ADMİU-da İKT-dən istifadənin aktuallığı mövzusunda tələbə elmi-nəzəri konfransı keçirilib - + FOTO

ADMİU-da İKT-dən istifadənin aktuallığı mövzusunda tələbə elmi-nəzəri konfransı keçirilib + FOTO

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində “Mədəniyyət və incəsənət təşkilatlarında İKT-dən istifadənin aktuallığı” mövzusunda tələbə elmi-nəzəri konfransı keçirilib.
Universitetin professor-müəllim və tələbə heyətinin iştirak etdiyi konfransda Beynəlxalq əlaqələr və tərbiyə işləri üzrə prorektor, filologiya elmləri üzrə doktor, professor Gülşən Əliyeva, Kulturologiya fakültəsinin dekanı, dosent Vasif Adilov, İqtisadiyyat və informatika kafedrasının baş müəllimi Gülşən Əliyeva çıxış edərək, iştirakçılara uğurlar arzulayıblar.
İqtisadiyyat və informatika kafedrasının təşkilatçılığı ilə keçirilən konfransda II kurs Sosial iş ixtisaslı tələbələr Sənan Ağayev və Fətmət Bayramlı “Elektron hökümətin sosial sferada yeri”, II kurs Kitabşünaslıq ixtisaslı tələbələr Günay İbrahimli “Təhsil sistemində rəqəmsal məzmunun genişləndirilməsi (Distant təhsil)”, Günay Səmədova “Kitab yayımında İKT-nin rolu”, Zərqələm Yaqubəliyeva “ASAN” xidmət – vətəndaşlara xidmətin yeni texnologiyası kimi” və IV kurs tələbəsi Fidan Abbaslı “Azərbaycanda elektron kitabxanaların formalaşması mərhələləri”, III kurs Menecment ixtisaslı tələbələr Orxan Abbasov, Səxavət Hüseynov “Mədəniyyət və incəsənət təşkilarlarında İKT-dən istifadənin aktuallığı”, III kurs Turizm və otelçilik ixtisası tələbəsi Rəfail İskəndərov “İKT-nin turizmdə rolu” mövzusunda slaydlar əsasında məruzələr ilə çıxış ediblər. Sonda konfrans iştirakçıları sertifikat ilə təltif olunublar.
Qeyd edək ki, konfrans Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair Milli Strategiyanın həyata keçirilməsi üzrə 2016-2020-ci illər üçün nəzərdə tutulmuş Dövlət Proqramı çərçivəsində baş tutub.
 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !