Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının direktoru İsrailli həmkarı ilə görüşüb -

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının direktoru İsrailli həmkarı ilə görüşüb

ADGTT-nın direktoru Əməkdar incəsənət xadimi, ASSİTEJ-Azərbaycan Milli Mərkəzinin prezidenti Mübariz Həmidov İsrailli həmkarı – İsrail Gənc Tamaşaçılar Teatrının direktoru və aktyoru Şaul Tiktinerlə görüşmüşdür.


İşgüzar və yaradıcı şəraitdə keçən görüşdə Azərbaycan-İsrail Teatr əlaqələri və iki teatr truppasının iştirakı ilə yeni layihələrin həyata keçirilməsi barədə müzakirələr aparılmış, sonda İsrail Gənc Tamaşaçılar Teatrının yeni mövsümdə Azərbaycana səfər edərək Dövlət Gənc Tamaşaçılar Teatrında tamaşalar nümayiş etdirilməsi barədə razılıq əldə olunmuşdur.


“İsrailin Tel-Əviv şəhərində fəaliyyət göstərən Gənc Tamaşaçılar Teatrı ilə yaradıcılıq əlaqələrinin qurulması bizim üçün maraqlıdır. Çünki, biz müxtəlif ölkələrdə beynəlxalq festivallarda iştirak edərkən İsrailli həmkarlarımızla tanışlığımız olmuşdur. Onlar Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı, onun repertuarı haqqında artıq məlumatlıdırlar və bizimlə yaradıcılıq əməkdaşlığı etmək arzusundadırlar. Bu bizim İsrailli həmkarlarımızla ilk beynəlxalq layihəmiz olacaqdır. Ümid edirəm ki, bu layihəni də uğurla həyata keçirəcəyik” – deyə Mübariz Həmidov bildirmişdir.


Danışaqlardan əldə olunan razılığa əsasən İsrail Gənc Tamaşaçılar Teatrı yeni teatr mövsümündə ADGTT-nın səhnəsində “Bremen musiqiçiləri” və “Balaca şahzadə” tamaşaları ilə çıxış edəcək, daha sonra isə ADGTT-nın kollektivi Tel-Əvivə səfər edəcəkdir.



 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !