Lənkəran teatrının direktoru: Hər qastrol səfərini növbəti sənət imtahanı kimi dəyərləndiririk - + FOTO ( AZpress.AZ - Ağaddin Babayev, Lənkəran )
XƏBƏR SAYTI
AZpress.AZ - VİDEO-FOTO İNFORMASİYA AGENTLİYİNİN XƏBƏR SAYTI
Axtar
Axtar
Youtube Twiter facebook Instagram Home E-mail
AZE
ENG
RUS
AzpressTV

Prezident İlham Əliyev “Bakı-2017”nin sərbəst güləş yarışlarının ikinci günündə qalib idmançılara medalları təqdim edib + FOTO
FOTO-KİNO-RƏSSAMLIQ
Facebook Twitter Google Myspace
SİFARİŞİNİZİ VERİN...
Lənkəran teatrının direktoru:”Hər qastrol səfərini növbəti sənət imtahanı kimi dəyərləndiririk” + FOTO ( AZpress.AZ - Ağaddin Babayev, Lənkəran )
Tarix: 19-5-2017 // saat: 20:01   FOTO-KİNO-RƏSSAMLIQ
Ağaddin Babayev ( Lənkəran )
Lənkəran Dövlət Dram Teatrının truppası İran İslam Respublikasına ... 
Lənkəran Dövlət Dram Teatrının truppası İran İslam Respublikasına qastrol səfərinə hazırlaşır. Teatrın direktoru Tofiq Heydərovla görüşüb səfər öncəsi ona bir neçə sualla müraciət etdik.
– Tofiq müəllim, bu, gərək ki, teatrınızın İrana ikinci qastrol səfəridir?

– Elədir ki, var. Biz ötən ilin dekabrında qonşu ölkənin Rəşt şəhərində birhəftəlik qastrol səfərində olduq və Bəhram Beyzayinin “İlan Sultan” tamaşası ilə çıxış etdik. Tamaşamız iranlı sənətsevərlər tərəfindən gözlənildiyindən də artıq yüksək səviyyədə qarşılandı. Məlumat üçün bildirim ki, Gilan vilayətinin mərkəzi sayılan Rəşt şəhərinin əhalisinin əksəriyyətini fars və giləklər təşkil etməsinə baxmayaraq, onların bizə olan münasibətində səmimilik, xoş qonaqpərvərlik duyurduq. Şəhərin küçə və meydanlarında tamaşamızın afişaları asılmışdı. Yol boyu üz-üzə gəldiyimiz, qarşılaşdığımız yerli sakinlər rəğbət hislərini ifadə edərək, həvəslə truppamızla xatirə şəkli çəkdirirdilər. Qısası, biz həmin səfərdən yüksək əhval-ruhiyyə ilə Vətənə qayıtdıq.
Budəfəki qastrol səfərinə dəvəti isə İran İslam Respublikasının Dram Sənəti Mərkəzindən almışıq. Mayın 22-dən 29-a kimi nəzərdə tutulan səfər zamanı qonşu ölkənin Parsabad və Ərdəbil şəhərlərində yenə də B.Beyzayinin “İlan Sultan” tamaşası ilə çıxış edəcəyik.
– Tofiq müəllim, təəccüblüdür, truppanız İranda keçirilən Beynəlxalq Fəcr Teatr Festivalında da məhz “İlan Sultan” tamaşası ilə çıxış etmişdi, elə deyilmi?
– Bəli, düz deyirsiniz. “İlan Sultan” əsəri teatrımızın səhnəsində 2015-ci ilin dekabrında iranlı rejissor Xeyrullah Təğiyənipurun quruluşunda tamaşaya qoyulub. 2016-cı ilin yanvar ayında isə biz bu tamaşa ilə İran İslam Respublikasında keçirilən 34-cü Beynəlxalq Fəcr Teatr Festivalı çərçivəsində iki dəfə Təbrizdə, bir dəfə isə Məşhəd şəhərində çıxış etdik. Dünyanın 30-a yaxın teatr truppasının iştirak etdiyi bu sənət yarışmasında tamaşamız böyük uğur qazandı. Bizə festivalın diplomu və xatirə hədiyyəsi təqdim olundu. Tamaşanın quruluşçu rejissoru Xeyrullah Təğiyənipur isə “Ən yaxşı rejissor işi” nominasiyasının qalibi oldu.
Bu tamaşa barədə İranın kütləvi-informasiya vasitələrində, radio və televiziya kanallarında çoxlu məlumat getdiyindən az qala qonşu ölkənin ən ucqar bölgələrində də “İlan Sultan”dan danışırlar. Qastrol səfərindən öncə iranlı həmkarlarımızla danışıqlar aparılarkən onlar israrla “İlan Sultan” tamaşasını bir daha gətirib oynamağımızı xahiş etdilər. Biz də böyük məmnuniyyətlə həmin tamaşanı yenidən özümüzlə aparmağı qarşımıza məqsəd qoymuşuq. Tamaşada iştirak edən aktyorlardan bir neçəsi müəyyən səbəblərdən teatrdan getdiyi üçün onların yerinə digər ifaçıları cəlb etmişik. İnamla deyə bilərəm ki, aktyorlarımız öz rollarını hər dəfə yüksək şövqlə oynamaqla, üzərlərinə düşən vəzifənin öhdəsindən layiqincə gəlməyi bacarırlar. Ümumiyyətlə biz hər qastrol səfərini növbəti sənət imtahanı kimi dəyərləndiririk. Heç şübhəsiz ki, bu dəfə də belə olacaq.
Onu da deyim ki, İrana səfərimiz bununla bitməyəcək. Avqust ayında Tehran şəhərində keçiriləcək ənənəvi “Adət və Ənənə Teatr Festivalı”na da dəvət olunmuşuq. Qayıdandan sonra gərək bu barədə düşünək.
Oktyabr ayının ikinci ongünlüyündə isə Qazaxstana qastrol səfərinə getməyi nəzərdə tutmuşuq. Qısası, qarşıda görüləcək işlərimiz çoxdur.
– Bəs teatrın cari planları nə yerdədir? Yaxın vaxtlarda tamaşaçılara nələri vəd edirsiniz?
– Bir müddət öncə yerli yazar Hafiz Mirzənin “Ay lolo və ya moskvalı gəlin” komediyasını təhvil verdik. Tamaşa böyük əks-sədaya səbəb oldu. Hazırda teatrda paralel olaraq daha iki səhnə əsərinin – italyan dramaturqu Lüidci Lunarinin “Üç nəfər yelləncəkdə” və Rövşən Ağayevin “Bir gecənin nağılı” əsərləri üzərində iş gedir. Bu il həmçinin J.B.Molyerin “Jorj Danden”, Ə.Haqverdiyevin “Xortdanın cəhənnəm məktubları”, M.Musabəylinin “Toy səyahəti” və daha bir neçə uşaq əsərini tamaşaya hazırlamağı planlaşdırmışıq.
Söhbəti apardı:
Ağaddin BABAYEV,
Lənkəran.
 
Hörmətli oxucu, MƏQALƏYƏ MÜNASİBƏTİNİ YAZ : *
Sayı : (0)
Adınız
E-poçt ünvanınız
Rəy əlavə et
Cod
* (Hörmətli OXUCU!
1. Təqdim olunan materiala münasibətinizi əks etdirən qeyd və məqaləni aşağıdakı foruma daxil olmaqla yerləşdirə bilərsiniz.
2. Daha geniş material yerləşdirmək fikriniz varsa, AzPRESS-Blogsadaxil olub, blogs-səhifənizi açin ve müntəzəm olaraq çıxışlarınızı, fotoreportajlarınızı təqdim edin ... )
TƏŞKİLATLAR - Ağaddin Babayev ( Lənkəran )
Lənkəran teatrının direktoru:”Hər qastrol səfərini növbəti sənət imtahanı kimi dəyərləndiririk” + FOTO ( AZpress.AZ - Ağaddin Babayev, Lənkəran )
Tarix: 19-5-2017 // saat: 20:01
Narkomaniyanın acı fəsadlarına həsr olunmuş maarifləndirici tədbir + FOTO ( AZpress.AZ - Ağaddin Babayev, Lənkəran )
Tarix: 18-5-2017 // saat: 16:57
Astarada Bilik Evinin açılışı olub + FOTO ( AZpress.AZ - Ağaddin Babayev, Lənkəran )
Tarix: 13-5-2017 // saat: 12:22
Lənkəranda maarifləndirici tədbir keçirilib + FOTO ( AZpress.AZ - Ağaddin Babayev, Lənkəran )
Tarix: 11-5-2017 // saat: 18:22
Lənkəranda maarifləndirici tədbir keçirilib + FOTO ( AZpress.AZ - Ağaddin Babayev, Lənkəran )
Tarix: 5-5-2017 // saat: 19:50
ARXİVƏ BAX »»
XƏBƏR - FOTO-KİNO-RƏSSAMLIQ
Qartal qürurlu döyüşçü aktyor ! + FOTO ( AZpress.AZ - Minə Türksoy , Rüstəm İsmayılov )
Tarix: 22-5-2017 // saat: 20:01
“Ortaq qaynaqdan çeşidli yollar” mövzusunda II Beynəlxalq “Türk dünyasının ortaq dili – naxışlar” simpoziumu öz işinə başladı + FOTO ( AZpress.AZ - Rüstəm İsmayılov )
Tarix: 22-5-2017 // saat: 19:54
IV İslam Həmrəyliyi Oyunları - Sərbəst Güləş + FOTO ( AZpress.AZ - Dilavər Nəcəfov )
Tarix: 22-5-2017 // saat: 18:28
Füzuli rayonunda yetişdirilən xiyar bitkisinin yığımına başlanılıb + FOTO ( AZpress.AZ - Mais İbrahimov, Ağcabədi )
Tarix: 22-5-2017 // saat: 16:53
"Uşaqlar ilk hissədə 2 qol vurandan sonra bir az boşaldılar. Lakin onlar hiss edirdilər ki, oyunu udmaq lazımdır" + FOTO ( AZpress.AZ - Nail Əhmədov )
Tarix: 22-5-2017 // saat: 12:28
  !  © Müəllif hüquqları qorunur !
Məlumatdan istifadə etdikdə istinad mütləqdir !
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!! 
 
 
SON XƏBƏRLƏR
22.5.2017  22:28
Türkiyədə dövlət çevirilişinə cəhd edənlərə məhkəmə zamanı xalqın reaksiyası VİDEO
22.5.2017  22:21
Qorxunc ilan zarafatı VİDEO
22.5.2017  22:12
Bufaloların intiqamı VİDEO
22.5.2017  21:59
İlanlarla yaşayan ailə VİDEO
22.5.2017  20:55
Makronun qələbəsi: geosiyasi və daxili ziddiyyətlərin fonunda
22.5.2017  20:48
“GÜLGƏZ NƏNƏNİ NECƏ ÖLDÜRDÜLƏR?.”
22.5.2017  20:40
Üzeyir Cəfərov : ... bizi ya vurub öldürəcəklər, ya da ...
22.5.2017  20:28
“Laçın, səndə nələr qaldı...”adlı tədbir keçirildi + FOTO
22.5.2017  20:23
Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyası “Açıq qapı” günləri elan edir!
22.5.2017  20:17
Musiqili Teatrda aktyor Ağarəfi Rəhimovun xatirəsi anıldı
22.5.2017  20:13
Bank BTB-nin MasterCard sahiblərinə yeni müjdə!
22.5.2017  20:01
Qartal qürurlu döyüşçü aktyor ! + FOTO ( AZpress.AZ - Minə Türksoy , Rüstəm İsmayılov )
22.5.2017  19:54
“Ortaq qaynaqdan çeşidli yollar” mövzusunda II Beynəlxalq “Türk dünyasının ortaq dili – naxışlar” simpoziumu öz işinə başladı + FOTO ( AZpress.AZ - Rüstəm İsmayılov )
22.5.2017  19:44
Mədət Quliyev ermənilərə satılanlardan DANIŞDI
22.5.2017  18:57
Azərbaycanın Milli Qəhrəmanı Elşad Hüseynovun xatirəsinə həsr olunmuş Bilik Yarışması oldu + FOTO
22.5.2017  18:55
AMEA Yüksək Texnologiyalar Parkının direktoru İslam İnkişaf Bankı İdarə Heyətinin 42-ci toplantısında iştirak edib
22.5.2017  18:42
Əliş Əvəz : Bir cüt zəvvar haqqa doğru yol gedir ( Əflatun Amaşova həsr olunur )
22.5.2017  18:33
ADMİU-nun professor-müəllim və tələbə heyəti “Azərbaycanşünaslığın aktual problemləri: əsas iqtiqamətləri və perspektivlər” adlı elmi-nəzəri konfransda + FOTO
22.5.2017  18:28
IV İslam Həmrəyliyi Oyunları - Sərbəst Güləş + FOTO ( AZpress.AZ - Dilavər Nəcəfov )
22.5.2017  17:48
Azərbaycanlı bəstəkarın mahnısı türk serialında səsləndiriləcək + FOTO
22.5.2017  17:35
"Azərbaycan muğamının şahzadəsi" iranlı xanəndəylə bir səhnədə + FOTO
22.5.2017  17:23
“MUSİQİLİ FASİLƏ”
22.5.2017  17:08
Rusiyadan Azərbaycana “SÜLH OLMAYACAQ” mesajı: Müharibə yaxınlaşır? + FOTO
22.5.2017  16:53
Füzuli rayonunda yetişdirilən xiyar bitkisinin yığımına başlanılıb + FOTO ( AZpress.AZ - Mais İbrahimov, Ağcabədi )
22.5.2017  16:36
Bakıda Brüs Li ilə görüşmək üçün izdiham olub + FOTO + VIDEO
22.5.2017  16:05
Tarix İnstitutunda skiflərin Azərbaycan tarixindəki roluna həsr olunmuş doktorluq dissertasiyası müzakirə edilib
22.5.2017  15:34
Nərimanov rayonunda “Məktəblilərin ictimai fəallığının artırılması və ekoloji aksiyaların təşkili” layihəsi çərçivəsində növbəti tədbir keçirilib. + FOTO
22.5.2017  15:10
Norveçin “Oslo Kammerakademi” ansamblının solistlərinin ustadlıq dərsləri keçirilmişdir. + FOTO
22.5.2017  14:51
Azərbaycan və Gürcüstan Müdafiə nazirlərinin görüşü keçirilib + FOTO
22.5.2017  14:42
Azərbaycanın müdafiə naziri Gürcüstanda şəhid ailələri və icma üzvləri ilə görüşüb + FOTO
22.5.2017  14:31
Azərbaycan Respublikası Müdafiə nazirinin Gürcüstana rəsmi səfəri başlayıb
22.5.2017  14:26
Əməliyyat İmkanları Konsepsiyası bölüyünün NATO qiymətləndirmə təlimi keçirilib + FOTO
22.5.2017  14:23
Almaniyanın Zigen Universitetinin nümayəndələri Odlar Yurdu Universitetində qonaq olmuşdur
22.5.2017  14:21
Azərbaycan hərbçiləri “Beynəlxalq Ordu Oyunları - 2017” yarışlarının beş müsabiqəsində iştirak edəcək
22.5.2017  14:15
Hərbi Akademiyanın Xarici dil və tərəfdaşlıq Mərkəzində buraxılış mərasimi keçirilib + FOTO
22.5.2017  14:09
Milli Şuranın sədri Səudiyyə Ərəbistanda keçirilən İslam İnkişaf Bankı Qrupunun Gənclər Sammitində iştirak edib.
22.5.2017  14:04
Futbol üzrə Azərbaycan millisi IV İslam Həmrəyliyi Oyunlarının çempionu olub + FOTO
22.5.2017  13:57
Birinci vitse-prezident Mehriban Əliyeva və ailə üzvləri İslamiada çərçivəsində qadın güləşçilərin mübarizəsini izləyiblər + FOTO
22.5.2017  13:10
Prezident İlham Əliyev Səudiyyə Ərəbistanına səfərə gəlib + FOTO
22.5.2017  13:09
“Proqram mühəndisliyinin aktual elmi-praktiki problemləri” I respublika konfransı keçirilib + FOTO
Arxivə keçid >>>
> MAY 2017
Mo Di Mi Do Fr Sa So
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31 1 2 3 4
MÜƏLLİFLƏRİMİZ (son 10-luq)
»» Rüstəm İsmayılov
»» Minə Türksoy
»» Dilavər Nəcəfov
»» MAİS İbrahimov (AĞCABƏDİ)
»» Nail Əhmədov
»» Nəriman İsmayılov
»» Əbülfət MƏDƏTOĞLU
»» Maya Quliyeva
»» Aida Eyvazova
»» LEYLA ƏLİYEVA
Müəlliflər ( ARXİV )
MÜƏLLİFLƏRİMİZ : TƏŞKİLAT-QURUMLAR (son 5-lik)
»» Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (ARGTMŞ)
»» MEHRİBAN ƏLİYEVA
»» PREZiDENT İLHAM ƏLİYEV
»» ADU - Azərbaycan Dillər Universitetində
»» Gənclər üçün Təhsil Mərkəzi
Təşkilatlar ( ARXİV )
Sorğular:
Sevimli TELEVİZİYA kanalına SƏS VER...
Rus TV-ləri
ATV
XƏZƏR
İCTİMAİ
LİDER
İDMAN
SPACE
ANS
AzTV
MƏDƏNİYYƏT
Türk TV-ləri
TV -yə BAXMIRAM
Avropa TV kanallar
yerli rayon və şəhər TV kanalı
Amerika TV kanallar
Asiya TV kanallar
Ümumi səslər : 15295
MƏTBUAT
http://sehm.az