Azərbaycan, Türkiyə və Gürcüstan Kiçik və Orta Sahibkarları birlikdə elektron ticarət vasitəsilə dünya bazarlarına açılır -

Azərbaycan, Türkiyə və Gürcüstan Kiçik və Orta Sahibkarları birlikdə elektron ticarət vasitəsilə dünya bazarlarına açılır

Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası və Ümumdünya Kiçik və Orta Sahibkarlıq Forumu arasında əməkdaşlıq müqaviləsi imzalanıb.Bundan sonra Azərbaycanın da kiçik və orta sahibkarlarıöz məhsullarını“SME.market” platforması vasitəsilə elektron ticarətə vasitəsilə sata biləcəklər.
Qeyd edək ki, Dünya Kiçik və Orta Sahibkarlar Forumunun təqdim etdiyi SME.market e-ticarət platforması hələlik pilot layihə formatında həyata keçiriləcək. Layihə vasitəsiləAzərbaycan, Türkiyə və Gürcüstanınkiçik və orta sahibkarlarının xarici bazarlara çıxış imkanları sadələşəcək.
Bununla əlaqədar Türkiyədə TOBB-un binasında keçirilən mərasimdə Dünya Kiçik və Orta Sahibkarlar Forumunun sədri M.Rifat Hisarcıklıoğlu, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı, Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayev və Gürcüstan Ticarət və Sənaye Palatasının rəhbəri Kaha Bainduraşvilinin iştirakı ilə tədbir keçirilib. Qarşılıqlı müzakirə zamanı isə tərəflərin birgə fəaliyyəti, yeni əməkdaşlıq imkanları, hədəflərə toxunulub.
Dünya Kiçik və Orta Sahibkarlar Forumunun sədri M.Rifat Hisarcıklıoğlu bildirib ki, artıq ənənəvi ticarətin qaydaları dəyişir. Dünya Kiçik və Orta Sahibkarlar Forumunun beynəlxalq onlayn platforması olan“SME.market”vasitəsilə internet resursların bütün imkanları kiçik və orta sahibkarlar üçün əlçatan olacaq.Pilot layihə ilk olaraq Azərbaycan, Türkiyə və Gürcüstan KOS-larını əhatə edəcək.
ASK-nın prezidenti Məmməd Musayev bildirib ki, birgə əməkdaşlığın daha
səmərəli təşkili istiqamətində KOS-ların elektron ticarətə qoşulması zamanı əldə edilmiş təcrübənin, bilik və bacarıqların qarşılıqlı olaraq biri-birinə ötürülməsini, KOS-ların elektron ticarət barədə məlumatlılığının artırılması istiqəmətində təlimlərin, konfransların, seminarların keçirilməsinə ehtiyac vardır.Azərbaycan Sahibkarlar Konfederasiyası görülən işlərdən toplanan təcrübənin digər tərəfdaşlarla paylaşılması, birgə KOS-ların elektron ticarətə qoşulmasını təşviq edən, bunu sürətləndirən proqramların, mexanizmlərin hazırlanması məqsədilə tədbirlər görəcəyini açıqlayıb.
Tədbirdə qərara alındı ki, SME.market ilə Azərbaycanda fəaliyyət göstərən e-ticarət platforması “Azexport” arasında əlaqə yaradılsın. Bununla da yerli məhsullarımızın xarici bazara çıxış imkanları bir qədər də genişlənəcək. Nəticədə sahibkarlar daha böyük həcmdə sifarişlər alavə vaxt itirmədən satışı həyata keçirə biləcəklər. Kiçik və orta sahibkarların bu proqramdan rahatlıqla istifadə edilməsi üçün tezliklə e-ticarətdən istifadə qaydalarına dair hər üç ölkədə təlimlərə start veriləcək.
 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !