasiya mərkəzinin əl işləridən, o cümlədən məlumatlandırıcı materiallardan ibarət sərgisi böyük maraqla qarşılanıb.
Tədbiri giriş gözü ilə muzeyin direktor əvəzi Mehriban Əliyeva açıb. O Muzeylərin və Beynəlxalq muzeylər gününün yaranma tarixindən danışaraq qeyd edib ki, : - “ Bu bayram bir qayda olaraq xalqlar arasında mədəni mübadilə və əməkdaşlığın inkişafına kömək şüarı ilə keçirilir. Beynəlxalq Muzeylər Gününün əsas məqsədi muzeylərin cəmiyyətin həyatında nə qədər mühüm bir rol oynadığını göstərməkdir. Bu bayram dünyanın 100-dən artıq ölkəsində qeyd edilir. Beynəlxalq Muzeylər Günündə insanlar muzeyləri gəzərək milli mədəniyyət və tarix haqqındakı məlumatlarını daha da zənginləşdirirlər. Hər il müxtəlif devizlərlə keçirilən bu bayram muzey əməkdaşlarını birləşdirir, ictimaiyyətin diqqətini muzeylərə cəlb edir. Bayram günü muzeylər öz qapılarını ziyarətçilərin üzünə açır və yaşından, vəzifəsindən asılı olmayaraq insanlara pulsuz xidmət göstərilir. Tarixi, maddi və mənəvi abidələrlə zəngin olan ölkəmizdə də Beynəlxalq Muzeylər Günü qeyd edilir”.
Bərdə Regional Mədəniyyət və Turizm İdarəsinin Bərdə rayonu üzrə nümayəndəsi Validə Nabatova isə öz çıxışında muzeylərin qorunması və gələcək nəsillərə ötürülməsinin vacibliyindən söz açıb. O qeyd edib ki, - “ Bildiyiniz kimi bu sahəyə dövlət və dövlətçiliyimizin də qayğısı böyükdür. Belə ki, ölkə prezidenti cənəb İlham Əliyev milli-mədəni sərvətlərin qorunması və gələcək nəsillərə çatdırılması işinə xüsusi diqqət göstərərək mədəniyyət sahəsində də yeni mərkəzlərin yaradılmasını, fəaliyyət göstərməsini, millətə xidmət etməsini zəruri sayır”.
Sonra şəhər 1 nömrəli uşaq incəsənət məktəbinin, 5 və 6 nömrəli tam orta məktəblərinin şagirdləri öz rəqsləri və kompozisiyaları ilə çıxış ediblər.
Tədbir rayon ictimayəti, mədəniyyət işçiləri, o cümlədən şəhərin qonaqları tərəfindən böyük maraqla qarşılanıb.

 


***

 


Regional İdarənin Mingəçevir şəhər nümayəndəliyi də 18 may – Beynəlxalq Muzeylər Gününü geniş şəkildə qeyd edib. Belə ki, Mingəçevir şəhər Tarix muzeyində “Muzeylər Tariximizin güzgüsüdür” mövzusunda tədbir təşkil olunub. Tədbir iştirakçıları ilk əvvəl Ulu Öndər Heydər Əliyevin abidəsi önünə tər çiçək dəstələri qoyublar. Sonra muzeyin foyesində 4-cü İslam Həmrəylik Oyunlarına həsr olunmuş rəsm sərgisinə baxış keçirilib.
Tədbiri giriş sözü ilə başlayan müzeyin direktoru Nofər Məmmədəliyev qonaqları salamlayaraq muzeylərin yaranma tarixindən və müasir muzeylərin inkişafından danışıb. Sonra tədbir iştirakçıları muzey əməkdaşları tərəfindən hazırlanmış virtual səyahət çarxına baxmağa dəvət edilib.
Təbrik üçün söz Bərdə Regional Mədəniyyət və Turizm idarəsinin məsləhətçisi, Mingəçevir nümayəndəsi Şəlalə xanım Sadəddinovaya verilib. Şələlə xanım muzey işçilərini təbrik edərək Bərdə Regional Mədəniyyət və Turizm İdarəsinin Rəisi İlyas Hacıyevin təbriklərini iştirakçılara çatdırıb və bir qrup muzey əməkdaşına verilən Fəxri Fərmanı təqdim edib.
Heydər Əliyev mərkəzinin direktoru B.Mustafayev “Muzeylər və müasir gənclik”, Mingəçevir şəhər Tarix muzeyin işçisi N.Musayev “Turizmin inkişafında muzeylərin rolu” mövzusunda çıxışlar ediblər.
Daha sonra Mingəçevir şəhər MKS-nin direktoru E.Babayeva, Ü.Hacıbəyli adına 11 illik musiqi məktəbinin direktoru N.Mirzəyev, muzeydə fəaliyyət göstərən “Muzeyin dostları”, “Muzey sevərlər” klubunun üzvləri də muzey işçilərini təbrik ediblər.

 


***

 


Regional İdarənin Tərtər rayon üzrə nümayəliyi də həmçinin 18 may – Beynəlxalq Muzeylər Gününü qeyd edib. “Muzeylər bizim keçmişimizdir” mövzusunda açıq havada və bina daxilində sərgilənən eksponatlar izləyicilər tərəfindən böyük maraqla qarşılanıb. Sərginin əsas hissəsini rayon əhalisinin muzeyə hədiyyə etdiyi eksponatlar əhatə edib. Nəzərə çatdıraq ki, sərgi zamanı 200-dən çox müxtəlif tipli tarixi eksponat izləyicilərə təqdim olunub. Məlumat üçün bildirilib ki, sərgi günün sonunacan davam etdiriləcək.

 


***

 


18 may – Beynəlxalq Muzeylər Günü Regional İdarənin Yevlax şəhər nümayəndəliyində də qeyd olunub. "Tariximizə böyük məhəbbətlə" adlı tədbir iştirakçılarda böyük ruh yüksəkliyi yaradıb.
Tarix-diyarşünaslıq muzeyinin direktoru Aygün Qasımova Ulu öndər Heydər Əliyevin müdrik kəlamı ilə çıxışına başlayıb : - “Gərək biz tariximizi heç vaxt unutmayaq, onun hər bir səhifəsinə hörmətlə, ehtiramla yanaşaq. Bu tarix öz isti izlərini məhz muzeylərdə saxlayır".
Çıxışına davam edən Aygün xanım qeyd edib ki, : - “Keçmişini bilməyən , bu gününü başa düşməz. Bu baxımdan muzeylər, dünyanın qədimdən gələn real gerçəkliklərini öyrənmək, sabahına da açıq gözlə baxmaq üçün yaradılmış əsl tərbiyyə ocaqlarıdır. Milli, ümumdünya mədəniyyətinin tarixini dərk etmək, onun qədim salnaməsini qoruyub saxlamaq, onu gələcək nəsillərə çatdırmaq muzeylərin, muzey işçilərinin ən ümdə vəzifəsidir. İstər keçmişimizdən bizə yadigar qalan, istərsə də bu günümüzdə hazırlanan sənətkarlıq nümunələrini mühafizə etmək olduqca vacibdir”.
Tədbirdə Yevlax şəhər mədəniyyət işçiləri, MİHİ Yevlax şəhər komitəsinin sədri Zöhrə Adgözəlova və digərləri iştirak edib.
Sonda MİHİ Yevlax şəhər komitəsi muzey işçilərini təbrik edərək müzeyin böyük elmi işçisi Mikayılova Kəmaləni fəxri fərmanla təltif edib.