- Azərbaycan Respublikası Baş Dövlət Yol Polisi İdarəsinin nəzərinə: + VİDEO (AZpress.AZ)

Azərbaycan Respublikası Baş Dövlət Yol Polisi İdarəsinin nəzərinə: + VİDEO (AZpress.AZ)

AZpress.AZ –ın məlumatına görə ən az Bakı qədər inkişaf etmiş Sumqayıt günü –gündən abadlaşır, müasirləşir. Şəhərdə yolların infrastrukturunun yenidən qurulması, təmiri, genişləndirilməsinə böyük diqqət yetirilir.


Nəzərinizə çatdırmaq istəyirik ki Sumqayıtda Sülh küçəsinin, şəhərə giriş və çıxış hissəsində genişmiqyaslı təmir-tikinti, abadlıq işləri görülür. Təbii ki, bu yenidənqurma işləri tədqirəlayiqdir. Amma qeyd etmək lazımdır ki, yolun boş tərəfini piyadaların ən aktiv olan hissəsi hesab etmek olar. Və tez tez burda qəzalarin baş vermə hallari qaçınılmaz olur. Sözümüzün məğzi ondan ibarətdir ki, əvvəllər bu yolda nəqiliyyat vasitələrinin sürət həddi 60km/saat idi. Abadlıq işləri görüldükdən sonra sürət həddi 80km/saata qaldırılmışdır. Əminik ki, şəhərin giriş və çıxışı olan bu yol ilə əlaqədar təşkilatlar və xüsusi ilə də Azərbaycan Respublikası Baş Dövlət Yol Polisi İdarəsi bu vəziyyət araşdırıb, sürət həddini 60km/saata endirəcək. Əks halda bu yolda bədbəxt hasisələrin baş verməsi istesna olunmur. Ümid edirik ki, sözü gedən yolda qəza hadisəsi baş verməzdən öncə lazımı tədbirlər görüləcək. Adətən belə hallara biganə yanaşılır. O vaxta qədər ki, yol nəqiliyyat hadisəsi baş verir ve bu günahsız insanların ölümü ile neticelenir . Gəlin günahsiz insanların təsadüfi qəzaların qurbanı olmasının qarşısını alaq.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !