"Konflikt Jurnalistikasi Məktəbi"nin növbəti təlimlərinə start verilib. - + FOTO ( AZpress.AZ - Maya Quliyeva, Qarabağ )

"Konflikt Jurnalistikasi Məktəbi"nin növbəti təlimlərinə start verilib. + FOTO ( AZpress.AZ - Maya Quliyeva, Qarabağ )

Müdafiə nazirliyinin təşkilatı dəstəyi, Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “Dinc Dünya” Araşdırma Mərkəzinin təsis etdiyi "Konflikt Jurnalistikasi Məktəbi"nin növbəti təlimlərinə start verilib.

 

Jurnalistlər üçün təlimlər Şəmkir rayonunda Müdafiə Nazirliyinin nəzarəti və dəstəyi altında həyata keçirilir. MN-in peşəkar mütəxəssisləri ekstremal şəraitdə davranış qaydaları, psixoloji durumlar, konflikt zonalarında hərəkətlər, marşrut trayektoriyalarını tədris edirlər.

 

Təlimlərdə ölkənin yazı mediasının və TV-lərin reportyorları, əməkdaşları iştirak edir.

 

Jurnalistlər üçün təlim 9 gün nəzərdə tutulub. Təlimdə iştirak edən bir qrup media mənsubları öncə MN-nin Təlim Tədris Mərkəzində toplanaraq təlimin təşkil edildiyi əraziyə ediləcək səfərlərlə bağlı məlumatlar verilib. Və müzakirələr aparılıb. Sonra Bakı Dövlət Universitetinin qarşısından cəbhə bölgəsinə, yəni təlimlər ola ərazilərə yola düşürüblər.


Tam hərbi şəraitə uyğunlaşdırılan jurnalistlər əsgər yataqxanasına yerləşdirilib. Və günəş üfüqdə görünməmiş növbətçilərin ucadan "qalx" komandası ilə oyanır. Səhər idmanı edir, əsgərlərlə bərabər yemək yeyir, sonra dərslərə başlayırlar. İlk dərs jurnalistlərin orduda hansı məsul şəxslərlə işləməsinə həsr edilir. Dərsdə məruzəçilər “Dinc Dünya” Araşdırma Mərkəzinin sədri Mehdiyev Əlisafa və Müdafiə nazirliyinin peşəkar mütəxəssisləri olur.

 

Təlimlər zaman tədris edilən bütün dərslər həm nəzəri həm də ərazidə yerləşən, MN-nə məxsus poliqonlarda tədris edilir.

 

Əslində jurnalistlərin silahla davranma, silahla tanışlğın hansı anlam verməsi barədə sual yarana bilər. Bu suala gəldikdə isə bildirim ki, poliqona getməkdə məqsəd jurnalist güllə atması yox, məhs silahlarla yaxından tanış olması, döyüş şəraitində həmin silahlardan necə müdafiə olunması nəzərdə tutulur.

 

Silahlarla tanışlıqdan sonra jurnalistlərin suallarını cavablandıran Mehdiyev Əlisafa "Konflikt Jurnalistikasi Məktəbi"nin yaranması nə qədər vacib olması barədə açıqlama verib: "Biz ekstrimal şəraitddə işləyən jurnalistlər üçün təlimlər verməliyik. Bunun üçün qanun vericilik aktlarının öyrənilməsi və ekstrimal şəraitdə jurnalistlərin praktiki davranmaları ilə bağlı təcrüblərin keçirilməsinə. Bundan sonra isə redaksiyalarda alınmış informasiyaların işlənməsi ilə məşğul olmaqdır. Bizim keçdiyimiz bu təlimlər artıq ənənəvi hal alıb. Biz artıq ekstrimal jurnalistikanın qaydalar bazasını yarada bilmişik. Buna görə də, bundan istifadə edərək kompleks tədbirlər keçərək, məktəbi formalaşdırmışıq. Bundan sonrakı təlimlərimiz daha da mükəmməl olacaq və beynəlxalaq təcrübələrdən də yararlanmağa başlayacağıq." - deyir, Əlsafa Mehtiyev

 

Konflikt Jurnalistikasi Məktəbinin qurucusu Əlisəfa Mehtiyev kobflikt təkcə döyüşün getdiyi yer yox, həm də dinc şəraitdə də yaranan konfliktlərə şamil olduğunu və bu istiqamətdə də dərlər keçiriləcəyini bildirib:

 

"Hazırda keçirilmir. Biz bazamızı tam qurandan sonra, "Konflikt Jurnalistikası Məktəbi" özünün oturaq yerini qurduqdan sonra, mitinqlərdə terror, zəlzələ hallarında davranışları da öyrədəcəyik." -deyə bildirib.

 

Həçinin Ə.Mehtiyev hazırda təlimlərdə iştirak edən qrupun keçirilən təlimlərin qavrama, hazırkı situasiyaya adaptasiya olmalarından və onların psixoloji hazırlıqlarından razı qaldığını da qeyd edib.

 

Məlumat üçün bildirək ki, hazırda təlimlər davam edir.  

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !