"Uşaqlar ilk hissədə 2 qol vurandan sonra bir az boşaldılar. Lakin onlar hiss edirdilər ki, oyunu udmaq lazımdır" - + FOTO ( AZpress.AZ - Nail Əhmədov )

"Uşaqlar ilk hissədə 2 qol vurandan sonra bir az boşaldılar. Lakin onlar hiss edirdilər ki, oyunu udmaq lazımdır" + FOTO ( AZpress.AZ - Nail Əhmədov )

Bu sözləri 23 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Yaşar Vahabzadə IV İslam Həmrəyli Oyunlarının final oyununda Oman yığması üzərində 2:1 hesablı qələbədən sonra söyləyib.

 

57 yaşlı mütəxəssis qarşılaşmadan sonra təşkil edilən mətbuat konfansında jurnalistlərin suallarını da cavablandırıb.

 

- Üstünlüyü əldən verəcəyinizdən qorxmurduz ki?
- Qorxu hissi var idi. Hesabı qorumaq üçün əzmkarlıq göstərdilər.
- İslamiadadakı bu uğuru Azərbaycan futbolunun ən böyük nailiyyəti adlandırmaq olar?
- Bu gün adlandırmaq olar. Lakin gələcəkdə daha da yaxşı nəticələr ola bilər.
- Hər bir əsgər general olmaq istəyir. Soz necə, əsas milli komandaya rəhbərlik etmək istərdiniz?
- Məndə elə bir iddia olmayıb. Hansı sahəni həvalə edirlərsə, özümü doğrultmağa çalışıram. - İslamiadanın səviyyəsi sizi qane edir?
- Əlbəttə.
- Hansı oyunçunu turnirin ən yaxşısı adlandırardınız?
- Futbol kolleltiv oyundur. Hər bir oyunçu bacardığı qədər komandaya kömək göstərməyə çalışdı.
- Hansı oyun daha çox çətin keçdi?
- Final oyununu deyərdim. Çünki təzyiq çox idi. 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !