Gəncədə Elektron təhsil 2 layihəsi keçirilir - + FOTO

Gəncədə “Elektron təhsil 2” layihəsi keçirilir + FOTO

Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi və Gəncə şəhər Təhsil İdarəsinin təşkilati dəstəyi ilə “Elektron Təhsil 2” layihəsi çərçivəsində gənc müəllimlər üçün “Elektron təhsil” mövzusunda təlimlər təşkil olunur. Təlimlərdə Gəncə şəhərindən 45 məktəbin 70-dən çox müəllimi iştirak edir.


Layihənin əsas məqsədi gənc müəllimləri elektron təhsilin əhəmiyyəti və tətbiqi, təcrübə zamanı yarana biləcək problemlər, eyni zamanda elekton materiallar üzərində redaktə işi aparmaq haqqında məlumatlandırmaqdır.


Layihə rəhbəri Röyal Ağamirzadə bildirib ki, təlimlər Gəncə şəhərində fəaliyyət göstərən 4, 16 və 39 nömrəli məktəblərdə keçirilir. 10 gün davam edən təlimlərdən sonra fəal iştirak edən müəllimlərə sertifikatlar veriləcəyini deyən Röyal Ağamirzadə gələcəkdə “Elektron təhsil 3” layihəsini həyata keçirməyi planlaşdırdığını vurğulayıb.


Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun Elektron Resurslar üzrə məsul şəxsi Tofiq Sadıxov gənc müəllimlər üçün tədris etdikləri fənlərə uyğun elektron resursların hazırlanması mövzusunda praktik təlim-məşğələ də keçirildiyini diqqətə çatdırıb. Tofiq Sadıxov bildirib ki, müəllimlər elektron formada rəy sorğularının, testlərin, resursların hazırlanmasını, hər hansı bir məlumatın elektron formada müasir innovativ texnologiyalardan istifadə etməklə şagirdlərə ötürülməsini və elektron materiallar üzərində redaktə işi aparmağı öyrənəcəklər.

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !