"IV İslam Həmrəyliyi Oyunları Azərbaycan fotoqraflarının gözü ilə" adlı fotosərgi keçiriləcək -

"IV İslam Həmrəyliyi Oyunları Azərbaycan fotoqraflarının gözü ilə" adlı fotosərgi keçiriləcək

İyulun 11-də Gənlər və İdman Nazirliyinin təşkilatçılığı, "Azəridmanservis" MMC-nin dəstəyilə, “AZƏRTAC” İnformasiya Agentliyi və GİN-nin mətbu orqanı "İdman" qəzetinin informasiya dəstəyilə Muzey Mərkəzində (Keçmiş Xalça muzeyi) "IV İslam Həmrəyliyi Oyunları Azərbaycan fotoqraflarının gözü ilə" adlı fotosərgi keçiriləcək.
21 idman növü üzrə 54 ölkənin qatıldığı Beynəlxalq yarışmada 6000 idmançı öz gücünü sınamış qızıl, gümüş və bürünc medallar uğrunda mübarizə aparıb. Şərqlə qərbi birləşdirən bu mötəbər yarış Azərbaycanın beynəlxalq arenada imicini daha da möhkəmləndirib.
Təbii ki, Azərbaycan fotoqrafları da öz növbəsində obyektivin gözü ilə bu tədbirin dinamikasını, möhtəşəmliyini sənət əsərinə çevirmişlər.
Saat 17-00 da baş tutan və iki gün davam edən sərgidə 52 müəllifin 200-ə yaxın əsəri nümayiş olunacaq.
Giriş sərbəstdir. 

 


Dilavər Nəcəfov

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !