Fazil Mustafa : - "Müstəqilliyimizin dəyərini bilməliyik"

Fazil Mustafa : "Müstəqilliyimizin dəyərini bilməliyik"

"Müstəqilliyin dəyərini bilmək üçün başqa xalqların müstəqillik uğurunda mübarizə tarixinə baxmaq lazımdır. Görürsünüz ki, illərlə çöllərdə, dağlarda mübarizə aparan xalqlara müstəqil olmaq, xəritədə öz rəngi ilə tanınmaq nəsib olmur. Lakin bu bizə nəsib olub və bunun dəyərini bilməliyik". Bunu Milli Məclisin deputatı Fazil Mustafa deyib.


Deputatın sözlərinə görə, hər kəs vətən üçün ciddi fəaliyyət göstərməlidir: "Azərbaycan cəmiyyəti müstəqilliyin tam mənada nə qədər böyük nemət olduğunu zamanında mənimsəsə idi, Dağlıq Qarabağı da itirməzdik. Ona görə də müstəqilliyə və onun uğurunda mübarizə aparan insanlara dəyər vermək lazımdır. Onların adı, gördüyü əməllər cəmiyyətə çatdırılmalıdır ki, hər kəs faydalı işin nədən ibarət olduğunu bilsin". F. Mustafa söyləyib ki, bu gün biz 1918-ci ildə yaradılan Azərbaycan Xalq Cümhuriyyətinin varisi olan müasir Azərbaycanda müstəqilliyin dönməz olması üçün əlimizdən gələni etməliyik: "Hər kəs öz sahəsində çətinliklərlə qazanılan müstəqilliyin itirilməməsi üçün səylərini birləşdirməlidir. Ümid edirik ki, müstəqilliyimizin gələcəyi Azərbaycandan qoparılan torpaqlarla deyil, ölkəmizə qaytarılan torpaqlarla birlikdə olacaq. Biz müstəqilliyimizin əbədi olduğuna əminik. Çünki, müstəqillik mənəviyyatla bağlı olan məsələdir. Bizim mənəvi dəyərlərimiz üstün olduğu üçün heç zaman müstəqillikdən uzaq düşə bilmərik 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !