2018 Formula 1 Azərbaycan Qran Prisinin yeni tarixi -

2018 Formula 1 Azərbaycan Qran Prisinin yeni tarixi

 FİA-nın (Beynəlxalq Avtomobil Federasiyası) Dünya Şurası Formula 1-in növbəti mövsümünün təqvimini təsdiqləyib.


Bu, promouterlərin reklam kampaniyasına daha tez başlaması üçün əlverişlidir.

 

Gələn ilin təqviminə bu illə müqayisədə dəyişikliklər edilib. 2017-ci ildə olduğu kimi, mövsüm mart ayının dördüncü həftəsində start götürür. İlk üç mərhələ eyni tarixlərdə, dördüncü mərhələ isə Rusiyanın Soçidə keçiriləcək Qran Prisi deyil, 2018-ci ilin 27-29 aprel tarixlərində baş tutacaq Azərbaycan Qran Prisi olacaq.

 

Təqvimə qayıtmış Fransa Qran Prisi Kanada və Avstriya mərhələləri arasında keçiriləcək. Soçidə Formula 1 yarışları sentyabrın 30-da keçiriləcək, yarışların tarixinin dəyişdirilməsi futbol üzrə dünya çempionatına hazırlıqlarla bağlıdır.

 

Təqvimin 21-ci mərhələsində Malayziya yarışı olmayacaq, amma Almaniya və Almaniya Qran-Prisi keçiriləcək. Üç - Fransa, Avstriya və Silverstoun yay mərhələləri üç həftə ərzində ardıcıl keçiriləcək.

 

 

 


Baku City Circuit

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !