Rus Dram Teatrında Xalq artisti, Dövlət mükafatı laureatı, sevilən aktrisa Dina Tumarkinanın 85 illik yubileyi qeyd edildi - + FOTO

Rus Dram Teatrında Xalq artisti, Dövlət mükafatı laureatı, sevilən aktrisa Dina Tumarkinanın 85 illik yubileyi qeyd edildi + FOTO

İyunun 2-də Səməd Vurğun adına Rus Dram Teatrında Xalq artisti, Dövlət mükafatı laureatı, sevilən aktrisa Dina Tumarkinanın 85 illik yubileyi qeyd edildi. İlk olaraq səhnəyə Xalq artisti Aleksandr Şarovski çıxdı. O, bildirdi ki, teatrın səhnəsində bu günə kimi görkəmli sənətkarlar, korifeylər fəaliyyət göstəriblər. Belə unudulmaz və səhnəmizdə hər zaman yeri görünən sənətkarlardan biri də məhz Dina Tumarkinadır. O, bu səhnədə əvəzsiz obrazlar yaradıb. 40 ildən artıq səhnə fəaliyyəti aktrisanı tanınmış və unudulmaz simalardan birinə çevirə bilib. A. Şarovski yubilyar haqqında məlumat verdikdən sonra səbəbkarı səhnəyə dəvət etdi. Uzun müddət fasilədən sonra doğma teatrının səhnəsində görünən aktrisa böyük alqışlarla qarşılandı. Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi adından nazirliyin İncəsənət şöbəsinin Teatr sektorunun müdiri Naidə İsmayılzadə səhnəyə çıxaraq yubilyara nazirliyin Fəxri döş nişanını təqdim etdi. Aktrisanı təbrik edərək səhnədə yaratdığı bir-birindən maraqlı obrazlar haqqında fikirlərini bölüşdü.

Daha sonra İsrail-Azərbaycan Assosiasiyasının (Azİz) mükafatı yubilyara təqdim edildikdən sonra mərasim bədii hissə ilə davam etdi. Tədbirin sonunda Dina Tumarkina bütün təşkilatçılara təşəkkürünü bildirdi. O, yenidən doğma səhnəsində tamaşaçıları ilə görüşmək şansı qazandığına görə Azərbaycanın Birinci vitse prezidenti Mehriban Əliyevaya və “Azİz” assosiasiyasına minnətdarlğını ifadə etdi. Vaxtilə teatrda fəaliyyət göstərən nəhəng rejissor və aktyorlar Məhərrəm Aşumov, Mehdi Məmmədov, Pyotr Yudin, Gülcahan Əhmədova- Martınova, Vera Şirye, Raxil Qinzburq və digərlərini xatırladı, xatirələrini bölüşdü. Bildirdi ki, bu nəhəng insanlarla bir səhnəni bölüşməyimə görə böyük fəxr duyuram.

Qeyd edək ki, 1955-ci ildən Bakıda yaradıcılıq fəaliyyətinə başlayan aktrisa Rus Dram Teatrının səhnəsində 150-dən artıq unudulmaz rollar yaradıb. 1990-cı ildə ailəsi ilə birlikdə İsrailə köçən aktirsa hazırda orada fəaliyyətini davam etdirir. Azərbaycan İsrail arasında mədəni əlaqələrin qurulmasında öz töhfələrini verməkdədir 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !