Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının tələbələri IV İslam Həmrəylik Oyunlarında 34 medal qazandı -

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının tələbələri IV İslam Həmrəylik Oyunlarında 34 medal qazandı

27 medal isə Akademiyanın məzunları tərəfindən qazanılmışdır

 

27 may 2017-ci il tarixində Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında IV İslam Həmrəylik Oyunlarında qalib gəlmiş Akademiyanın tələbə idmançıları ilə görüş keçirildi.

 

Görüşü açan Akademiyanın rektoru Fuad Hacıyev iştirakçıları salamlayıb, onları səmimi qəlbdən təbrik etdi: “Bu il Vətənimiz idman arenasında növbəti uğura imza atdı. Bu oyunlarda dünyanın 50 ölkəsindən çox peşəkar idmançıları iştirak etdi və buna baxmayaraq, bizim idmançılar yenə də parlaq nəticələr göstərdi. Qazanılan 75 qızıl, 50 gümüş, 37 bürünc medalların arasında sizin də uğurunuz var. Sizin uğurunuz – bizim uğurumuzdur! Bu gün biz sevinc hissi ilə deyə bilərik ki, sizin hər biriniz ölkəmizi layiqincə təmsil etdiniz. Sizin qələbələrinizlə biz fəxr edirik, sizin nümunəniz digər idmançılar üçün idmanın zirvələrini fəth etmək üçün çox yaxşı bir stimuldur“.

 

IV İslam Həmrəylik Oyunları zamanı Akademiyada oxuyan tələbə və buranı bitirən məzunların nəticələri doğrudan da tədqirə layiqdir. Belə ki, ölkəmizi təqdim edən idmançıların arasında 22 məzun (19 oğlan, 3 qız) 19 qızıl, 4 gümüş, 4 bürünc medal olmaqla cəmi 27 medal qazanmışlar. Tələbələrə gəldikdə, 28 tələbə (21 oğlan, 7 qız) 19 qızıl, 7 gümüş və 8 bürünc medal olmaqlacəmi 34 medal qazanmışlar.

 

Tədbir zamanı medal qazanan tələbələr Akademiya tərəfindən “Fəxri Fərman” və xatirə hədiyyələri ilə təltif olundular. İdmançı tələbələr onlara verilən yüksək qiymətə görə Akademiyanın rəhbərliyinə təşəkkürlərini bildirdilər.

 

Görüşün sonunda xatirə şəkli çəkildi.
 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !