"Bakı'' 2015 Birinci Avropa Oyunlarından - FOTO

"Bakı'' 2015 Birinci Avropa Oyunlarından FOTO

Möhtəşəm Birinci Avropa Oyunları tarixə qovuşdu. Respublika Prezidenti İlham Əliyev və xanımı, “Bakı-2015” ilk Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva başda olmaqla Azərbaycan xalqı bu sınaqdan üzüağ çıxdı.
Bu Oyunlar bütün dünyaya sübut elədi ki, gənc bir ölkə, torpaqları işğal olunmuş bir dövlət, bir milyona qədər qaçqını və məcburi köçkünü olan məmləkət bütün çətinliklərə baxmayaraq bu böyük işin öhdəsindən layiqincə gəldi.
İlk dəfə idi ki, bu qədər dövlət strukturlarının və könüllülər ordusunun qüvvəsini bir araya gətirmək və bütün təşkilatçılığa cavabdeh şəxs, Avropa Oyunları Əməliyyat Komitəsinin baş icraçı direktoru Azad Rəhimovun da bu işdə əməyi danılmazdır.
Həmvətənlərimizə gəldikdə isə, bəlkə də xalqımız heç vaxt bu qədər həmrəy olmamışdı, bəlkə də bu qədər insan xalqının şad günündə himnimizi bir yerdə oxumamışdı, bayrağımızı birlikdə dalğalandırmamışdı, idmançılarımızı bu qədər dəstəkləməmişdi. Deməli, istəsək bacararıq.
Bu Oyunlar bir daha avropalıların bizim üçün kim olduğunu göstərdi. Dostu düşməndən ayırdıq. Bəzi etdiyimiz səhvləri gələcəkdə də təkrarlamamaq üçün bu şansdan istifadə etdik, təcrübə topladıq və gələcəkdə yerli mütəxəssislərdən ibarət bir ordu formalaşdırdıq.
Bəli, biz bunu etdik və biz bununla tarix boyu fəxr edəcəyik.
Sonda yadıma bir məqam düşdü. 1980 - Moskva Olimpiadasının bağlanış mərasimini televizordan seyr edirdim. O kövrəldici anlar indi də gözümün qabağındadır, heç vaxt yaddan çıxmayacaq. O vaxt SSRİ-nin kiçik bir vətəndaşı kimi qürur hissi keçirib ağlamışdım. Neçə ildən sonra, müstəqil Azərbaycan Respublikasının vətəndaşı kimi kövrəlib ağladım. Çünki bir çox vətəndaş kimi mən də bunu vətənimdə görməyi arzulamışdım.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !