Bakıda beş ölkənin mədəniyyət günləri keçirilib - + FOTO

Bakıda beş ölkənin mədəniyyət günləri keçirilib + FOTO

Milli Turizm Təbliğat Bürosunun IV İslam Həmrəylik Oyunları çərçivəsində keçirdiyi silsilə tədbirlər məşhur türkiyəli ifaçı Burak Kutun solo konserti ilə başa çatıb.


Mayın 13-dən 21-ə qədər Büro İslam Həmrəyli Oyunlarında iştirak edən dövlətlərin mədəniyyət günlərini, Heydər Əliyev Beynəlxalq hava limanında yarışa gələn heyətlərin qarşılanma mərasimini, Atletlər Kəndində konsert proqramlarını təşkil etmişdi.


Mayın 13-də Sabir bağında İran mədəniyyət günləri keçirildi. Tədbir mayın 14-də Nizami küçəsində davam etdirildi.


Mayın 14-də Sabir bağında İndoneziya və Malayziyanın mədəniyyət günü təşkil olundu. Mayın 19-da Misirin, 20-21-də isə Türkiyənin mədəniyyət günləri keçirildi.


Bütün tədbirlər adı çəkilən ölkələrin diplomatik nümayəndəlikləri ilə birlikdə təşkil olunmuşdu.


Büro tərəfindən idmançıların qaldığı Atletlər Kəndinin açılışı (11 May), oyunların ulduz səfirləri ilə görüş (15 May) əsnasında, eyni zamanda idmançılar üçün 17 May və 19 May tarixlərində maraqlı musiqili proqramlar təşkil edilmişdir.


Nümayəndə heyətlərinin rəhbərləri üçün 19 May tarixində xüsusi ziyafətdə də Büro tərəfindən təşkil edilmişdi.


Əlavə edək ki, 13-14 May tarixlərində Beynəlxalq Hava Limanında oyunlara qatılan idmançı komandaların təmtəraqlı qarşılanıb-yola salınması Milli Turizm Təbliğat Bürosunun İslam Həmrəyliyi Oyunları zamanı həyata keçirdiyi tədbirlərə aid edilməlidir. 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !