EKOLOJİ TƏMİZ MƏHSUL VƏ AQROBİOMÜXTƏLİFLİK MÖVZUSUNDA 2-Cİ RESPUBLİKA MÜSABİQƏSİNƏ YENƏ AQRAR UNİVERSİTETDƏN START VERİLİB - + FOTO

EKOLOJİ TƏMİZ MƏHSUL VƏ AQROBİOMÜXTƏLİFLİK MÖVZUSUNDA 2-Cİ RESPUBLİKA MÜSABİQƏSİNƏ YENƏ AQRAR UNİVERSİTETDƏN START VERİLİB + FOTO

Ekoloji təmiz məhsul və aqrobiomüxtəliflik mövzusunda illik marifləndirmə proqramı çərçivəsində məktəblilərin ikinci Respublika müsabiqəsinə yenə Gəncədə, Azərbaycan Dövlət Aqrar Universitetində start verilib.


ADAU-nun mətbuat xidmətinin xəbərinə görə, bu münasibətlə təhsil müəssisəsinin mühəndislik korpusunun həyətində təşkil edilən sərgidən əvvəl bildirilib ki, Respublika Prezidentinin 2016-cı il 16 mart tarixli Sərəncamı ilə təsdiq olunan Kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair strateji yol xəritəsinə uyğun olaraq ekoloji təmiz kənd təsərrüfatı istehsalının inkişafı, təşkili üzrə pilot layihələrin hazırlanıb. Bu layihələrin və həyata keçirilməsi Təhsil Nazirliyi, Respublika Uşaq - Gənclər İnkişaf Mərkəzi tərəfindən reallaşdırılıb və sözügedən layihəni sürətləndirmək üçün respublikanın bir neçə bölgəsində işlərin icrasınına başlanılıb. Həmçinin deyilib ki, müsabiqənin məqsəd və vəzifələri Azərbaycanın aqrobiomüxtəlifliyinin qorunması və ekolofi təmiz kənd təsərrüfatı məhsullarının əldə edilməsində məktəblilərin fəal iştirakının təmin edilməsi və bu sahədə onların bilik və bacarıqlarının genişləndirilməsidir.


Müsabiqə meyvəçilik, arıçılıq, heyvandarlıq, meşə məhsulları, tərəvəzçilik, subtropik bitkilər, gülçülük, dənli bitkilər, balaca fermer nominasiyaları üzrə keçirilib. Burada, ümumtəhsil və internat məktəblərinin 5-11-ci sinif şagirdləri, məktəbdənkənar təhsil müəssisələrinin şagirdləri iştirak ediblər.


Görülən işlər münsiflər heyətinin qiymətləndirilməsindən sonra Respublika mərhələsinə vəsiqə alacaq. Respublika mərhələsinin qalibləri isə Təhsil Nazirliyi tərəfindən diplom və qiymətli hədiyyələrlə mükafatlandırılacaq. 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !