Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı mövsümə Qarabağnamə tamaşası ilə yekun vurub - + FOTO

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı mövsümə “Qarabağnamə” tamaşası ilə yekun vurub + FOTO

 Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı mövsümə xalq yazıçısı İlyas Əfəndiyevin “Hökmdar və qızı” pyesi əsasında hazırlanmış “Qarabağnamə” tamaşası ilə yekun vurub.



Teatrın mətbuat katibi Cavid Zeynallının verdiyi məlumata görə, səhnə əsərinin quruluşçu rejissoru Xalq artisti Mərahim Fərzəlibəyov, quruluşçu rəssamı İsmayıl Məmmədovdur. Aktyorlar əsəri tamaşaçıya inandırıcı ştrixlərlə, maraqlı tərzdə çatdırıblar. Zəngin səhnə dekorasiyası və aktyorların məharətli çıxışı tamaşanı daha da baxımlı edib. “Qarabağnamə” teatrın repertuarında xüsusi yer tutan, aktual mövzulu tamaşalardandır.



Rolları Xalq artistləri Firəngiz Mütəllimova, Rafiq Əzimov, Səidə Quliyeva, Hacı İsmayılov, Ramiz Məlik, Ramiz Novruz, Əməkdar artistlər Kazım Abdullayev, Elxan Quliyev, Əjdər Həmidov, Əli Nurzadə, Sabir Məmmədov, Məsmə Aslanqızı, Kazım Həsənquliyev, Aslan Şirin, Anar Heybətov, Mirzə Ağabəyli, Elşən Cəbrayılov, aktyorlar Əminə Babayeva, Şəhla Əliqızı, Rövşən Kərimduxt, Rəşad Bəxtiyarov, Elnar Qarayev, İlyas Əhmədov, Ləman İmanova, Elnur Qədirov, Rada Nəsibova ifa edirlər.



Tamaşanın musiqi tərtibatçısı Həmid Kazımzadə, geyim rəssamı Aygün Mahmudova, işıq üzrə rəssamı Rafael Həsənovdur.



Tamaşa XVIII əsrdə Qarabağ xanlığının mərkəzi olan Şuşada baş vermiş tarixi hadisələrdən və hökmdar İbrahim xanın ictimai-siyasi, ailə-məişət həyatından bəhs edir.



Xanlıqlara bölünmüş Azərbaycana yiyələnmək istəyən Rusiya və İranla siyasi əlaqələri və dostluq münasibətlərini bərqərar etməyə çalışan İbrahim xan erməni fitnəkarlığının qurbanı olur.

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !