Yuğ Dövlət Teatrı beynəlxalq festivalda -

Yuğ Dövlət Teatrı beynəlxalq festivalda

Xəbər verdiyimiz kimi, 24-28 avqust tarixlərində Qazaxıstanın Aktau şəhərində Xəzəryanı Ölkələrin Birinci Beynəlxalq Teatr Festivalı keçirilir. Festival Qazaxıstanın xalq artisti Asanali Aşimovun 80 illik yubileyinə həsr olunub. Festivalda Azərbaycanı təmsil edən Yuğ Dövlət Teatrının yaradıcı heyəti artıq Qazaxıstandadır. Teatr Mikayıl Mikayılovun quruluşunda hazırlanmış “Medeya. Sekvensiya 01” tamaşası ilə 26 avqust tarixində qazaxıstanlı tamaşaçıların görüşünə çıxacaq.


Festivalda Yuğ Dövlət Teatrı ilə (Azərbaycan) yanaşı, “Ayna” teatr qrupu (İran), Noqay Dövlət Dram Teatrı (Dağıstan), Həştərxan Dövlət Dram Teatrı (Həştərxan), Auezov adına Qazax Dövlət Akademik Dram teatrı, Janturina adına Musiqili Dram teatrı (Qazaxıstan) və başqa teatrlar iştirak edir.


Beynəlxalq tərkibli münsiflər heyətində Azərbaycanı sənətşünaslıq üzrə elmlər doktoru, professor İsrafil İsrafilov təmsil edir.


 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !