Binəqədi məktəbində Özümə yolçuluq adlı görüş keçirildi - + FOTO ( AZpress.AZ - İlkin Həmidov )

Binəqədi məktəbində “Özümə yolçuluq” adlı görüş keçirildi + FOTO ( AZpress.AZ - İlkin Həmidov )

5 iyun 2017 – ci il tarixdə şagirdlərin mütaliə vərdişlərini təkmilləşdirmək məqsədi ilə imzalı görüş layihəsi çərçivəsində Binəqədi rayonu 283 saylı orta məktəbdə millət vəkili, həkim, jurnalist və yazar Qənirə Paşayeva ilə “Özümə yolçuluq” adlı görüş keçirildi.
Görüşdə Baki Şəhəri üzrə Təhsil İdarəsinin Ümumtəhsil sektorunun müdiri Lamiyə Şərəfxanova , Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İnformasiya sektorunun müdiri Bəşarət Məmmədov, Binəqədi Rayon İcra Hakimiyyətinin İctimai Siyasi və Humanitar məsələlər Şöbəsinin müdir müavini Rauf Həsənov, Binəqədi rayonu 276№ - li tam orta məktəbin direktoru Bəhram Şiriyev, 284№ - li tam orta məktəbin direktoru Nizami Novruzov, 14№ - li tam orta məktəbin direktoru Hürzad Verdizadə iştirak etdilər.
Görüşdə müəllifin “Özümə yolçuluq” adlı həyat fəlsəfəsi, yaradıcılıq fəaliyyəti işıqlandırıldı. Qənirə xanımın sözlərinə yazılan mahnılar, şeirlər, dəyərli fikirlər və bədii kompozisiyalar şagirdlərimiz tərəfindən təqdim olundu.
Baki Şəhəri üzrə Təhsil İdarəsinin Ümumtəhsil sektorunun müdiri Lamiyə Şərəfxanova çıxış edərək millət vəkili Qənirə Paşayevaya təşəkkürünü bildirdi və şagirdlərə yazarlarla, tanınmış insanlarla, dövlət xadimləri ilə görüşlərin keçirilməsinin davamlı olmasını tövsiyə etdi.
Qənirə xanım tədbir iştirakçılarına və məktəb kollektivinə dərin təşəkkürünü bildirərək çıxışına başladı. Bu tədbirin ona uşaqlıq illərini xatırlatdığını, nostalgiya yaşatdığını söylədi. Şagirdlərə bir – birindən dəyərli tövsiyələr etdi. Sonda “Səni Allaha eşq götürür” adlı imzalı kitablarını şagirdlərə hədiyyə etdi. 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !