XƏBƏR SAYTI
AZpress.AZ - VİDEO-FOTO İNFORMASİYA AGENTLİYİNİN XƏBƏR SAYTI
Axtar
Axtar
Youtube Twiter facebook Instagram Home E-mail
AZE
ENG
RUS
AzpressTV

Azərbaycan futbolu tarixində ilk dəfə ölkəmiz bu raundda təmsil olunub. Ardıcıl 4 dəfə ölkə çempionu olan “Qarabağ” qitənin ən nüfuzlu klub turnirində qrupa düşmək uğrunda mübarizədə “Kopenhagen”lə görüşüb. Danimarka təmsilçisi ilə ilk matç Bakıda baş tutub. Çempionlar Liqasının himninin ilk dəfə ölkəmizdə səslənməsi ilə başlayan qarşılaşmanın taleyini 1 qol həll edib. İlk yarıda hesabı açan Mahir Mədətov Tofiq Bəhramov adına Respublika stadionunun tribunalarını dolduran azarkeşləri sevindirib. Bu qol Azərbaycan çempionuna 1:0 hesablı qələbə qazandırıb. Qeyd edək ki, “Qarabağ”la “Kopenhagen” arasında cavab oyunu avqustun 23-də keçiriləcək. Cütün qalibi Çempionlar Liqası, məğlub komanda Avropa Liqasının qrupunda oynayacaq. FOTO ( AZpress.AZ - Nail Əhmədov )
-MƏTBUAT HƏYATI (+TV)
Facebook Twitter Google Myspace
SİFARİŞİNİZİ VERİN...
Mətbuat Şurası KİVDF-nin Müşahidə Şurasının üzvlüyünə namizədlərini müəyyənləşdirdi
Tarix: 19-5-2017 // saat: 13:36   -MƏTBUAT HƏYATI (+TV)
Bu gün Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin ... 
Bu gün Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin növbəti iclası keçirilib. İclasda Şuranın Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının üzvlüyünə namizədlərinin müəyyənləşdirilməsi məsələsi müzakirə edilib.
 
 
MŞ sədri, Milli Məclisin deputatı Əflatun Amaşov gündəlikdə duran məsələ ilə bağlı məlumat verib. O bildirib ki, Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının hazırkı tərkibi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 2013-cü ildə təsdiqlənib. Həmin tərkibin səlahiyyət müddəti başa çatmaqdadır. Eyni zamanda Fondun Nizamnamə tələbinə görə eyni şəxs iki dəfədən artıq Müşahidə Şurasında təmsil oluna bilməz. Buna görə də tərkibdə əsaslı dəyişikliklər nəzərdə tutulub. Ölkə rəhbərliyi tərəfindən Azərbaycan Mətbuat Şurasına KİVDF-nin Müşahidə Şurasına kütləvi informasiya vasitələrindən və jurnalist təşkilatlarından namizədləri müəyyənləşdirmək tapşırılıb. Şura hər zaman olduğu kimi, yenə də bu missiyanı yerinə yetirməlidir.
 
 
Ə.Amaşov həmçinin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə KİVDF kimi vacib qurumun yaradılmasına həssas yanaşdığına görə təşəkkürünü bildirib. O deyib ki, Prezidentin şəxsində ölkə rəhbərliyi hər zaman mediaya diqqət və qayğı göstərməkdədir. «Azərbaycan Respublikasında Kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası»nın qəbulu və sənədə əsasən KİVDF-nin formalaşdırılması jurnalistikanın problemlərinin həllinə konseptual yanaşmanın bariz göstəricisidir.
 
 
MŞ sədri onu da bildirib ki, rəhbərlik etdiyi qurum tərəfindən 9-u kütləvi informasiya vasitələrindən, 9-u isə jurnalist təşkilatlarından olmaqla ümumilikdə 18 nəfərin adı KİVDF-nin Müşahidə Şurasına namizəd kimi irəli sürüləcəkdir. Fondun Nizamnaməsinə əsasən onun tərkibi ümumilikdə 9 nəfərdən ibarət olur ki, bunun da 3-nü KİV-lərdən, 3-nü jurnalist təşkilatlarından, 3-nü isə dövlət orqanlarından olan nümayəndələr təşkil edir. Bu isə o deməkdir ki, Mətbuat Şurasının 18 nəmizədindən yalnız 6-ı Müşahidə Şurasının üzvü olaraq təsdiqlənəcəkdir. Şura öz namizədlərini ölkə rəhbərliyinə təqdim edəcək. Fondun Müşahidə Şurasının tərkibi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən təsdiqlənəcəkdir.
 
 
Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli rəhbərlik etdiyi qurumun ötən müddətdəki fəaliyyət istiqamətləri barədə geniş məlumat verib. O bildirib ki, Fond yarananda onun iş prinsiplərinin müəyyənləşdirilməsi ilə bağlı hər hansı təcrübə yox idi. Qurum paralel olaraq həm bu vəzifəni həyata keçirdi, həm də beynəlxalq təcrübəni öyrəndi. V.Səfərli də öz növbəsində ötən 8 il müddətində Müşahidə Şurasında təmsil olunan hər kəsə təşəkkürünü bildirib, yeni tərkibin də məhsuldar fəaliyyət göstərəcəyinə inandığını deyib, namizədlərə uğurlar arzulayıb.
 
 
MŞ İdarə Heyətinin üzvü, «İki sahil» qəzetinin baş redaktoru Vüqar Rəhimzadə çıxışında 8 il ərzində KİVDF-nin Müşahidə Şurasında təmsil olunduğunu diqqətə çatdırıb. O, ötən müddəti Azərbaycan mediasının inkişafı baxımından vacib mərhələ kimi dəyərləndirib.
 
 
Eyni fikri bölüşən MŞ İdarə Heyətinin üzvü, «525-ci qəzet»in baş redaktoru Rəşad Məcid vurğulayıb ki, KİVDF-nin 8 illik fəaliyyəti nəticəsində xeyli işlər həyata keçirildi. Eyni kursun davam etdirilməsinə ehtiyac var. Buna görə də layiqli namizəd seçimi zəruridir.
 
 
MŞ İdarə Heyətinin üzvü, «Bakı xəbər» qəzetinin baş redaktoru Aydın Quliyev bildirib ki, Fondun Müşahidə Şurasının tərkibinin formalaşdırılmasında Azərbaycan Mətbuat Şurasının mövqeyinin nəzərə alınması quruma olan etimaddır və şübhəsiz irəli sürülən namizədlər bu etimadı doğruldacaqlar.
 
 
MŞ sədrinin müavini, Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Rəhimoğlu da 8 ildə Fondun Müşahidə Şurasının sədri kimi fəaliyyət göstərdiyini diqqətə çatdırıb. U.Rəhimoğlu ötən müddətin həm çoxsaylı qayğılarla, həm də mediamız adına gözəl yaşantılarla yadda qaldığını xatırladıb. Mətbuat Şurasının yeni namizədlərinin başlanılmış yolu ləyaqətlə davam etdirəcəyinə əminliyini bildirən U.Rəhimoğlu İdarə Heyətinin üzvlərini onları dəstəkləməyə çağırıb. Təklif səsə qoyularaq qəbul edilib.
 
 
Müzakirələrdən sonra adları aşağıda qeyd edilən şəxslərin Azərbaycan Mətbuat Şurasının Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının üzvlüyünə namizəd kimi müəyyənləşdirilməsi qərara alınıb:

 
Jurnalist təşkilatlarından:
 
 
Əsgərov Ramiz Baxşəli oğlu, Azərbaycan Jurnalistlər Birliyinin baş katibi;
Verdizadə Seymur Vaqif oğlu, «Jurnalist Araşdırmaları Mərkəzi» İctimai Birliyinin sədri;
Musayev Ceyhun Musa oğlu, «Jurnalist Ekspert Mərkəzi» ictimai birliyinin sədri;
Mirzəyev Ayaz Nizami oğlu, «Azərbaycan Jurnalistlər Şəbəkəsi» ictimai birliyinin sədri,
Rüstəmov Əvəz Cahangir oğlu, «Ruh» Jurnalistlərin Müdafiəsi ictimai birliyinin sədri;
Məmmədli Yadigar Tarix oğlu, Demokratik Jurnalistlər Liqasının sədri;
Mehdiyev Qafar Qələndər oğlu, Araşdırmaçı Jurnalistlər Liqasının sədri;
Eyvazov Elşad Səməndər oğlu, Tərəfsiz Jurnalistlər İctimai Birliyinin sədri;
Əhmədov Xanoğlan Əlüseyn oğlu, «Media və mülki cəmiyyət» İctimai Birliyinin sədri.

Kütləvi informasiya vasitələrindən:
 
 
Həsənov Həsən Zal oğlu, «Xalq qəzeti»nin baş redaktoru;
Oğuz Yunus İsaxan oğlu, «Olaylar» İnformasiya Agentliyinin baş direktoru, «Olaylar» qəzetinin baş redaktoru;
Quliyev Bəhruz Vaqif oğlu, «Səs» qəzetinin baş redaktoru;
Mirzəbəyli Elçin Əbdülrəhim oğlu, «Xalq cəbhəsi» qəzetinin baş redaktoru;
Quliyev Aydın Alıqulu oğlu, «Bakı xəbər» qəzetinin baş redaktoru;
Vəliyev Akif Abduləzim oğlu, «Şərq» qəzetinin baş redaktoru;
Əliyev Namiq Həsən oğlu, «Palitra» qəzetinin baş redaktoru;
Hüseynov İlqar Məmməd oğlu, «Trend» İnformasiya Agentliyinin baş direktoru;
Seyidova Sevinc Məmməd qızı, «Həftə içi» qəzetinin baş redaktoru.
 
Hörmətli oxucu, MƏQALƏYƏ MÜNASİBƏTİNİ YAZ : *
Sayı : (0)
Adınız
E-poçt ünvanınız
Rəy əlavə et
Cod
* (Hörmətli OXUCU!
1. Təqdim olunan materiala münasibətinizi əks etdirən qeyd və məqaləni aşağıdakı foruma daxil olmaqla yerləşdirə bilərsiniz.
2. Daha geniş material yerləşdirmək fikriniz varsa, AzPRESS-Blogsadaxil olub, blogs-səhifənizi açin ve müntəzəm olaraq çıxışlarınızı, fotoreportajlarınızı təqdim edin ... )
XƏBƏR - -MƏTBUAT HƏYATI (+TV)
İlan ovlayan kobra VİDEO
Tarix: 16-8-2017 // saat: 22:15
Dünyanın ən böyük böcəyi VİDEO
Tarix: 16-8-2017 // saat: 22:12
Qadından velosiped üzərində möhtəşəm hərəkətlər VİDEO
Tarix: 16-8-2017 // saat: 22:06
Qadının cəldliyi onu cinayətkarlardan xilas etdi VİDEO
Tarix: 16-8-2017 // saat: 21:51
Ağcabədi rayonunda Seyid Mürsəl Ağa məscidinin tikintisi davam etdirilir + FOTO ( AZpress.AZ - Mais Ibrahimov, Ağcabədi )
Tarix: 16-8-2017 // saat: 01:22
  !  © Müəllif hüquqları qorunur !
Məlumatdan istifadə etdikdə istinad mütləqdir !
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!! 
 
 
SON XƏBƏRLƏR
16.8.2017  22:15
İlan ovlayan kobra VİDEO
16.8.2017  22:12
Dünyanın ən böyük böcəyi VİDEO
16.8.2017  22:06
Qadından velosiped üzərində möhtəşəm hərəkətlər VİDEO
16.8.2017  21:51
Qadının cəldliyi onu cinayətkarlardan xilas etdi VİDEO
16.8.2017  21:33
5 nəfər tərəfindən zorlanan məktəbli qız: “Mən 3 il idi zorlanırdım, amma...
16.8.2017  21:22
QƏDİM TÜRK ABİDƏLƏRİNİ AXTARIŞINA ÇIXAN EKSPEDİSİYA
16.8.2017  20:55
Bu mahnı “Bir an”da hitə çevriləcək FOTO+VİDEO
16.8.2017  20:22
SALAM RUSIYA !..
16.8.2017  20:11
Cavab görüşündə daha diqqəti və dəqiq oynamağa çalışacağıq. Bizi çox ağır 90 dəqiqə gözləyir.
16.8.2017  19:55
"Düşünürəm ki, “Qarabağ” favoritdi”.
16.8.2017  19:33
Binəqədi - Novxanı avtomobil yolunun 11 km-də çökmə hadisəsi
16.8.2017  17:11
Hal hazırda HƏBSDƏ SAXLANILAN FƏRƏH RƏŞADƏTLİ haqqında yeni xəbər var...
16.8.2017  16:33
Aida Eyvazlı : TURAL ŞƏHİD OLANDA NİŞANLI İDİ...
16.8.2017  12:55
Dünən Çempionlar Liqasının pley-off mərhələsinin ilk matçlarına start verilib. + FOTO ( AZpress.AZ - Nail Əhmədov )
16.8.2017  12:15
Bu evin 300 yaşı var amma o müasirliyini hələ də itirməyib + FOTO
16.8.2017  12:13
Aybəniz Haşımova “Qızlar Seminariyası”-nın qonağı oldu + FOTO
16.8.2017  12:11
Ramiz RÖVŞƏN : ANALAR ALDATDI BİZİ
16.8.2017  11:57
“Azərbaycanda qız övladlarının dəyərinin təbliğ edilməsi üçün gənclərin maarifləndirilməsi” layihəsinin multipleyerləri artıq 10 şəhər və rayona səfər ediblər + FOTO
16.8.2017  11:44
Cəbhəboyu zonada yerləşən bölmələrdəki mövcud şərait yoxlanılıb
16.8.2017  11:35
Sosial video çarx: Biganəlik + VİDEO
16.8.2017  11:08
Tullantıların qalaqlanmasına və yandırılmasına görə bələdiyyə sədri cərimələndi
16.8.2017  10:50
Altı ay qarnındakı qayçı ilə yaşadı
16.8.2017  10:37
Dünyanın 15 ölkəsində zəhərli yumurtalar aşkarlandı
16.8.2017  10:19
Gənc debatçılar ilk ingilis dilli yay düşərgəsində iştirak etdilər + FOTO
16.8.2017  09:22
Qərb Universitetinin tələbələri Londonda yay məktəbində
16.8.2017  08:16
Məktəbəhazırlıq qruplarına sənəd qəbulu başlayır
16.8.2017  07:50
Sahibkarlara 4300-dən artıq lisenziya verilib
16.8.2017  01:48
Azərbaycanda istehsal olunan ət və süd məhsullarının Rusiyaya ixrac imkanları genişləndirilir
16.8.2017  01:38
MİLLİ MƏCLİSDƏ KOREYA NÜMAYƏNDƏ HEYƏTİ İLƏ GÖRÜŞ KEÇİRİLDİ
16.8.2017  01:22
Ağcabədi rayonunda Seyid Mürsəl Ağa məscidinin tikintisi davam etdirilir + FOTO ( AZpress.AZ - Mais Ibrahimov, Ağcabədi )
16.8.2017  00:50
Ağcabədi şəhər “Cümə” məscidi dini icmasında “Cəmiyyətdə tolerantlıq ənənələrinin qorunması” mövzusunda tədbir keçirilib + FOTO ( AZpress.AZ - Mais Ibrahimov, Ağcabədi )
16.8.2017  00:28
Bərdə Regional Mədəniyyət və Turizm İdarəsi “12 avqust - Beynəlxalq Gənclər Günü” adlı konsert proqramı təşkil edib + FOTO (AZpress.AZ – Maya Quliyeva, Qarabağ )
16.8.2017  00:01
16 avqustda gözlənilən hava şəraiti
15.8.2017  23:37
Heydər Əliyev Mərkəzinin parkında uşaqlar üçün yaradıcılıq günü keçirilib + FOTO
15.8.2017  23:18
Siqaret tüstüsündən əziyyət çəkənlərə şad xəbər + VİDEO
15.8.2017  16:44
Azərbaycanlı müəllim Kazan Dövlət Universitetində
15.8.2017  16:11
Kəlbəcərli seçicilərin növbəti qəbulu keçirilib.
15.8.2017  15:29
Elşad QOCA : Qəlblərdə yaşayan insan
15.8.2017  10:48
Şakir YAQUBOV : İNSAN VƏ ŞAİR HAQQINDA SÖZ ( XATİRƏ )
14.8.2017  22:26
Kenquru onunla oynamaq istəyən uşağı yumruqla vurdu VİDEO
Arxivə keçid >>>
> AVQUST 2017
Mo Di Mi Do Fr Sa So
31 1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31 1 2 3
MÜƏLLİFLƏRİMİZ (son 10-luq)
»» Aida Eyvazova
»» Nail Əhmədov
»» MAİS İbrahimov (AĞCABƏDİ)
»» Maya Quliyeva
»» Foto Məsləhətçi
»» Ağaddin Babayev ( Lənkəran )
»» Məzahir Süleymanzadə
»» İxtiyar Hüseynli
»» Azər Həsrət
»» LEYLA ƏLİYEVA
Müəlliflər ( ARXİV )
MÜƏLLİFLƏRİMİZ : TƏŞKİLAT-QURUMLAR (son 5-lik)
»» ATGTİ
»» ADU - Azərbaycan Dillər Universitetində
»» PREZiDENT İLHAM ƏLİYEV
»» MEHRİBAN ƏLİYEVA
»» CƏNUB XƏBƏRLƏRİ
Təşkilatlar ( ARXİV )
Sorğular:
Sevimli TELEVİZİYA kanalına SƏS VER...
Rus TV-ləri
ATV
İCTİMAİ
Türk TV-ləri
AzTV
İDMAN
MƏDƏNİYYƏT
XƏZƏR
LİDER
SPACE
ANS
TV -yə BAXMIRAM
Avropa TV kanallar
yerli rayon və şəhər TV kanalı
Amerika TV kanallar
Asiya TV kanallar
Ümumi səslər : 15514
MƏTBUAT
http://sehm.az