Ağalar İDRİSOĞLU : - Faşist Adolf Hitlerin davamçısı- Faşist Serj Sarkisyan Açıq məktub +FOTO

Ağalar İDRİSOĞLU : Faşist Adolf Hitlerin davamçısı- Faşist Serj Sarkisyan Açıq məktub +FOTO

Sən Qarabağ hadisələri başlayan vaxtdan bu günə qədər, yəni Fatimeyi Zəhranın adını daşıyan 2 yaşlı, zavallı Zəhraının öldürülməsinə kimi bir daha minlərlə insanın ölümünə bais olmaqla faşist Adolf Hitlerin davamçısı olduğunu tam sübut etdin. Azərbaycanlılara, türkdilli xalqlara nifrət yəqin ki, atanın adının Azat olması ilə bağlıdır. Ermənilərdə Azat adı yoxdur. Bu, türkdilli xalqların adıdır. Nənəngildə vaxtı ilə Teq Gorus rayonunda yaşayıb. 1930-cu illərdə də Ermənistan əhalisinin 70 faizi və Gorus əhalisinin də demək olar 80 faizi azərbaycanlılar olub. Yəqin ki, nənənin aşnası həmin vaxtı azərbaycanlı Azad olub və onun şərəfinə, məhəbbətini həmişəlik ürəyində yaşatmaq üçün sənin atanın adını da nənən Azat qoyub. Sən də bunu yəqin ki, bildiyinə görə elə uşaq yaşlarından azərbaycanlılara qarşı nifrətin var. Bu nifrətini də Qarabağ müharibəsi başlayan vaxtdan daha yüksək səviyyədə göstəribsən. Çünki sən 1989-cu ildən 1993-cü ilə kimi Dağlıq Qarabağ Muxtar Vilayətindəki könüllü erməni batalyonuna rəhbərlik etmisən. Həmin vaxtı Daşaltı əməliyyatında, Kəlbəcərdə, Şuşada, Malbəylidə, Xocalıda, Ağdamda və bütövlükdə Qarabağda baş verən dəhşətli faciələrdə sənin bilavasitə əlin, iştirakın olub...
Ən dəhşətlisi budur ki, mən səni tanıyıram. Mən Əbdürrəhim bəy Haqverdiyev adına Ağdam Dövlət Dram Teatrına rəhbərlik etdiyim vaxtı, hələ Sumqayıtdan yaxşı tanıdığım Valodya Mailyan Dağlıq Qarabağ Muxtar Vilayəti partiya komitəsinin təşkilat şöbəsinin müdiri təyin olunmuşdu. Mən, 1986-cı ildə onu görmək və təbrik etmək üçün Xankəndinə gələndə Valodya Mailyan səni mənimlə tanış etdi. Həmin vaxtı səhv etmirəmsə sən, vilayət komsomol təşkilatının birinci katibi idin. Biz, çay süfrəsi arxasında əyləşəndə sən, təmiz Azərbaycan dilində mənimlə danışdın və azərbaycanlılara necə böyük hərmətin olduğunu da açıqca dedin. Azərbaycanlılara böyük məhəbbətin bariz nümunəsi kimi nənən atanın adını Azat qoyduğunu da böyük həvəslə bildirdin. Həmin gün bizim söhbətimiz yalnız Azərbaycan dilində oldu. Çünki Valodya Mayılyan da uzun illər Sumqayıtda yaşadığına və Sumqayıt şəhərində işlədiyinə görə Azərbaycan dilini yaxşı bilirdi.
Səninlə bizim ikinci görüşümüz 1987-ci ilin noyabr ayında, Stepanakert şəhərindəki Dövlət Dram Teatrının qocaman aktirisasının yubileyində oldu. Həmin vaxtı bizim Ağdam Dövlət Dram Teatrı Azərbaycan Mədəniyyət Nazirliyi adından Xankəndinə həmin aktirsanı təbrikə gəlmişdik. Yubileydən sonra təşkil olunan ziyafət məclisində Volodya Mailyan və sən, məni Robert Koçaryanla tanış etdiniz. O da təmiz Azərbaycan dilində dedi ki, “Dəvəçi ( indiki Şabran) rayonunun Kilvar kəndində anadan olub və azərbaycanlılara məhəbbəti sonsuzdur, özü də erməni yox, milliyyatca albandın”. Həmin gün siz azərbaycanlılar haqqında çoxlu xoş sözlər dediniz. Ermənilərin ən yaxın dostu, qardaşı yalnız azərbaycanlılar olduğunu da açıqca bildirdiniz. Hətta Robert Koçaryan vəzifə pillələrində az vaxtda böyük uğurlar əldə etməsində ( həmin vaxtı o, Muxtar Vilayətin İpəkçilik Kombinatının partiya təşkilatının katribi idi) Azərbaycan rəhbərlərinə minnətdar olduğunu açıq şəkildə etiraf etdi...
1988-ci ilin fevral ayında Qarabağ hadisələri başlayanda, Xankəndində keçirilən mitinqlərdə çəkilən fotoşəkillərdə mən, sənin və Robertin şəkillərini ön cərgədə görəndə çaşıb qaldım. Deməli, siz həqiqətən də çörəyi dizi üstündə olan nanəciblər, namərdlər, nankorlar imişsiniz. Həmin vaxtlar Valodya Mailyan azərbaycanlıları müdafiə etdiyinə görə sizin fitvanızla ermənilər onu öldürdülər və mən bir daha sizin həqiqətən gavur, faşist olduğunuzu gördüm. Bir daha yadıma saldım azərbaycanlılara qənim kəsilən tayqulaq, daşnak Androniki, faşist ideologiyasının əsasını qoyan və 1918-ci ildə minlərlə azərbaycanlıların ölümünə səbəbkar olan daşnak Stepan Şaumyanı, azərbaycanlıların qanına susamış daşnaklar Lalayanı, Amazapsı, 1920-ci ilin aprel ayının 28-dən sonra minlərlə azərbaycanlıların ölümünə rəvac verən, kommunist bayrağı altında gizlənən, keçmiş Sovetlər Birliyindən Massonların ən aparıcı nümayəndələrindən biri olan daşnak Anastas Mikoyanı və onlarca başqalarını...
1988-ci il Qarabağ hadisələri başlayan vaxtdan və minlərlə azərbaycanlıların erməni gavurları tərəfindən qətlə yetirilməsində sən Serj, Robert Koçaryan, Silva Kaputikyan, Zori Balayan, Boris Gevorkov, Henrix Poqosyan, Manuçaryan və onlarla erməni gavurları böyük rol oynayıbsınız. Deməli, siz gec-tez məşhur tiranlar- Akhenaton, Kaliqula, Domision, Qəddar Pedro, III Riçar, İvan Qroznı, Boris Qodunov, Napaleon Bonapart, Xuan Manule De Rosas, İosif Stalin, Benito Mussalini, Çan Kayşi, Adolf Hitler, Kim İr Çen, Avqustino Pinaçet, Slobadan Miloşoviç və onlarca başqa vəhşilər kimi tarixdə ən murdar, lənətlənmiş adamlar kimi qalacaqsınız...
1988-ci ildə sizin dəyirmanınıza su tökən, başdan qıvraq, bambılı, Mixail Qorbaçovun diktəsi ilə oturub-duran Əbdürrəhman Vəzirov əgər Ermənistandan köçürülən azərbaycanlıların Qarabağda yerləşdirilməsinə imkan versəydi və vilayət partiya komitəsinin rəhbərləri Gevorkovun, Poqosyanın, KRUNK-un rəhbəri Manuçaryanın fitvası ilə Sadıq Murtuzayevi Ağdam rayon partiya komitəsinin birinci katibliyindən uzaqlaşdırmasaydı, siz bir qarış da Azərbaycan torpaqlarını işğal edə bilməzdiniz. Sənin kimi araqarışdıranlar isə çoxdan köçüb Ermənistana gedəcəkdiniz və zavallı, kasıb, həmişə azərbaycanlılarla mehriban münasibətdə olan, bu gün isə Qarabağda ağır durumda, pis şəraitdə yaşayan ermənilər də indi azərbaycanlılarla Qarabağda mehriban yaşayacaqdılar.
Sizə ara qarışdırmaq üçün ilk inamı verən Azərbaycan Mərkəzi Komitəsinin o vaxtkı birinci katibi Kamran Bağırov oldu. Yadımdadır ki, 1985-ci ildə mən Şuşada böyük, dahi bəstəkarımız Üzeyir Hacıbəyovun 100 illik yubileyi münasibəti ilə tetrlaşdırılmış tamaşa hazırlamışdım. Həmin tədbirə Kamran Bağırov da gəlmişdi. 3 saat davam edən həmin tədbirin finalına yaxın gəlib Kamran Bağırova xəbər verdilər ki, Şuşada yaşayan ermənilər pəncərələrindən qara bayraq asıblar. Bunu eşidən Kamran Bağırov tez tədbirdən çıxıb, təcili Şuşadan getdi. Əgər onun qətiyyəti olsaydı bu işi törədənləri cəzalandırardı və siz də başa düşərdiniz ki, yaşadığınız Azərbaycan torpağına və azərbaycanlılara xəyanət etmək olmaz. Bu hadisə 1988-ci ilin fevral ayında da təkrar olundu. Siz Xankəndində mitinqlər keçirəndə yenə də Kamran Bağırov fevral ayının 21-də ora gəldi və yenə də heç bir qətiyyət göstərmədən geri, Ağdama gəldi və oradan da Bakıya qayıtdı. Siz də onun qətiyyətsiz adam olduğunun bir daha şahidi olub və havadarınız Mixail Qorbaçovun sayəsində daha qanlı hadisələr törətdiniz...
Mən 50 ildir jurnalistika, bədii yaradıcılıqla və rejissura ilə məşğul olan ziyalı kimi sizin bu vəhşiliklərinizi, Qarabağda törətdiyiniz analoqu olmayan qanlı hadisələri görmüşəm. Onların canlı şahidi olmuşam. Bu dəhşətli hadisələri də özümün “Şahidin şahidləri və şəhidləri” romanımda, “Dözə bilmədi” povestimdə, “Qibləgahımız Xocalı” pyesimdə və Qarabağ müharıbəsinə həsr olunan yüzlərlə məqalələrimdə ətraflı yazmışam. “Qibləgahımız Xocalı” pyesimə Şabran Teatr-Studiyasında, Qarabağ müharibəsinə həsr olunan ilk irihəcimli dram əsəri Akif Həsənoğlunun “Yanmış evin nağılı” tamaşasına Sumqayıt Dövlət Musiqili-Dram Teatrında və Vaqif Əlixanlının “Əcəl atı” pyesinə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında quruluş verməklə, azərbaycanlıların başına gətirdiyiniz müsibətləri səhnədə göstərməklə, sizin həqiqətən də Tiran-Diktator olmağunuzu ətraflı surətdə sübut etməyə çalışmışam. Mənim kimi Vətənini, millətini sevən yüzləllə azərbaycanlılar da sizin Qarabağda törətdiyiniz faciələri qələmə alıb, yazıya köçürüblər. Onu bilin ki, heç vaxt qan yerdə qalmır. Yadınıza salın Səddam Hüseyinin və Məhəmmər Qəddafinin dəhşətli faciələrini və ölüm səhnələrini. Bu hadisələr gec-tez sizin də başınıza gələcək. Azərbaycan xalqı törətdiyiniz dəhşətli faciələri sizə heç vaxt bağışlamayacaq və bunun qisasını tezliklə hökmən sizdən alacaq. Siz, bütün bu əməllərinizlə türkdilli xalqlarda ermənilərə qarşı böyük nifrət yaradıbsınız. Serj, Erməni müxalifəti səni “Qancıq oğlu” ( “Sukin sın”) adlandırır və bununla bağlı saytlarda çoxlu yazılar və videolar yerləşdiriblər. Deməli, onlar sənin nənənin və ananın hansı yolun quşu olduğunu yaxşı bilirlər... Amma sənin sifət cizgilərində çaqqalın ( şakalın) cizgiləri daha çoxdur. Əslində sən elə çaqqalsan (şakalsan). Və çaqqal kimi goreşənsən, leş yeyənsən.
Sən bir müddət İranın keçmiş prezidenti Mahmud Əhmədnejdatın və Rusiyanın keçmiş prezidenti Dmitri Medvedevin qucağında oturmuşdun. Onlar da böyük səxavətlə ermənilərə pulsuz silahlar verir və sizə kömək məqsədi ilə canlı qüvvələr göndərirdilər. Bununla bağlı Yutubda və saytlarda çoxlu şəkillər və video səhnələr var. Hətta Mahmud Əhmədnejdatın arvadı geyimində (gəlinlik paltarında), Dmitri Medvedevin qucağında çılpaq vəziyyətdə oturmağın, qaluboy olmağınla bağlı çoxlu şəkillər və səhnələr də var. İndi də Vladimr Putinin qucağında oturub, azərbaycanlılara qarşı qənim kəsilibsən. Putin də böyük səxavətlə ermənilərə çoxlu pulsuz silahlar göndərir. Sən yaxşı bilirsən ki, Rus və İran hökuməti əlini sənin üstündən götürən kimi Azərbaycanın qüdrətli ordusu ən azı bir həftəyə üçrəngli bayrağımızı İrəvanda sancacaq. Sən Serj Sarkisyan da ona görə də dəridən-qabıqdan çıxıb, ruslara yaltaqlanmaqla prezidentlik ömrünü uzatmaq istəyirsən. Onu bil ki, bütün bu fırıldaqların uzun sürməyəcək. 2 yaşlı Zəhranın gavur erməlilər tərəfindən öldürülməsi artıq dünyanın bütün sülsevər qüvvələrini ayağa qaldırıb. Onlar artıq tam başa düşüblər ki, Qarabaq müharibəsi başladığı 1988-ci ilin fevral ayının 22-dən və azərbaycanlıların ilk iki şəhid verdiyi ağdamlı Əli və Bəxtiyarın günahsız ölümündə siz erməni gavurlarının və əsasən də sənin, Rabert Koçaryanın, Silva Kaputikyanın, Zori Balayanın, Boris Gevorkovun, Henrix Poqosyanın, Manuçaryanın günahları daha çoxdur. Yəqin elə sən buna görə də Böyük Vətən Müharibəsində çoxlu Sovet əsgərlərini öldürən erməni faşist generalına və Qarabağ müharibəsində, Xocalı hadisələrindəki dəhşətli qırğınların ən böyük iştirakçı olan gavura- yəni iki daşnaka İrəvanda heykəl ucaltmaqla bir daha faşist olduğunu tam sübut etmisən.
Mən, bütün Azərbaycan mediyasını və dünyanın sülsevər mediya orqanlarını sizin kimi tiranlarla, gavurlarla savaşa çağırıram. Bu gün dünyada media savaşı ən önəmli savaşdır. Çünki bu savaşda tiranların törətdiyi cinayətlər yazıya köçürülür və təkcə bu gün yox tarixlər boyu qalmaqla həmin faşistlərin əməlləri dünya xalqları tətfindən lənətlənir. Onu bil ki, Serj Sarkisyan sən də tarixdə ən qəddar faşist kimi qalan Adolf Hitlerin davamçısı kimi zaman-zaman lənətlənəcəksən və adın minlərlə günahsız insanların qanını tökən tiran kimi qalacaq və tezliklə beynəlxalq məhkəmə qarşısında cavab verəcəksən.. Mən buna qətiyyətlə inanıram. Bircə ona heyfislənirəm ki, nə vaxtsa səninlə bir süfrə arxasında əyləşib çay içib, çörək kəsmişəm. Həmin çayın və şörəyin pulunu da mən, özümün halal zəhmətlə qazandığım pulla vermişdim. Həmin çörək gec-tez sənin gözünü tutacaq Serj Sarkisyan. Qanları tökülən günahsız körpələrin, öldürülən ahıl insanların, əsirlikdə olan və başına min cürə işgəncələr gətirilən azərbaycanlı qadınların ahı, günahı da gec-tez sənə qənim olacaq. Mən buna qətiyyətlə inanıram. Bu dəhşətli faciələr artıq qan çanağı olan sənin taxt-tacını tezliklə alt-üst edəcək! Həmin qan çanağında sən, övladların və yaxınların da böğulacaq. Həmin günlər heç də uzaqda deyil! Uzaqda deyil!.. Yəqin ki, mən həmin günü görəcəm Serjik!

 

 


 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !