Mələk üzlü rəssamın sehrli dünyası! - + FOTO ( AZpress.AZ - Minə Türksoy, Rüstəm İsmayılov )

Mələk üzlü rəssamın sehrli dünyası! + FOTO ( AZpress.AZ - Minə Türksoy, Rüstəm İsmayılov )

Uşaqlar dünyanın sevinci, bizim gələcəyimizdir. Hər körpənin öz dünyası, öz maraq dairəsi var. Dərinin özü qədər dərin düşüncələri, özü qədər mənalı baxışları, özü qədər təmiz və rəngli dünyası həkk olub yaratdığı əsərlərə. Əsərlərdə onun kiçik dünyasının fəlsəfi aləmi sanki əks olunmuşdur.


AZpress.AZ İnformasiya Agentliyinin verdiyi xəbərə əsasən bildirik ki, gənc rəssam Dərinin Baki Müasir İncəsənət Mərkəzində "Rənglərin sehirli toxumaları”adlı sərgisi keçirilmişdir. 60 ədəd incəsənət əsərinin nümayiş olunan sərgidə bir çox sənətsevərlər iştirak edirdi.Sərgidə nümayiş olunan əsərlər batik, yağlı boya, akvarel və təkrar materiallardan istifadə olunmaqla yaradılıb.


Dərinin ilk "Dünyaları yaradarkən" solo sərgisi 2016-cı ilin mayında İçəri Şəhərin sərgi salonunda keçirilmişdir. Bu sərgi mütəxəssislər və ictimaiyyət tərəfindən yüksək qiymətləndirilmişdir.


Dərin, 2016-cı ildə Azərbaycan Dövlət Rəssamlıq Akademiyası tərəfindən uşaq və gənclər üçün təşkil olunan “Saf Rənglər” beynəlxalq festivalında "Eko-mədəniyyət" nominasiyasında təkrar materiallardan yaradılmış “Balıq” əsərinə görə 1-ci yerə layiq görülmüşdür. Gənc rəssamın sərgisində iştirak edən tanınmış rəssam, professor Ağəli İbrahimovun Dərin haqqında , onun yaratdığı əsərlər haqqında söylədikləri olduqca xoş və urək açandır.

Dərinin rəng dünyasına baxılırsa onun gələcəkdə peşəkar rəssam olacağına və daha da gözəl əsərlər yaradacağına inanmaq olar. Gənc rəssama gələcək işlərində uğurlar arzu edirik.

 

AZpress.AZ  Minə Türksoy.

 


! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!
 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !