“Neftçi”nin baş məşqçisi Elxan Abdullayev istefa verib -

“Neftçi”nin baş məşqçisi Elxan Abdullayev istefa verib

“Neftçi”nin baş məşqçisi Elxan Abdullayev istefa verib.

 

AZƏRTAC kluba istinadla xəbər verir ki, istefa ərizəsi ilə “Neftçi”nin rəhbərliyinə müraciət edən mütəxəssisin ərizəsi qəbul edilib.

 

E.Abdullayev bildirib ki, hər şeydən əvvəl “Neftçi”nin rəhbərliyinə mənə inandığı və şans verdiyi üçün minnətdarlığımı bildirirəm. Üçillik müqaviləmin qüvvədə olmasına rəğmən, komandanın ilk iki turda göstərdiyi nəticələrin məsuliyyətini üzərimə götürərək istefa verdim. Bu qərar heç də asan başa gəlmədi və hər hansı bir kənar təzyiqlə bağlı deyil. Mübariz bir insan kimi indiyədək hansısa təzyiq və tənqidlərdən çəkinməmişəm. Sadəcə, son nəticələri “Neftçi”nin böyük tarixinə yaraşdırmadım. Hər şeydən maksimum əldə etməyə çalışan bir insanam və bu çətin vəziyyətdən çıxış yolunu getməkdə gördüm. Ümid edirəm ki, bu qərarım “Neftçi”yə yalnız xeyir verər. Klubda çalışdığım müddətdə mənə inanan və dəstək olan hər kəsə, hər bir azarkeşə təşəkkür borcluyam”.