Akademik Milli Dram Teatrının kollektivi beynəlxalq festivalda ölkəmizi təmsil edəcək - + FOTO

Akademik Milli Dram Teatrının kollektivi beynəlxalq festivalda ölkəmizi təmsil edəcək + FOTO

Akademik Milli Dram Teatrının kollektivi beynəlxalq festivalda Azərbaycanı təmsil edəcək. Teatrın mətbuat xidmətindən verilən məlumata görə, Beynəlxalq Monotamaşalar Festivalı avqustun 2-dən 8-dək Bolqarıstanın Varna şəhərində keçiriləcək.

Festivalda rejissor Anar Babalının Əməkdar artist Ayşad Məmmədovun “İuda” monopyesi əsasında hazırladığı tamaşa nümayiş olunacaq. Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Teatr Xadimləri İttifaqının təşkilatçılığı ilə ölkəmizi təmsil edəcək “İuda” səhnə əsəri avqustun 7-də tamaşaçılara təqdim ediləcək.

Mono tamaşada Əməkdar artist Ayşad Məmmədov özü çıxış edəcək.

Tamaşanın rəssamı Əməkdar Mədəniyyət İşçisi İlham Elxanoğlu, işıq üzrə rəssamı Rafael Həsənov, rejissor assistenti Firuzə Balayevadır.

Qeyd edək ki, Monotamaşalar Festivalı Bolqarıstanda ənənəvi olaraq keçirilir. Festivala Rusiya, Ukrayna, İsveçrə, Gürcüstan, Kanada və digər ölkələrin təmsilçiləri də qatılacaq. 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !