Səməd Vurğun adına Rus Dram Teatrının səhnəsində Toy olsun komediyası - + FOTO

Səməd Vurğun adına Rus Dram Teatrının səhnəsində “Toy olsun” komediyası + FOTO

SDDT kollektivi 04.07.2017 tarixində Səməd Vurğun adına Rus Dram Teatrının səhnəsində “Toy olsun” komediyası ilə çıxış etdi. Xalq artistləri Afaq Bəşirqızı və Valeh Kərimovun da iştirakı ilə hazırlanmış “Toy olsun” komediyası Bakı tamaşaçıları tərəfindən maraqla qarşılandı. İsi Məlikzadə və Süleyman Ələsgərovun birgə yaradıcılıq məhsuluna quruluşu teatrımızın baş rejissoru əməkdar artist Firudin Məhərrəmov verib.


Qeyd edək ki teatrımızda müxtəlif yaş qruplarına, zövqlərə xitab edən iki yeni tamaşa hazırlanır. Danimarkalı nasir Hans Xristian Andersenin nağıllarının motivləri əsasında səhnələşdirilən “Şahzadənin ulduzu” tamaşasının quruluşçu rejissoru Vasif Məmmədovdur.


Digər əsər - Türk yazarı Turqut Özakmanın “Ocaq” dramı əməkdar artist Firudin Məhərrəmovun quruluşunda səhnə həlli tapıb. Ailə dramının yaxın günlərdə təhvil verilməsi nəzərdə tutulur və 48-ci mövsümün məhz bu əsərlə yekunlaşdırılması planlaşdırılır.

 

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !