Milli Kino Günü ilə bağlı Nizami Kino Mərkəzində tədbir keçirilib - + FOTO ( AZpress.AZ - Nəriman İsmayılov )

Milli Kino Günü ilə bağlı Nizami Kino Mərkəzində tədbir keçirilib + FOTO ( AZpress.AZ - Nəriman İsmayılov )

Mədəniyyət və İncəsənət xadimlərinin, kino ictimaiyyətinin iştirak etdiyi tədbir Mədəniyyət və Turizm Naziri Əbülfəs Qarayevin Kino Günü münasibəti ilə bütün salona toplaşanları təbriki ilə açıq elan olundu.Daha sonra Azərbaycan kino xadimlərinə fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin Sərəncami ilə, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə əsasən Azərbaycan kinomatoqrafiyasının inkişafında xidmətlərinə görə Mədəniyyət və Turizm Naziri Əbülfəs Qarayev bir çox kino xadimlerinə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Fəxri adları, "Fəxri Mədəniyyət İşçisi" döş nişanı ve Fəxri Fermanı ilə təltif etdi.Mirqasımova Ayan Oqtay qızı (Xalq artisti), Allahverdiyeva Afaq Murtuz qızı, Azməmmədov Nadir Mirzə oğlu, Bağırov Tahir Məmməd oğlu, Süleymanov Badavi Süleyman oğlu (Əməkdar mədəniyyət işçisi) və s.Tədbirdə Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası tədbirdə Mədəniyyət ve Turizm Nazirliyinin sifarişi ilə C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası ve "Buta Film" kino şirkətinin birgə istehsal etdiyi "Nar bağı" bədii filminin təqdimatı olub. Dünya premyerası Çexiyanın Karlovy Vary Beynəlxalq Film Festivalnın "Qərbin - Şərqi" müsabiqə proqramı çərçivəsində kəçirilən "Nar bağı" 11-ci "Asia Pacific Screen Awards" (APSA) mükafatına namizədlərin siyahısında yer alıb ve bu günlərdə Qazaxıstanda keçirilən XIII Avrasiya Beynəlxalq Film Festivalında əsas müsabiqə proqramı çərçivəsində iştirak edir.Filmin ssenari müəllifləri Asif Rüstəmov, İlqar Nəcəf, Roelof Jam Minneboo. Rolları Qurban İsmayılov, İlahe Həsənova, Səmimi Fərhad ve digərləri canlandırıblar.Kino Gününə həsr olunmuş tədbirdə hemçinin kinoşünas, rejissor Ayaz Salayevin təbliğat xarakterli "Qarabağın həsrət səlnaməsi" kino layihəsinin növbəti iki buraxılışı da tamaşaçılara təqdim olundu. 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!
 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !