V Beynəlxalq Qəbələ Mürəbbə Festivalı -

V Beynəlxalq Qəbələ Mürəbbə Festivalı

Sizi 26.08.2017 - ci il tarixində Azərbaycan Respublikası Mədəniyyət və Turizm nazirliyi, Qəbələ Rayon İcra Hakimiyyəti, Azərbaycan Milli Kulinariya Mərkəzi, Azərbaycan Milli Kulinariya Assosiasiyasının təşkilatçılığı ilə Qəbələ rayonunda təşkil olunacaq V Beynəlxalq Qəbələ Mürəbbə Festivalına dəvət edirik.


Diqqətinizə çatdırırıq ki, tədbirdə 25 xarici ölkə komandası, Ümumdünya Kulinariya Təşkilatı (WAKS) - ın prezdenti Tomas Gugler iştirak edəcək.


Tədbirdə Milli Məclis üzvləri ictimai, siyasi xadimlər, nazirliklərin və dövlət qurumlarının nümayəndələri, diplomatik nümayəndəliklər iştirak edəcək. Tədbirdə çıxışlar, mükafatlandırma, konsert proqramı, ziyafət təşkil olunacaq.


Azərbaycanın 50- yə yaxın bölgəsi və sənaye üsulu ilə mürəbbə istehsal edən müəssisələr iştirak edəcək.Hər iştirakçı 8 növ mürəbbə ilə təmsil olunacaq. Festivalda bölgələr üzrə ayrılmış yerlərdə hər bir bölgə və xarici iştirakçı üçün xarakterik olan mürrəbə məhsullarının və əl işlərinin sərgisi təşkil olunacaq.Festivalın rəsmi açılışı 26 avqust saat 1200 –da olacaq. Tədbir Qəbələ rayonu «Qafqaz Karvansaray» oteldə keciriləçək.