Futbol üzrə Azərbaycan millisi IV İslam Həmrəyliyi Oyunlarının çempionu olub - + FOTO

Futbol üzrə Azərbaycan millisi IV İslam Həmrəyliyi Oyunlarının çempionu olub + FOTO

Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən final görüşündə Azərbaycan milli komandası Oman yığmasına 2:1 hesabı ilə qalib gələrək İslamiadanın qızıl medalını qazanıb.

 

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, IV İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva və ailə üzvləri final matçına baxıblar.

 

Əvvəlcə hər iki ölkənin dövlət himnləri səsləndirilib.

 

Görüşə fəal başlayan Azərbaycan millisi 17-ci dəqiqədə istəyinə nail olub. Millimizin futbolçusu Mahir Mədətov rəqib komandanın qapısına yol taparaq komandamızı hesabda önə çıxarıb – 1:0. Qarşılaşmanın 22-ci dəqiqəsində komandamız ikinci topu rəqib qapısından keçirməyə yaxın olsa da, top çərçivədən keçməyib. Oman millisinin qapısına təyin olunmuş cərimə zərbəsini Mahir Mədətov dəqiq yerinə yetirə bilməyib. Lakin beş dəqiqə sonra Mahir Mədətov özünün və komandasının ikinci qolunu vurub – 2:0.

 

Oyunun qəhrəmanına çevrilmiş Mahir Mədətovun 37-ci dəqiqədə güclü zərbəsi qapı çərçivəsinə tuş gəlib. Oman millisinin cəhdlərinə baxmayaraq, ilk hissə Azərbaycan millisinin 2:0 hesablı üstünlüyü ilə başa çatıb.

 

Gürcüstanlı baş hakim Giorgi Kruaşvilinin idarə etdiyi oyunda omanlı futbolçular ikinci hissəyə daha fəal başlayıblar. Qarşılaşmanın 56-cı dəqiqəsində rəqib komandanın futbolçusu Salaah Əl-Yahyai hesab arasındakı fərqi azaldıb – 2:1. İki dəqiqə sonra omanlı futbolçu qapıçımız Şaxrudin Maqomedaliyev ilə təkbətək çıxsa da, qolkiperimiz dueldən qalib ayrılıb və hesabın dəyişməsinə imkan verməyib.

 

Komandaların cəhdlərinə baxmayaraq, oyunun sonunadək hesab dəyişməyib. Beləliklə, Oman millisini 2:1 hesabı ilə məğlub edən Azərbaycan yığma komandası IV İslam Həmrəyliyi Oyunlarının çempionu olub.

 

Qeyd edək ki, millimiz qrup mərhələsində Səudiyyə Ərəbistanı yığmasını 2:0 hesabı ilə məğlub edib. Kamerun və Mərakeş yığmaları ilə oyunda hesab açılmayıb. Yarımfinala vəsiqə qazanan Azərbaycan millisi bu mərhələdə Əlcəzairdən üstün olub – 2:0. 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !