Özünlə fəxr et kitabının təqdimat mərasimi keçirildi - + FOTO

“Özünlə fəxr et” kitabının təqdimat mərasimi keçirildi + FOTO

İyunun 21-də, istedadlı yazar, çoxlarına örnek olan genc Samir İmanovun “Özünlə fəxr et” kitabının imza günü keçirildi. KİTAB EVİNDƏ baş tutan tədbirdə millət vəkili Adil Əliyevdə iştirak edib.Adil bəyin facebook səhifəsində verdiyi məlumatda qeyd olunur ki.

 

Bu gün istedadlı gənc yazar Samir İmanovun “Özünlə fəxr et” kitanın təqdimat mərasimində iştirak etdim.Yaxın dostların,rəhbərlik etdiyim federasiyanın nümayəndələrinin iştirakı ilə keçən kitab təqdimatında müəlliflə bağlı fikirlərimi bölüşdüm. Xüsusi olaraq vurğuladım ki,dövlətimiz hər zaman xüsusi qayğıya ehtiyac duyan, fiziki məhdudiyyətli insanlara dəstək verir onlara diqqət göstərir.Biz də öz növbəmizdə dövlətimizin apardığı siyasəti dəstəkləyir və bunu əməlimizlə sübut etməyə çalışırıq.Bugünkü tədbirimiz də bunun bariz nümunəsidir. Samirə dəstək olmaq üçün onlarla insan bir məkana toplaşdı,ona mənəvi dəstək verdi.Samirin simasında onu demək istərdim ki, insan nəyisə qarşısına məqsəd qoysa ona nail olmaq üçün mübarizə aparsa, qalib gələcək. Samir, qardaşımız, istedadlı, sərhədləri tanımayan dostumuz da belə insanlardan biridir. O, heç bir məhdudiyyətə məğlub olmadı və mübarizə apardı. Həm özü həyata qalib gəldi, həm də özü kimi fiziki məhdudiyyətli gənclərə örnək oldu. Hesab edirəm ki,bu cür fiziki məhdudiyyətli gənclərə, insanlara, vətəndaşlarımıza sadəcə xüsusi günlərdə yox, hər zaman qayğı göstərmeliyik. Həyat varsa problem də var,problem vars demək həlli də var.İnanıram ki biz birlikdə bütün çətinlikləri dəf etməyi bacaracayıq,problemləri həll edəcəyik.

 


SİYASƏT.az 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !