"Zirə" 0:0 " Astra Giurgiu - FOTO

"Zirə" 0:0 " Astra Giurgiu FOTO

Bu gün Avropa Liqasının II təsnifat mərhələsinin cavab oyunları keçirilib. Oyunların birində qəsəbə klubumuz olan "Zirə" Mərdəkanda yerləşən "Dalğa Arena"da Rumıniya "Astra"sını qəbul edirdi. Rumıniya səfərindən 1:3 hesablı məğlubiyyətlə dönən gənc Ayxan Abbasovun yetirmələri mərhələ adlamaq üçün qol buraxmadan ən azı 2 top vurmalı idilər.

Oyun başlayan dəqiqədən böyük üstünlüklə rəqibi daim həyəcanda saxlayan qəsəbəlilər heç cür çərçivəyə düşə bilmirdi. İlk hissədə yaradılan qol vəziyyətləri boşa verilincə tabloda hesab dəyişmədi. İkinci hissə isə futbolçularda yorğunluq artıq öz sözünü dedi və oyun bərabər məcrada davam etdi.

Avropa Liqası
II təsnifat mərhələsi, cavab oyunu
20 iyul

21:00. “Zirə” (Azərbaycan) – “Astra” (Rumıniya) 0:0

Baş hakim: Giorgi Vadaçkoria
Yan xətt hakimləri: Giorgi Elikaşvili, Zaza Menteşaşvili
Dördüncü hakim: Qoqa Kikaçeyşvili (hamısı Gürcüstan)
UEFA nümayəndəsi: Tarqo Kaldoya (Estoniya)
Hakim-inspektor: Sergey Zuyev (Rusiya)
Bakı. “Dalğa Arena” stadionu
İlk oyun – 1:3
 
"Zirə": 1. Anar Nəzirov, 3. Jozef Bum, 6. Rəşad Sadiqov, 8. Milan Dyuriç, 9. David Manqa, 10. Kervens Belfort, 11. Viktor İqbokoye, 14. Qabriel Matey, 23. Yovan Krneta, 28. Təmkin Xəlilzadə, 43. Riçard Qadze
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 4. Vüqar Mustafayev, 5. Adil Nağıyev, 7. Orxan Əliyev, 13. Aleksandr Şemonyayev, 39. Sadiq Quliyev, 99. Nicat Qurbanov
Baş məşqçi: Ayxan Abbasov

"Astra": 23. Plemen İlyev, 4. Markus Vidal, 7. Klaudio Belu Yordaçe, 10. Aleksandru Yonita, 17. Viorel Nikoara, 21. Eriko, 24. Flip Mrjyak, 25. Pyotr Polçşak, 30. Aleksandru Dandea, 77. Aleksandru Stan, 92. Remus Boqdan Çipirliu
Ehtiyat oyunçular: 1. David Lazar, 6. Florin Bejan, 9. Antoni Le Tallek, 20. Robert Valseanu, 71. Andrey Pitian, 95. Romario Moise, 96. Silvio Balauri
Baş məşqçi: Eduard Yordanesku

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !