Yerli Proqramı çərçivəsində birgə əməkdaşlıq istiqamətində layihələr davam edir - + FOTO

“Yerli” Proqramı çərçivəsində birgə əməkdaşlıq istiqamətində layihələr davam edir + FOTO

“Yerli” Kənd Gənclərinin İnkişaf Proqramı çərçivəsində birgə əməkdaşlıq istiqamətində layihələr davam edir. 2017-ci il üzrə üç layihə Şəmkir, Quba və Şəki rayonlarında baş tutub.

Şəmkir rayonunun Sabirkənd kəndində keçirilən layihə Milli Şuranın üzvü olan “Gələcəyə Körpü” Gənclər İctimai Birliyinin tərəfdaşlığı ilə “Gələcəyini bu gün qur!” mövzusunda olub. Layihənin məqsədi gənclərə peşə və ixtisas seçimində sərbəstliyin yaradılması və onların seçdiyi ixtisasların perspektivliyinin öncədən öyrədilməsi olub. Gənclər təlim zamanı CV və motivasiya məktubların yazılması, ölkəmizdə daha çox tələb olunan ixtisas sahələri üzrə ixtisaslaşma və onun gələcək perspektivləri haqqında ətraflı məlumat əldə ediblər. Daha sonra gənclərə mövzu ətrafında tapşırıqlar verilib və müxtəlif komanda oyunları keçirilib.

Quba rayonunun Məçkə-Xacə kəndində keçirilən layihə isə “İntellektual çoxnövçülük üzrə Region kuboku” mövzusunda baş tutub. "Yurd" Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyinin tərəfdaşlığı ilə baş tutan layihədə Xanagah, Şuduq, Növdün, Püstəqasım, Rustov, Qam-qam, Təngəaltı və Səbətlər kəndlərindən 54 gənc iştirak edib. “İntellektual çoxnövçülük üzrə Region kuboku” adlı layihənin məqsədi gənclərin intellektual oyunlar vasitəsilə asudə vaxtlarının səmərəli təşkilinə dəstək və onlarda vətənpərvərlik və vətəndaşlıq tərbiyəsinin yüksəldilməsi olub.

“Yurd” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyinin sədri Ramin Mahmudov: ““Yerli” Kənd Gənclərinin İnkişaf Proqramını digər layihə və proqramlardan fərqləndirən əsas cəhət təbii ki, proqramın kənd gənclərini hədəf almasıdır. Bu gün dövlət gənclər siyasətinin uğurla icra edildiyi bir dönəmdə şübhəsiz ki, kənd ərazilərində yaşayan gənclərin də istedadlarının üzə çıxarılması, asudə vaxtlarının səmərəli təşkili, vətənpərvərlik və vətəndaşlıq tərbiyəsinin yüksəldilməsi ilə dövlətçilik bağlarının möhkənlənməsi baxımından əhəmiyyəti vardır. Milli Şuranın Yerli proqramı ilə kənd gənclərinin potensialının yüksəlməsi üçün əməkdaşlıqda maraqlıyıq və bu tipli proqramların daha da genişlənməsini dövlət gənclər siyasətinin qarşımıza qoyduğu vəzifələrinin icrasında hədəflimizə çatmaqda önəmli hesab edirik.

Növbəti layihə Şəki rayonunun Aşağı Küngüt kəndində keçirilib. Layihə Milli Şuranın üzvü olan “İşıqlı Gələcək” Gənclər İctimai Birliyinin tərəfdaşlığı ilə keçirilib. "Regionu gənc bələdçilərlə tanıyaq!" adlı layihənin məqsədi gənclərə turizm bələdçiliyi sahəsində nəzəri və praktik biliklərin verilməsi, turistlərlə kommunikasiyanın düzgün qurulması, bədən dili, turizm qanunvericiliyi və bu sahədə məlumatların çatdırılmasıdır.

“İşıqlı Gələcək” Gənclər İctimai Birliyinin sədri Tural Kərimov: “Yerli” proqrami ümumillikdə yeni və vacib proqramdir. Bu gün inkişaf edən gəncliyimizdə region xüsusi ilə də kənd gənclərinin özünə məxsus yeri var. Ona görə də bu proqramın genişləndirilməsi və inkişaf etdirilməsi vacibdir. Daha çox gənclər təşkilatının qoşulması, töhfə verməsi onların borcudur. Bizim artiq bir ildir ki, əməkdaşlığımız var. Ümid edirik ki gələcək də beynılxalq proqramların həyata keçirilməsində əməkdaşlıq edəcəyik.

Qeyd edək ki, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Milli Şura tərəfindən təşkil olunan “Yerli” Kənd Gənclərinin İnkişaf Proqramı çərçivəsində layihə müraciətləri davam edir.

Müraciətlər www.yerli.nayora.az portalı vasitəsi ilə qəbul olunur daha sonra, proqramın işçi qrupu tərəfindən dəyərləndirildikdən sonra müraciət edən gənclər təşkilatlarının nümayəndələri ilə əməkdaşlıq müqaviləsi bağlanılır. Gənclər təşkilatlarının kənd gənclərinin ictimai həyatda təşəbbüskarlığına və iştirakına şərait yaratmaq, onların kənd gəncləri ilə əlaqəsini qurmaq məqsədilə dövlət strukturları tərəfindən maliyyələşdirilməsi təsdiqlənmiş layihə, proqram və sosial şifarişlərinin kəndlərdə davam etdirilməsi birgə əməkdaşlıq çərçivəsində həyata keçiriləcək və Milli Şura tərəfindən lazımı inzibati və texniki dəstək göstəriləcəkdir. Əməkdaşlıq fəaliyyəti 4 mərhələdən ibarət olmaqla müraciətlərin qəbul olunması, birgə əməkdaşlıq fəaliyyətinin dəyərləndirilməsi, əməkdaşlığın həyata keçirilməsi və layihənin hesabatın verilməsidir. Əməkdaşlıq çərçivəsində Milli Şura tərəfindən kənd gəncləri ilə əlaqələrin daha rahat qurulmasına dəstək edilməsi, Poliqrafiya materiallarının hazırlanması, Foto və video çəkilişin təşkil olunması, Fəaliyyətin təşkili xərclərinin qarşılanması və PR dəstəyi təmin olunur. 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !