Elvin bunu ilk dəfə etdi - + VİDEO

Elvin bunu ilk dəfə etdi + VİDEO

 Müğənni Elvin Abdullayev bu dəfə dini mahnıya müraciət edib.

 

AZpress.AZ-ın məlumatına görə, “Allah, Allah” adlanan bəstənin musiqisi sənətçinin özünə, sözləri Arzu Yahyayevaya məxsusdur. Bəstənin aranjimanı Elvin Musayevə həvalə olunub.

 

Yeni işindən danışan Elvin bildirib ki, dini mahnı oxumaq çoxdankı arzusu imiş:

 

“15-16 yaşımda xanımlardan ibarət olan “Kövsər" adlı dini qrupa mahnılar yazırdım. Uzun müddətdir özüm üçün də belə mahnı yazmaq istəyirdim. Hər dəfə bir iş olurdu, yarımçıq qalırdı. Allaha sevgim sonsuzdur. Anam da, həyat yoldaşım da deyirdi ki, dini mahnı oxu. Hər dəfə mahnıya qulaq asanda gözlərim dolur. Çalışaq ürəyimiz Allahla olsun, imkansızlara əl tutaq. Bu gün 5-10 manat qazanıramsa, onu tək yemirəm. Xeyir işləri Ramazan ayı ərəfəsində daha çox etməliyik. Allah oruc tutan hər kəsin niyyətini qəbul etsin”

 

https://www.youtube.com/watch?v=Vd21yHsmY2c

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !