Nurəddin Ədiloğlu: - Jurnalist ömrünün həyacanlı anları

Nurəddin Ədiloğlu: Jurnalist ömrünün həyacanlı anları


Jurnalist ömrünün həyacanlı anları:

 


1992 -93-cü və 2017 – ci ilin qızmar yayı...

 


...25 il öncə, yayın bu qızmar vədələrində Daxili İşlər Nazirliyi Cənub bölgəsində banditizmə və narkomaniyaya qarşı irimiqyaslı əməliyyat tədbiri həyata keçirdi. O vaxtki daxili işlər naziri İsgəndər Həmidovun şəxsən özünün rəhbərlik etdiyi bu “mübarizə tədbiri” xalq arasında “oblava”, bir çox KİV-də isə “Subtropik əməliyyatı” adlandırılırdı.Bu əməliyyat zamanı Astarada, Lənkəranda və Masallıda günahlı-günahsız vətəndaşlar döyülüb-təhqir edildi, yüzdən çox ticarət işçisinin, imkanlı şəxslərinpul-parası əlindən alındı. Çayxanalarda, küçələrdə, bazarlarda, yaşayış binalarının yaxınlığında yerli-yersiz güllələr atıldı, yaralananlar oldu. Gözlərinin qarşısında valideynin döyülməsinə tab gətirməyən azyaşlı uşaq koma vəziyyətinə düşdü. Evlərdə axtarış apararkən məişət əşyaların dağıdılmasına etiraz edənqız-gəlinlər “əməliyyatçılar” tərəfindən söyüşlərə məruz qaldılar. Astarada bir yaşayış bir evi dağıdıldı. Hər üç rayonda neçə-neçə milis işçisi sorğu-sualsız vəzifəsindən kənarlaşdırıldı. Daxili işlər nazirinə uzaq qohumluğu çatan Masallı milis şöbəsinin rəisi polkovnik Vaqif Kərimov “subtropik əməliyyatına” etiraz ələməti olaraq vəzifəsindən istefa verdivə s. və i.


O vaxtlar “Millət” qəzetində çalışırdım. Əməliyyat barədəətraflı yazım və Lənkəran şəhər sovetinin deputatı Fərəhim Səmədovdan aldığım müsahibə qəzetin29 iyul 1992-ci il tarixli sayında “Davam edir 37...” (Yaxud “Tanrı Bozqurda kömək olsun”) sərlövhəsi ilə dərc olundu.Həmin günredaksiyadakıəməkdaşlarla xüdahafizləşib rayona yola düşmək üçün liftlə nəşriyyatın birinci mərtəbəsinə endim. Bu zaman daxili işlər naziri İsgəndər Həmidaov və ətrafinda 3-4 Bozqurdla rastlaşıdım. İsgəndər bəy mülki geyimdə idi, pencəyini qolunun üstünə atmışdı. Nədənsə onu mülki geyimdə görəndə jurnalist Ənvər Börüsoyu xatırladım. (Ənvərlə sonralar “Avrasiya” qəzetindəçalışmışıq) Düşünürdüm ki, Ənvər də general qiyafəsi geyinsəydi, eynən İsgəndər bəyə oxşayardı. Özü də təkcə xarici görünüşləri deyil,boyları, çəkiləri də demək olar ki, eyni idi...


O gün İsgəndər bəy Bozqurdlarla liftə minib yuxarı qalxanda mən nəşriyyatın qabağında onların gəldiyi iki ağ “Mersedes” maşına baxırdım. Bu maşınlar o zaman DİN-ə təzə gətirilmişdi. Birdən yuxarıdan hay-küy qopdu. Kimsə dedi ki, görəsən İsgəndər bəy bu dəfə hansı jurnalisti döyməyə gəlib? O vaxtlar Rauf Mirqədirovla Zərdüşt Əlizadə yazılarına görə onun qəzəbinə gəlmişdilər. Eşidəndə ki, səs 7-ci mərtəbədən - “Millət”in redaksiyasından gəlir, mən necə deyəllər, “fitimi” anladım. Bir az öncə Bozqurdların boy-buxununa baxanda qürur hissi keçirmişdim.İndiisə İsgəndər bəyin bircə əmri ilə istənilən jurnalisti xəsətəxanalıq etməyə qadir olan o Bozqurdların qoçu obrazı canlandı gözlərim önümdə. (Belə bazburutdu cavanlara bizim tərəflərdə ayıboğan deyirlər)
Az sonra nazirin “Davam edir 37..” məqaləsinin müəllifini axtardığını eşidən kimi dərhal avtovağzala yolllandım.O vaxt “Millət”in baş redaktoru Vilayət Quliyev idi. (Hazırda Azərbaycanın Macarıstandakı fövqəladə və səlahiyyətli səfiri-N.Ə) Deyilənlərə görə, İsgəndər bəyinVilayət müəllimləarası olmadığı üçün onunla da haqq-hesab çəkməyə gəlibmiş. Xoşbəxtlikdən o an baş redaktor da redaksiyada olmayıb...


Nə isə...01.08.1992-ci il tarixli sayında “Millət” qəzeti “Nazirin etirazı” adlı belə açıqlama verdi:“Qəzetimizin ötən sayında “Davam edir 37...”sərlövhəli yazı dərc edilmişdi. Elə həmən gün respublika daxili işlər naziri İsgəndər bəy Həmidov şəxsən redaksiyaya gəlib məqaləyə qəti və bir qədər də əsəbi halda etirazını bildirdi. Biz İsgəndər bəyə xatrlatdıq ki, qəzet müstəqildir, hadisələrə obyektivlik baxımından yanaşır, heç bir qərəzli mövqe tutmur. Əgər Respublika Daxili İşlər Nazirliyi məqalədə göstərilən faktları əsaslı dəlillərlə rəsmi olaraq təkzib edərsə, biz onu məmnuniyyətlə qəzetdə dərc etməyə hazırıq”


Şübhəsiz ki, “bir qədər də əsəbi halda” ifadəsi sadəcə olaraq nazirin qəzəbini söndürmək üçün yazılmışdı. Əslində rəhmətlik Zöhrab Əmirxanlı (o vaxt “Millət”də işləyirdi) mənə yarızarafat, yarıciddi deyirdi ki, anan namaz üstəymiş o anda, əgər redaksiyada olsaydın, İsgəndər bəy qəzəbindən səni 7-ci mərtəbədən üzü aşağı atardı...


Bu əhvalatdan bir il sonra “Arxandan vurduğu zərbəyə görə “mükafat” umanlar” yaxud federativləşmə astanası... (“Millət” qəzeti, 15.07.1993, № 75 (167) tiraj 28.306.) bir səhifəlik yazımda özünü Lənkaran şəhərində elan etdiyi Talış-Muğan Respublikasının Ali Baş komandanı kimi təqdim edənƏ. Hümmətovun Masallıdakı özbaşınalıqlarından bəhs olunurdu.


Həmin il Aşura günü 1 iyula təsadüf edirdi. Masallıda adamların əksəriyyəti Allahın evi sayılan şəhər cümə məscidinə toplaşmışdılar. Əli silahlıhümmətovçular Masallı İcra hakimiyyətini ələ keçirmişdilər. İyulun 8-də cənub bölgəsində ilk dəfə Masallıda TMR-ə qarşı etiraz nümayişi başladı, İH binasını ələ keçirmiş hərbçilər dinc əhaliyə xəbərdarlıq atəşi açdı. Bu zaman fasada toxunan güllələr vahiməli ölüm “qəhqəhəsi” qopararaq istiqamətini dəyişib iki nəfəri yaraladı. Dəniz kimi kükrəyən camaat:“Gedin bu güllələri QARABAĞDA ermənilərə atın!..” deyərəkhümmətovçu əsgərləri tərki-silah elədi.Təqribən iki saatdan sonra Göytəpə və Lənkəran istiqamətindən içi əsgərlərələ dolu maşınlar, bir BTR və tank İH binasını yenidən mühasirəyə aldi, havaya güllələr atıldı... Dişinə qədər silahlanmışhümmətovçu əsgərlər “işğal etdikləri” Masallıda yenidən meydan sulamağa başladılar.


...O günlər əli silahlı bu əsgərlərdən  VƏTƏN kömək diləyirdi. Ağdam cəbhəsindən həyacanlı xəbərlər gəlirdi. Cənub bölgəsində hamı narahat idi: -Azərbaycan parçalanmamalıdır!..


Rayon ictimaiyyətinin qondarma TMR-ə qarşı etirazı barədə məqaləm “Millət” qəzetində dərc olunandan sonra hümmətovçuların təqiblərinə məruz qaldım. Onlar həbs etdikləri adamları Sarı adasına aparırdılar.Vaqif Səfərov adlı həmyerlimin köməyi ilə rayondan çıxıb bir müddət Bakıda qalmalı oldum. 


Peşə fəaliyyətimdə həyacan keçirdiym məqamlartəkcə bu iki yazıyla bağlı deyil!“7 milyona satılmış azadlıq” , “Masallıda Kosovo böhranı”, “Paqonlu qatillər cəzasına catacaqmı?”, “Qatilini axtaran ruh”, “Polis it qatili axtarır”,“Rusiyalı “generalın” Masallı sərgüzəştləri”və s. yazılarım mənə həyacanlı, təqib və təhdid dolu anlar yaşadsa da, jurnalist olmağıma heç vaxt təəssüf etməmişəm. 42 ildə yalnız 2 dəfə - “Şah qanun deyil, qanun şahdır”, “Keçmiş polis Ərəbzəngi rolunda” yazılarıma görə prokurorluq və məhkəmyə orqanlarına şikayət olunub və hər iki şikayətəədalətli şəkildə baxılıb...Yalnız bir yazıma görə ölümlə təhdid olunmuşam, bu barədə “Cənub şikəstəsi” kitabımda(Bakı,“Qanun” nəşriyyatı, 2012) ətraflı bəhs etmişəm.


7 ilə yaxın baş redaktoru olduğum “Masallı” qəzeti 1998-c ilin nəticələrinə görə RUH Jurnalistləri Müdafiə Komitəsinin“İlin ən mübariz əyalət qəzeti” mükafatının qalibi diplomuna və xatirə hədiyyəsinə layiq görülüb. Onu da qeyd edim ki, tənqidi yazılarıma görə rayon rəhbərliyi mənə yer vermədiyindən, yaşadığım mənzil həm də qəzetin ünvanı olub!..
2013 –cü ildəAzərbaycan mediasında səmərəli fəaliyyətimə və 55 illik yubileyimə görə Mətbuat Şurasının diplomu ilə təltif edilmişəm.


Düzü,uzun illər mətbuatla nəfəs alıb, canını təhlükə qarşısında qoyan peşəkar jurnalistlərin diqqətdən kənar qalması, vaxtiləİ.Həmidovun “subtropik əməliyyatı”nı tərifləyən,Azərbaycanı parçalamağa cəhd edən Ə.Hümmətovu qəhrəman adlandıran,qara polkovnikləri, boynuyoğun generalları mediada piar edənlər “müxbirlik vəsiqəsindən”, “press-kartlardan” qazanc mənbəyi kimi bəhrələnməsi ürək ağrıdan hallar idi.Peşə etikasına məhəl qoymayan belələri “jurnalist” qiyafəsində“gözə”girib,“reketçilik” edərək özlərinə konfort şərait qurublar, maşın, ev, bağ alıblar.Ölkədə senzura ləğv olunandan sonra belələri yağışdan sonra əmələ gələn göbələklər kimi artıb-çoxalmışdı.


Məhz Mətbuat Şurasının, az sonra Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılmasıda belə bir zərurətdən irəli gəldi.Əgər Mətbuat Şurasının fəaliyyətinə jurnalist adına xələl gətirən, mediada qərəzli mövqe tutan, reketçiliklə məşğul olanlara qarşı mübariz daxildirsə, KİVDF-nin başlıca məqsədlərindənbiri də jurnalistlərin sosial müdafiəsini gücləndirməkdir. Son illər hər iki yeni qurumun bu sahədə uğurlu fəaliyyətlərinin şahidi olmuşuq.


...Yazımın sərlövəsini “1992 -93-cü və 2017-ci ilin qızmar yayı...”qoymağım sizə qəribə görünməsin. Etiraf edim ki, aradan 25 il ötəndən sonra yenə yayın bu qızmar günləri həyacan keçirirəm. Amma bu həyacanın adı da, ünvanı da tamam başqadır!Şübhəsiz ki, bu həyacanı jurnalistlər üçün nəzərdə tutulan mənzillərin bölgüsü ərəfəsində mənim kimi yüzlərlə qələm sahibi keçirir. Çünki mənzil üçün müraciət edən jurnalistlərin sayı mövcud mənzillərin sayından qat-qat çoxdur. Mətbuat Şurası İdarə heyətinin üzvü, Əməkdar jurnalistVüqar Rəhimzadə demişkən:“Evi olan da, olmayan da ev istəyir, amma ədalətlilik prinsipini itirmək olmaz. İlk növbədə həqiqi ehtiyacı olanlar nəzərə alınmalıdır...”


...Bəli,60 yaşımın ərəfəsində, həyacan içində ümid edirəm ki,Azərbaycan Respublikası Prezidentinin Administrasiyasınınmedia bölümünə rəhbərlik edən şöbəsi başda olmaqla, həm MŞ –nin, həm KİVDF-nin, həm dəMilli Televiziya və Radio Şurasınınədalətlilik prinsipi sayəsində 22 iyil MİLLİ MƏTBUAT GÜNÜ TALE İLAHƏSİ mənziləhəqiqi ehtiyacı olan çox jurnalist ailələrinin üzünə güləcək!..

 

Nurəddin Ədiloğlu.

 

01.07.2017.