Formula 1 Qran Prisi uğurla başa çatdı! - + FOTO ( AZpress.AZ - Minə Türksoy, Rüstəm İsmayılov )

Formula 1 Qran Prisi uğurla başa çatdı! + FOTO ( AZpress.AZ - Minə Türksoy, Rüstəm İsmayılov )

 Vətənimiz Azərbaycanın paytaxtı Bakı şəhərində dünyanın ən nüfuzlu idman yarışlarından biri - Formula-1 Azərbaycan Qran-Prisi iyunun 25-də uğurla başa çatdı. Odlar yurdunun paytaxtı Bakı öz tarixində növbəti dəfə mötəbər beynəlxalq idman yarışına ev sahibliyi etdi. Qonaqpərvər azərbaycanlılar öz gülər üzlərini mehribanlıqla nümayiş etdirdilər. Əcnəbi turistlərin simalarından bu məmnunluğu görməmək mümkün deyildi.

--AZpress.AZ saytının məlumatına əsasən bildiririk ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Formula-1 üzrə dünya çempionatının səkkizinci mərhələsinin - Azərbaycan Qran-Prisinin açılış mərasiminə və final yarışına baxıblar.
Sonra Azərbaycan Respublikasının dövlət himni ifa olundu.

Sürət həddi və adrenalin dolu Formula-1 Azərbaycan Qran-Prisinin final mərhələsinə start verildi.

Hər birində iki pilot olmaqla komandaların bir gün əvvəl keçirilən sıralama yürüşünün nəticəsinə əsasən start xəttinə ən yaxın məsafədə “Mercedes”in pilotları Luis Hamilton və Valtteri Bottas dayandılar. Onlar müvafiq olaraq, ilk iki pillədə qərarlaşdılar. İlk üçlüyü “Ferrari”nin pilotu Kimi Raykonnen tamamladı. Beləliklə, pilotlar qalib adı uğrunda mübarizəyə başladılar.

Bakı trekinin uzunluğu 6 kilometr, ümumu məsafəsi isə 306 kilometrdir. Pilotlar 20 çətin döngəsi olan trekdə 51 dövrə vurdular. Təhlükəsizliyin ən yüksək səviyyədə təmin olunduğu Bakı treki ən sürətli yarışlar kateqoriyasına daxildir. Trek Bakının tarixi məkanlarından, dəniz sahilindən keçməklə azarkeşlərdə xoş ovqat yaratdı. Yarışları 30 mindən çox tamaşaçının izləməsi üçün tras boyunca hər cür şərait yaradılmışdı. Trekin ən geniş yerinin eni 13, ən dar hissəsinin eni isə İçərişəhər ətrafında, o cümlədən 7-ci və 8-ci döngələrdə 7,6 metr təşkil edirdi.

Formula-1 Azərbaycan Qran-Prisinin qalibi “Red Bull Racing” komandasının üzvü Daniel Rikkiardo oldu. Pilot məsafəni 2 saat 3 dəqiqə 55 saniyəyə qət etdi. İkinci yerə “Mercedes” komandasının üzvü Valtteri Bottas çıxdı. Üçüncü yerdə isə “Williams” komandasının pilotu kanadalı Lans Strol qərarlaşdı. Konstruktorlar kubokunun sahibi isə “Red Bull Racing” komandası oldu.

Qalibin şərəfinə Avstriyanın və Avstraliyanın dövlət himnləri səsləndirildi.

Sonra qaliblərə mükafatlar təqdim olundu.

Formula-1 Azərbaycan Qran-Prisinin çempionu Daniel Rikkiardoya kuboku Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev təqdim etdi. Beləliklə möhtəşəm yarışın son günü olduqca coşqulu və qeyri adi məqamlarla yaddaşlarımızda xoş bir iz saldı.


AZpress.AZ, Minə Türksoy.


Mina Turksoy

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !