Şəbnəm Tovuzlu konsert verdi - +FOTO ( AZpress.AZ - Nəriman İsmayılov )

Şəbnəm Tovuzlu konsert verdi +FOTO ( AZpress.AZ - Nəriman İsmayılov )

AZpress.AZ xəbər verir ki, müğənni sevənləri üçün Nabran konsertinin ardınca, ikinci konsertini bu dəfə, Xırdalanda keçirib. AAAF Park yaşayış və istirahət kompleksində, açıq havada baş tutan konsertdə sevənləri müğənnini yalnız buraxmayıb.
Səhnə öncəsi müğənni Azpress.az-a müsahibəsində bunları deyib: "Artıq ikinci konsertimi keçirirəm. Bir az da olsa, həyəcan var. Ümid edirəm ki, gözəl konsert keçəcək. Konsert programında bir neçə səhnə geyimlərinə üstünlük verəcəm." Konsertdə müğənninin sənət dostları, müğənni Zenfira İbrahimova, rəqqasə Fatimə, Aşıq Namiq qonaq qismində iştirak ediblər. Tədbirdə Zenfira İbrahimova və rəqqasə Fatimə də səhnə alıb. Şəbnəm Tovuzlunun konsertinin digər yadda qalan məqamlarından biri, müğənninin fanatının səhnəyə çıxaraq, mahnısını onunla birgə oxuması olub. Müğənni sevilən mahnılarını səsləndirərək, tamaşaçılarına musiqi dolu anlar bəxş edib. 


! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !