Turan adlı sərginin açılmasına sayılı günlər qaldı! - + FOTO ( AZpress.AZ - Minə Türksoy )

“Turan” adlı sərginin açılmasına sayılı günlər qaldı! + FOTO ( AZpress.AZ - Minə Türksoy )

AZpress.AZ  İnformasiya Agentliyinin verdiyi xəbərə əsasən bildiririk ki, Azərbaycan Rəssamlar İttifaqında İlk dəfə olaraq 7 iyul 2017-ci il tarixində Türk xalqlarının rəssamlarının birgə sərgisi açılacaq. “TURAN “ adlı sərginin təşkilatçısı azərbaycanlı tanınmış rəssam İlqar Əkbərovdur. Sərginin həm maddi, həm mənəvi dəstəkçisi olan İlqar Əkbərovun sərgini keçirtməkdə məqsədi Azərbaycan rəssamlarının qardaş türk rəssamları ilə dostluq əlaqələrinin daha da genişləndirilməsi və vətənimizin daha yaxından tanınmasıdır. Həyatı boyu Azərbaycan rəssamlıq sənətinə töhvələr vermiş və bir müəllim kimi öz bilik və bacarıqlarını şagirdlərə öyrətmişdir.

 

Biz AZpress.AZ saytı olaraq belə bir təşəbbüsü alqışlayır , media qurumu olaraq sizləri sərgidə iştirak edəcək bütün rəssamların həyat və yaradıcılığı ilə qısa da olsa tanış edəcəyik.

 

İlqar Əkbərov-

 

1960-cı il may ayının 29-da Bakıda anadan olub.

 

1981-1986-cı illər N.Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universitetinin «Bədii qrafika» fakültəsində təhsil alıb.

 

1997-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür.

 

1983-2002-ci ildən «Şəfəq» Bədii İstehsalat Emalatxanasında icraçı rəssam, Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət muzeyində sərgi şöbəsinin müdiri, Azərbaycan Dövlət Rəsmlər Qalereyasında Elmi işlər üzrə direktor müavini, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi İncəsənət Baş İdarəsində aparıcı inspektor vəzifələrində çalışmış, bir çox dövlət əhəmiyyətli tədbirlərə, onlarca tamaşalara rəssam kimi quruluş vermişdir.

 

Hazırda Azərbaycan Milli Konservatoriyası tərkibində İncəsənət Gimnaziyasının «Təsviri və tətbiqi sənət şöbəsi»ndə pedaqoji fəaliyyətlə məşğuldur.

 

1982-ci ildən etibarən bir çox ölkədaxili, beynəlxalq miqyaslı sərgi-müsabiqə və festivalların iştirakçısıdır.

 

Əsərləri Moskva, Pekin, Paris, Kəlkut, Brüssel, İstanbul, Daşkənd, Aşxabad, İzmir və digər şəhərlərin muzey və şəxsi kolleksionerləri, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən alınaraq muzey və qalereyalarında nümayiş etdirilir.

 

«Avropa Nəşr və Mətbuat Evi»nin (mart 2011) təsis etdiyi «Ən yaxşı vətənpərvər-tədqiqatçı rəssam» nominasiya üzrə Qızıl medal və Diploma, Dədə Qorqud Milli Fondunun (may 2015) «Ən yaxşı tədqiqatçı rəssam» nominasiyası üzrə Dədə Qorqud mükafatına layiq görülmüş, bir çox Diplom, müxtəlif Fəxri Fərmanlarla təltif olunmuşdur.

 

2012-ci ildən Uluslararası Aktiv Sənətçilər Birliyinin (UASB) (İzmir) üzvüdür.

 

2015-ci ildən Uluslararası Sənətkarlar və Sənətçilər Dərnəyinin (USSD) (Mersin) üzvü və Azərbaycan təmsilçisidir.

 

Özünə məxsus rəng çalarları işləmə texnikası olan İlqar Əkbərov hər zaman peşəkar rəssam kimi fəaliyyətini ən yüksək səviyyədə sənətsevərlərə çatdırmışdır. Sərgini təşkil etməklə o ,rəssamlara Azərbaycanı tanıtmaqla yanaşı həm də Azərbaycan rəssamlıq sənətinin qədlimliyini , dərinliyini , əvəzolunmazlığını göstərmək istəyir. Bir sənət dahisi ancaq belə bir yolla vətəninə cəmiyyətinə yararlı ola bilər ki, bu gün İlqar Əkbərov bu yolda addımlayır. Ona bu uğurlu yolda , sərginin kyuüksək səviyyədə keçirlməsində sadəcə bol şans və yüksək nailiyyət arzu edirik. Sərgi 07. 07 2017 ci il tarixində Rəssamlar İttifaqının Vəcihə Səmədova adına sərgi salonunda baş tutacaq.

 

Azpress.Az, Minə Türksoy. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !