XƏBƏR SAYTI
AZpress.AZ - VİDEO-FOTO İNFORMASİYA AGENTLİYİNİN XƏBƏR SAYTI
Axtar
Axtar
Youtube Twiter facebook Instagram Home E-mail
AZE
ENG
RUS
AzpressTV

İlham Əliyev Nyu-Yorkda “BMT islahatlarına dair siyasi bəyannaməyə dəstək” adlı yüksək səviyyəli tədbirdə iştirak edib
STOP KADR + YADA DÜŞƏR XATİRƏLƏR
Facebook Twitter Google Myspace
SİFARİŞİNİZİ VERİN...
Ölümə alınmış bilet (romandan parça)
Tarix: 25-8-2017 // saat: 20:25   STOP KADR + YADA DÜŞƏR XATİRƏLƏR
Hörmətli oxucu!
Sizə təqdim etdiyim bu ədəbi nümunə bu günlərdə dünyasını dəyişmiş dostumuz... 
Hörmətli oxucu!

Sizə təqdim etdiyim bu ədəbi nümunə bu günlərdə dünyasını dəyişmiş dostumuz, həmkarımız, “Təhsil” nəşriyyatının yaradıcısı və Baş direktoru, Əməkdar mədəniyyət işçisi Bəhruz Axundovun macal tapıb cəmi iki kiçik bölməsini yaza bildiyi “Ölümə alınmış bilet” adlı həyat romanındandır. Bu ədəbi mətni Bəhruz müəllimin oğlu Tural Axundov elə-belə, tanışlıq üçün mənə vermişdi. Oxudum! “Ölümdən qorxmuram” deyən Bəhruz Axundovu həyatda olduğu kimi, bu yazıda da gözünü qırpmadan ÖLÜMÜN üstünə yeriyən gördüm. Onun qaranlıqda, olumla ölüm arasında, ölümün bir addımlığında necə təlaşla, həyəcanla İŞIQ axtardığını bütün varlığımla duydum. Bəhruzun ağır cərrahiyyə əməliyyatından sonra gözlərini açıb ətrafa baxmağa taqəti olmadığı bir vaxtda yaddaşının qaranlığında axtardığı İŞIQ isə sən demə, qızı Pərvanə imiş! Ona “canından can, ciyərindən pay” vermiş qızı Pərvanə! Atasının həyatda qalması üçün canından belə keçməyə hazır olan Pərvanə!
 
Doğrudan da, Pərvanə xanımın fədakarlığı yazılmamış bir romandı. Bu romanı da elə Bəhruz Axundov özü yaza bilərdi. Təəssüf ki, əcəl ona macal vermədi. Ancaq oxuculara təqdim etdiyimiz bu kiçik həyat romanından da çox-çox dəyərlər əxz edə bilərik.
 
Hörmətlə, Mustafa Çəmənli
 
Bəhruz AXUNDOV
 
I.
Qəbir kimi qaranlıq bir yer idi. Hər yan zülmətə qərq olmuşdu. Küt bir uğultu vardı qulaqlarımda. Bir yaşam işartısı axtarırdım - tapmadım. Tərpənmək istədim. Yox, heç bir əzamı hiss etmirdim. Nə isə bir şey düşünmək istədim - onu da bacarmadım. Elə bil başıma, beynimin yerinə küt bir şey qoymuşdular. Bu dünyada, yaxud o dünyada olduğumu tutdura bilmirdim - sağammı, ölmüşəmmi?
İlahi, görəsən, ölüm beləmi olurmuş?.. İndi mən ruhammı?.. O dünya beləmi olurmuş, qapqaranlıq? Bəs deyirdilər o dünyada bağ belə, bostan belə, filan belə, bəşman belə. Bəlkə, bizi aldadırmışlar? Bir də kim nə bilir ki, o dünyada nə var, nə yox?! Kim gedib qayıdıb ordan?.. Bəlkə, onların heç biri mənlik deyilmiş, haqq etməmişəm onları? Bəs onda 60 il mən niyə yaşamış, necə yaşamış, nəyi haqq etmişəm? Sadəcə ömürmü sürmüşəm? Bəs hər kəs mənə deyirdi ki, “Sən yaxşı adamsan. Haqq iş görürsən. Kimsəsizə sahib çıxırsan, kasıb-kusuba əl tutan, çörək verən adamsan?” - bunlardamı yalan deyirmişlər? Amma bu qədər də yalan ola bilərmi?..
Yaxşı ki sağ deyiləm, yoxsa bu suallar, bu yalanlar məni öldürərdi!
Birdən yadıma düşdü ki, axı mən bir dəfə də ölümlə görüşmüşəm - həkimlərin dili ilə desək, “klinik ölüm” keçirmişəm, 20 il əvvəl yol qəzası keçirəndə. Ailəm, uşaqlarım da maşında idi. Amma o vaxt belə olmadı axı, rəhmətlik anam və Südabə (biz ona xalasız-bibisiz, eləcə Sudu deyərdik. Hamımızı anamız qədər sevən və bizim də anamız qədər sevdiyimiz əmimiz arvadı Sudu!) sərhəddə məni qarşılayıb geri yola saldılar. İkisinin də başında ağappaq yaylıq vardı. Həmişə anamdan daha səs-küylü, çılğın olan Sudu bu dəfə də irəli durub mənə səsini qaldırdı. “... Bura heç sizin yerinizdir? Götür uşaqlarını da get burdan, rədd olun, tez rədd olun burdan!”
Bizdən yavaş-yavaş uzaqlaşmağa başladılar, lap filmlərdə olduğu kimi. Bayaqdan gözlərini qırpmadan baxaraq başını yırğalayan anam yumruğunu çənəsi önündə titrədərək... “Onlara denən ki, gəlib onları bax, bu dişlərimlə didərəm”. Bu zaman bəmbəyaz yaylığı başından sürüşüb çiyninə düşdü və mən onun çoxdan həsrət qaldığım səliqə ilə daranıb cığır açılmış ağ saçlarını gördüm. “Kimlərə, ana? Niyə?..” deyə soruşmaq istədim, amma onlar sürətlə uzaqlaşdılar. Bu anda kimsə məni vurdu və mən ayıldım...
İndi isə...
Bəlkə indi də vuracaqlar? Bəlkə, mən hələ yoldayam, heç ora gedib çatmamışam?.. Ora bu qədər uzaqdımı? Bəs deyirdilər “ölüm gözlə qaşın arasındadır?” Amma gözlə qaşın arasında nə qədər məsafə olduğunu da bilmirik axı...
...Qulaqlarımda bir səs formalaşmağa başladı: “düt..., düt..., düt”. Sərrast eşidirdim. Olduqca dəqiq və ritmik. Allah, bu səs axı çox tanış səsdir... Yadıma düşdü. Filmlərdə bu səs qəlb, ürək döyüntüsünün səsidir: “düt..., düt..., düt”. O makinanın adı yadımdan çıxıb.
...Deməli, mən sağam və xəstəxanada ağır xəstələrin qoyulduğu yerdəyəm? Reanimasiyada! Türklər bu yerə “yoğun bakım” deyirlər (məncə, daha anlaşıqlıdı). İnşallah bu səs başqa xəstənin qəlbinin səsi deyil... Alnıma sərin, məlhəm kimi bir əl qoyulduğunu duydum. Başımın isindiyini, beynimdə qanın işlədiyini hiss etdim. Bir də onu hiss etdim ki, ağzım, dodaqlarım taxta kimi qupquru quruyub, bəlkə də, dilimin üstü quruduğundan çat-çat olmuşdu. Kimsə dodaqlarımı nəm, sərin tamponla ehmalca sildi. Mən “yenə istəyirəm” işarəsi olaraq ağzımı açıb-yummağa çalışdım və dilimin üstünə bir neçə damcı su sıxıldığını hiss etdim. Bu bir neçə damcı su mənim üçün o anda həyat qədər qiymətli idi. Gözümün önünə Qarabağ meşələrinin bumbuz, bal kimi suları gəldi. Bardaq-bardaq doldurub içərdik, doymayıb yenə içərdik...
... Həmin xeyirxah, şəfqətli əl göz yaşlarımı sildi. Amma niyə ağladığımı bilmədim. - “Abi, aç gözlərini, hər şey çok iyidir, biz beklediyimizdən daha iyi”. Səsi tanıdım. Mənim doktorum, canlı qaraciyər və böyrək nəqli üzrə dünyanın çox tanınmış cərrahı, doktor-professor Sedat Karademirin səsi idi. O mənə “abi”, mən isə “qardaş” deyirdim ona.
Sərin, məhrəm bir əl zorla hiss etdiyim əlimi tutdu. Yəqin ki, yanımdakı həmkarlarına: “Arkadaş, yüzlərlə karaciyer nakli ameliyyatı yapdık, böyle möcüzeli şekilde kolay ameliyyat görmedim, - dedi. - Maşallah, abimin de canı taş gibiymiş”.
Mən bütün gücümü toplayıb onun əlini sıxmağa çalışdım. O da bayaqdan sığalladığı əlimi yüngülcə sıxdı.
- Abi, aç gözlerini. Her şey çok iyidir. Parvana kızım da çok iyidir. Bir özünə gel, sizi görüşdürecem. Aç gözlerini.
Tanımadığım bir səs:
- Hocam, rahat olun, bir kaç dakikaya tam ayılacakdır. İstersiniz benim odama geçelim.
Artıq ətrafı hiss edirdim, səsləri, danışığı aydın eşidirdim. İlk dəfə əlimi də hiss etdim. Mən ölmədiyimi, yaşadığımı dərk etdim. Müasir tibbin ən çətin, zor əməliyyatı sayılan canlı qaraciyər nəqli (köçürməsi) cərrahi əməliyyatı da, doktorum demiş, iyi keçmişdi. Bəs mən niyə hələ də zülmətdəyəm?
Nə qədər gülməli olsa da, başa düşdüm ki, gözlərim qapalıdır axı. Açmaq istədim. Bacarmadım. Elə bil kirpiklərim bir-birinə yapışmışdı. Birdən mənə elə gəldi ki, mən o dünya ilə bu dünya arasında çırpınıram və bu an hər şey gözlərimi aça bilib-bilməməyimdən asılıdır.
Bütün gücümü toplayıb bir də cəhd etdim. İlahi, elə bil dünyanın bütün ağırlığı göz qapaqlarımın üstünə yığılmışdı. Bir də güc verdim, ... bir də..., bir də...
Nəhayət, sanki, bir-birinə kilidlənmiş göz qapaqlarımı azca aralaya bildim və kirpiklərimin arasında xəfif bir işıq zolağı hiss etdim. Qatı dumanın arasından düşən günəş şüası kimi tor idi. Amma sonunda bir işıq idi və bu, mənim yaşam sübutum idi. Bəli, mən yaşayırdım. Gözlərim bir də yaşardı, ancaq bu dəfə silən olmadı.
Yavaş-yavaş gözlərim önündəki duman da çəkildi və mən artıq yarıqaranlıq ətrafımı aydın görməyə başladım. Göz qapaqlarımdakı ağırlıq isə (əvvəlki qədər olmasa da) getmirdi. Yumulan gözlərimi sanki bir də açılmayacağından qorxduğum üçün nə qədər açıq saxlamağa çalışsam da, bacarmırdım...
Məni bir də başlarını yüngülcə başıma söykəyərək xısın-xısın ağlayan iki nəfərin yanağıma düşən göz yaşları ayıltdı. Nəfəslərindən tanıdım: oğlanlarım Toğrul ilə Tural idi və yanağıma düşən damlalar da yəqin ki, sevinc göz yaşları idi.
- Ata, gözlərini aç... Ata, Allaha şükür, hər şey... yaxşı oldu...
- Ata, qurban olum, ata... Allah səni bizə bağışladı... aç gözlərini.
Qulağıma pıçıldayan səslərin məni necə kövrəltdiyini təsəvvür edin. İçim qaynadı. Başlarını yüngülcə başıma söykəmiş, əllərimi əllərinə almış oğlanlarımın ürək döyüntülərini hiss edirdim. Bu, mənim makinaya qoşulmuş ürəyimin səsi ilə üst-üstə düşürdü. Bəli, o an üçümüzün də qəlbimiz eyni çırpınırdı. Amma çox keçmədi ki, makinadan eşidilən ürək döyüntülərimin səsi tezləşməyə başladı. Gözlərimi açmaqdan, səsimi çıxarıb bir söz söyləməkdən qorxurdum. Dilim-ağzım taxta kimi qurumuşdu. Canından mənə can vermiş qızımdan çox nigaran idim. “Qızım Pərvanə” demək üçün bütün gücümü topladım. Amma deyə bilmədim. “P... P...” deyib qaldım. Ancaq məni duydular.
- Bəhruz, Pərvanə də lap yaxşıdı. Nigaran qalma... Bəhruz, qurban olum, gözlərini aç. Bizi eşidirsənsə, bir işarə ver...
Bu titrəyən səsi dərhal tanıdım. Həyatım mənim, övladlarımızın yolunda özünü fəda etmiş ömür-gün yoldaşımın səsi idi.
Yaşadığımı, onları duyduğumu bildirmək üçün gücüm boğazımı xəfifcə arıtlamağa çatdı.
- Hanım efendi, beyler, lütfen hastanı sakin burakırmısınız? Vaktiniz bitti. Doktorlarımız da geldi, lütfen çıkarmısınız? O, sizi duyur. O üzden de stresi artır.
- He! Görüşdünüzmü? Abimin durumu nasıl?
- Doktor...
- Bey efendi, lütfen çıkarmısınız. Hocam, hastanın tansiyonu yükselmiş.
- Tamam, tamam, çıkırlar.
Bizimkilər doktora bir daha təşəkkür edib çıxdılar.
Sedat hoca ətrafımdakı aparatlara diqqətlə göz gəzdirib - dur, dur, bir dakika, hastanı makinadan ayırmağı kim söyledi?
- Hocam...
- Siz çıldırdınızmı? Adamın ameliyyattan çıkdığı ne kadardır ki, siz onu makinadan ayırırsınız?
- Hocam, biz ayırmadıq ki?
- Kim ayırdı, kızım? Adamın kendimi kalkdı ayırdı?
- Yok... Zaten... He... bizim hoca da geldi. Hocam, anlatırmısınız?
- Sedat bey, hocam makina hastanı otomatik özü ayırdı. Bir daha bağladık, bir de ayırdı, ama...
- Hocam, ama ne?
- Gerekli kontrollarımızı yapdık və yapmağa da devam ediyoruz. Şükürler olsun. Her şey iyi. Behruz bey normal olaraq oyandı, gözlerini açtı ve tebii ki, bir de uyudu...
- Son kontrol sonuçlarını həmən gösterin. Allah-allah...
... Mən bunların hamısını eşidir, lakin gözlərimi açmırdım. Sanki nədənsə qorxurdum. Bir-iki dəqiqə sükutdan sonra (yəqin ki, son analizlərə və s. baxırdı) Sedat Karademir hər şeydən razı halda:
- Bu da bir mucüze. Hocam, bunca ameliyyatlar yapdık, hiç böylesini gördünmü? Maşallah abim taş gibidir. Hele bir gözlerini de kapamış. Dur, ben onun gözlerini açmasını bilirim. He, bak, Parvana kızım da geldi.
Hisslərim bir anlıq riqqətə gəldi. Mənə canından can, ciyərindən pay vermiş qızımı gətirmişdilər. Gözlərimi nə zaman açdığımı, hətta başımı bir az yuxarı qaldırdığımı bilmədim:
- Ata... Necəsən, ata?.. Bax, mən yaxşıyam. Allaha şükür hər şey yaxşı keçdi. Sənə... qurban olum... ata... sən necəsən?
Kövrəlmişdim. Həyəcandan əllərim, dodaqlarım əsirdi. Bütün gücümü toplayıb “qızım” demək istədim. Ağzımdan əcaib kobud səslər çıxdı - lal adamların kəkələməyi kimi. Çox həssas adam olan doktor Sedat qupquru ağzımda həm də dişlərimin olmadığını dərhal başa düşdü. Əlini yastıqdan zorla ayırdığım başımın altına qoydu. Qızımı yaxşı görmək üçün başımı bir az da qaldırdı:
- Abimin dişlerini getirin. Aziza hanım, lütfen, abime yardım edermisiniz.
Süni dişlərimi gətirdilər. Sedat bəy “dur, dur” deyərək hemşirenin (tibb bacısının) əlindən yaş tamponu alaraq dodaqlarımı sildi və tamponda qalan suyu dilimin üstünə sıxdı.
5-6 dolu damcı su nəinki taxta kimi qurumuş dilimi-ağzımı, hətta boğazımı belə islatmağa bəs etdi:
- Qızım, aslan qızım..., nətəhərsən?
- Yaxşıyam, ata, sən necəsən?
- Əlayam... aslan qızım..., səni gördüm, ə... əladan da... əla oldum.
- Lap yaxşı olacaqsan, ata, Allah səni bizə bağışladı.
Heç vaxt olmadığı qədər kövrəlmişdim. Əməliyyata girəndə ölümə meydan oxuyan məğrur səsim, gülümsəyən dodaqlarım titrəyirdi. Ona görə də kövrəldiyimi qızıma bildirməmək üçün danışmamağa çalışır, yüngülcə başımı tərpədib, reaksiyamı bildirirdim.
Kövrəldiyimi hiss edən doktor sol əli ilə tutduğu başımı ehmallıca yastığa qoyaraq:
- Tamam, hastalarımızı fazla yormayalım.
Bu vaxt ortaboylu bir həmşirə ağzında Azərbaycan oyun havası çala-çala qol açıb oynamağa başladı. Hamının təbəssümünə və marağına səbəb olan və oynaya-oynaya mənə yaxınlaşan bu qadına baxanda başa düşdüm ki, bu həmşirə deyil, həmşirə libası geymiş mənim bacım qızı Kəmalədir.
- Bəsdi, Kəmalə, başqa xəstələr də var, ayıbdı.
Bu isə oğlum Toğrulun səsi idi. Qələbəlik olan ətrafıma baxanda oğlanlarımın da, həyat yoldaşımın da hələ burada olduqlarını gördüm. Sadəcə onlara cərrah xalatı, papağı və ağızlarına qoruyucu nəfəslik geyindirildiyi üçün (ancaq gözləri görünürdü) diqqəti cəlb etmirdilər. Onları yoğun bakıma bütün xəstəxanada böyük hörmətə malik, sözü keçərli olan dahi cərrah Sedat Karademirin xahişi ilə buraxmışdılar. Elə doktorun özü də bu fürsətdən sui-istifadə edən ailə üzvlərimə görüşün başa çatdığını xatırlatdı:
- He, tamam, zamanımız bitti, çıkalımmı? Zaten Parvaneni hemen, abimi de bir-iki saatden sonra özel odalarına çıkardacağız. Orada könlünüz istediği kadar göre bileceksiniz.
Əlini alnıma qoydu. Mənə doğru əyilib astadan:
- Abi, her şey iyi gidiyor. Bir az toparlan, seni de yuxarı alacayız.
Hər kəs getdi. Mən yenə də o yarıqaranlıq yerdə özüm-özümlə tənha qaldım...
Və istər-istəməz həyatımın bu nöqtəsinə qədər son illərdə bu mənfur xəstəlikdən dolayı yaşadığım bəzi məqamlar gözlərimin önündə canlandı.
 
II.
 
Hər zamankı kimi təyyarəyə bilet tapılmır. Bizsə təcili Ankaraya uçmalı idik. Xəstəlik artıq məni üstələmişdi. Yaddaşım pozulmuşdu. Sərrast düşünə bilmirdim. 2-3 həftə ərzində xeyli arıqlamışdım. Rəngim saralmış, gözlərim elə bil çuxura düşmüş, üzümdə xeyli qırışlar əmələ gəlmişdi.
Məni ən çox narahat edən isə doğru-düzgün danışa bilməməyim idi. Fikrimi anlada, səlis cümlələr qura bilmirdim. Ömrümü-günümü söz sənətinə, yazı-pozuya həsr etmiş mən, indi ən sadə fikrimi belə, sözlə ifadə etməkdə çətinlik çəkirdim. Bu isə məni çox əsəbiləşdirirdi. Üç il, demək olar ki, hər gün düşünərək tərəddüd etdiyim bir məsələ artıq qəti bir qərar tələb edirdi və mən o qərarı qəbul etdim: “Əməliyyata girmək”. Bütün vəziyyət təcili olaraq qaraciyərimin dəyişilməsini tələb edirdi. Bu isə elə-belə qərar deyildi. Əzraillə üzləşmək, ölümün gözünə dik baxmaq demək idi. Lakin mən buna hazır idim. Uşaqlar doktorumla danışıb vəziyyəti anlatdılar. O, oğlanlarımla danışdıqdan sonra məni istədi. Uzun danışmadı: “Abi, korkma. Bunlar beklediyimiz şeylerdi. Ama hemen gelin. Uçak biletlerini alan kimi söyleyin ki, ben hemen hastahanede odanı ayırtdırım”.
Mən “Tamam”dan başqa heç nə demədim, - deyə bilmədim. Həm də buna heç lüzum yox idi, hər şey məlum idi. Qarşıdakı bir ölkəyə isə təyyarə bileti tapılmırdı. Dərs ilinin başlanmasına lap az qalması və bizim 5-6 nəfər olmamız vəziyyəti daha da çətinləşdirmişdi. Üç bilet bir az asan tapıldı, o da biznesklasa (baha olduğu üçün onunla az adam uçur). Qalan biletlər isə çətinlik yaratdı. Övladlarımdan heç birini inadından döndərib, qalıb sonra gəlmələrinə razı sala bilmədim. “Ata, sən narahat olma, bileti alacağıq”, - dedilər.
Bütün əlaqələrimizdən, imkanlarımızdan istifadə edib, nəhayət ki, bilet tapa bildik. İşlərimin çoxluğu mənə bədii yaradıcılıqla ürəyim istəyən vaxt məşğul olmağa imkan verməyib. Uçuş müddəti mənim üçün hər zaman daha sərbəst xəyala dalmaq, düşünmək müddəti olmuşdur. Yol gedərkən, təyyarədə uçarkən, ağlıma elə gözəl fikirlər, süjetlər gəlir ki... Amma zaman keçdikcə onları ya unudur, ya da ən azı olduğu kimi xatırlayıb yaza bilmirəm. Ona görə də belə hadisə və fikirləri anında, lap qısa da olsa, qeyd etməlisən. Onlarca dəfə özümə söz vermişəm, amma ya tənbəlliyimdən, ya bu işi bir az sonraya saxlamaq istəyimdən, ya da yaddaşıma boş-boş güvənməyimdən və təbii ki, təcrübəsizliyimdən bu işi görə bilməmiş, hər dəfə də peşmançılığını çəkmişəm.
Bu dəfə isə vəziyyət başqa idi. Mən ölümcül bir xəstəliyin son etapında idim və müasir tibbin ən çətin cərrahi əməliyyatı olan canlı qaraciyər köçürülməsi əməliyyatına, başqa sözlə desək, Əzraillə görüşə gedirdim. İndi təyyarənin biznes salonunda sakit, heç kəsin müdaxilə etmədiyi bir şəraitdə mənim ağlımdan nələr keçdiyini təsəvvür etmək çətin deyil. Amma nə qədər qəribə olsa da, mən, qorxmurdum. Ona görə yox ki, əməliyyatın uğurla keçəcəyinə əmin idim. Xeyr, mən sadəcə ölümdən qorxmurdum. Ölümqabağı əzab çəkməkdən, inləyə-inləyə ölməkdən qorxurdum. Buna görə də cərrahi əməliyyat mənim üçün ən doğru seçim idi. Narkozda özünü hiss etmədiyin bir vəziyyətdə ya oyanlıq, ya buyanlıq. Bu isə Allahın iradəsi idi.
Bəli, mən, ölümə getdiyimi bilirdim. Təyyarə biletinin tapılmaması üzündən mənim bu (ölüm) səfərimə bir neçə gün gecikməyimin yaxşı, yaxud pis işarət olduğunu bilmirdim. Ağlıma gələn o idi ki...
Çətinliklə tapılan bu təyyarə biletini cibimdən çıxarıb diqqətlə baxdım. Yanımda oturmuş həyat yoldaşım bu hərəkətimi yəqin ki, son günlər yaddaşımda və danışığımda olan qüsurlarla bağlayaraq: “Sənin biletindi” - dedi. Mən bileti ona uzadaraq: “Bunu mənim arxivimə qoyarsan” - dedim. O: “Yaxşı, ver saxlayım”. Bir an sonra: “Özün qoyarsan!” - dedi. Baxışları isə “həmişə aeroportdan çıxan kimi atdığın bu bilet sənin nəyinə lazımdır?” deyirdi. Ürəyimdə: “Bu, mənim ölümə çox çətinliklə aldığım biletimdir. İki daşın arasında bu fikrin haradan ağlıma gəldiyini düşünəndə özümü də gülmək tutdu. Axı biletin nə dəxli var ki? Amma özümün bu fikirdən xoşum gəldi. Deməli, yaradıcılıq hissimi hələ itirməmişəm. Gülümsədim”.
İllərin çətinliyini mənimlə birgə yaşamış, məndən daha çox əziyyət, dərd çəkən və heç vaxt mənim aldığım bir qərara qarşı çıxmayan, bir sözümü iki etməyən ömür-gün yoldaşım bu dəfə də hisslərini gizlətməyə çalışaraq gülümsədi və ona uzatdığım minik talonunu alaraq çantasına qoydu. Kədərini gizlədə bilmədiyi gözlərilə bir də mənə baxdı və: “Özün qoyarsan” - dedi və ikimiz də gülümsədik.
 
Hörmətli oxucu, MƏQALƏYƏ MÜNASİBƏTİNİ YAZ : *
Sayı : (0)
Adınız
E-poçt ünvanınız
Rəy əlavə et
Cod
* (Hörmətli OXUCU!
1. Təqdim olunan materiala münasibətinizi əks etdirən qeyd və məqaləni aşağıdakı foruma daxil olmaqla yerləşdirə bilərsiniz.
2. Daha geniş material yerləşdirmək fikriniz varsa, AzPRESS-Blogsadaxil olub, blogs-səhifənizi açin ve müntəzəm olaraq çıxışlarınızı, fotoreportajlarınızı təqdim edin ... )
XƏBƏR - STOP KADR + YADA DÜŞƏR XATİRƏLƏR
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı oktyabr ayında sayca 3-cü Beynəlxalq teatr festivalında iştirak edəcək
Tarix: 22-9-2017 // saat: 21:30
Aktrisa Kəmalə Hüseynova Beynəlxalq diploma layiq görüldü
Tarix: 22-9-2017 // saat: 21:18
“MUSİQİ GÜNÜ”
Tarix: 21-9-2017 // saat: 23:56
3 Oktyabr Nizami Kinoteatrında “BIG BUBBLE ƏMƏLİYYATI” nın təqdimatı - treyler
Tarix: 21-9-2017 // saat: 23:54
Ü.Hacıbəyli IX Beynəlxalq Musiqi Festivalı (21.09.2017)
Tarix: 21-9-2017 // saat: 23:40
  !  © Müəllif hüquqları qorunur !
Məlumatdan istifadə etdikdə istinad mütləqdir !
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!! 
 
 
SON XƏBƏRLƏR
22.9.2017  22:40
Lütfi Zadənin nəşinin Bakıya gətirilməsi üçün hazırlıqlar davam edir
22.9.2017  22:30
Yaddaş pozulanda...
22.9.2017  22:29
Xəstəxanadakı xəstələrin şəklini çəkərək yaydı VİDEO
22.9.2017  22:21
Ofis işçilərinin zəlzələ zamanı qorxu dolu anları VİDEO
22.9.2017  22:12
Nadir hallarda görülən ağ balina VİDEO
22.9.2017  22:07
Bütün avtomobil modellərini sayan uşaq VİDEO
22.9.2017  21:49
İndoneziya səfiri ADU-da dərs keçib
22.9.2017  21:41
ADAU-nun Baytarlıq Klinikası tibbi xidmətlər təklif edir
22.9.2017  21:30
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı oktyabr ayında sayca 3-cü Beynəlxalq teatr festivalında iştirak edəcək
22.9.2017  21:18
Aktrisa Kəmalə Hüseynova Beynəlxalq diploma layiq görüldü
22.9.2017  21:00
Gəncə Dövlət Universitetində gənclərə multikultural dəyərlər aşılanıb
22.9.2017  20:29
QICS-e YOX deyek
22.9.2017  20:11
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında yeni magistr ixtisaslarının tədrisinə start verildi
22.9.2017  18:50
Şirinxanım Kərimbəyli ŞADİMAN OĞRU
22.9.2017  18:15
Ağcabədi rayonunda pambıq yığımı uğurla davam edir. + FOTO ( AZpress.AZ - Mais Ibrahimov, Ağcabədi )
21.9.2017  23:58
İlham Əliyev BMT-nin Baş Assambleyasının 72-ci sessiyasının açılışında çıxış edib
21.9.2017  23:57
İlham Əliyev ABŞ Prezidenti Donald Trampın və xanımının adından təşkil olunmuş qəbulda iştirak edib
21.9.2017  23:56
“MUSİQİ GÜNÜ”
21.9.2017  23:55
Elmar VÜQARLI: Azərbaycan Yazıçılar Birliyi bir-iki nəfərin təşkilatı deyil.
21.9.2017  23:54
3 Oktyabr Nizami Kinoteatrında “BIG BUBBLE ƏMƏLİYYATI” nın təqdimatı - treyler
21.9.2017  23:53
UNEC rektoru prezident təqaüdçüləri ilə görüşüb: “Yaşıdlarınıza örnəksiniz”
21.9.2017  23:50
Yeni tədris ilində UNEC-in ilk Elmi Şurasından mühüm məqamlar
21.9.2017  23:40
Ü.Hacıbəyli IX Beynəlxalq Musiqi Festivalı (21.09.2017)
21.9.2017  23:11
İlham Əliyev BMT-nin baş qərargahında ümumi müzakirələrin açılışında iştirak edib
21.9.2017  21:52
Təhsil müəssisələrində təhlükəsizlik nə dərəcədə təmin olunur? VİDEO
21.9.2017  21:18
Dayənin 9 aylıq uşaqla vəhşi rəftarı VİDEO
21.9.2017  21:07
33700 min xırda puldan qaraj bəzəyi VİDEO
21.9.2017  19:48
Ağcabədidə Kaspi Abituriyent filialının açlışı oldu + FOTO ( AZpress.AZ - Mais Ibrahimov, Ağcabədi )
21.9.2017  19:25
SOCAR-ın prezidenti Rövnəq Abdullayev Sumqayıtda olmuşdur
21.9.2017  19:18
Dovşan ov itlərinin nəfəsini kəsdi VİDEO
21.9.2017  16:59
Lənkəranda yeni teatr mövsümü başlayıb + FOTO (AZpress.AZ – Ağaddin Babayev, Lənkəran)
21.9.2017  16:44
Bəxtiyar SADIQOV: 100-ə QƏDƏM QOYARKƏN
21.9.2017  11:44
Bakı Dövlət Universitetində akademik Rəfiqə Əliyevanın 85 illik yubileyi qeyd edilib + FOTO ( AZpress.AZ - Nəriman İsmayılov )
21.9.2017  09:57
Ağcabədidə əmək yarmarkası keçrilib + FOTO ( AZpress.AZ - Mais Ibrahimov, Ağcabədi )
21.9.2017  00:30
Cavadxan QASIMOV : ƏSRİN MÜQAVİLƏSİ: YENİ ƏSRDƏ UĞURLU TƏŞƏBBÜSLƏR
20.9.2017  23:59
Milli Aviasiya Akademiyasında Heydər Əliyev və Mülki Aviasiya Muzeylərinə ekskursiyası
20.9.2017  23:22
Beynəlxalq Muğam Mərkəzində “İki qəlbin dastanı” adlı kamera musiqi gecesi təqdim edildi. + FOTO ( AZpress.AZ - Nəriman İsmayılov )
20.9.2017  22:36
UNEC müəllimi Almaniyada ən müasir bilikləri təqdim edir
20.9.2017  21:30
İŞİD-dən təmizlənən ərazidə tapılan azərbaycanlı uşağın görüntüləri VİDEO
20.9.2017  21:04
Meksikada zəlzələ zamanı binanın uçma anı VİDEO
Arxivə keçid >>>
> SENTYABR 2017
Mo Di Mi Do Fr Sa So
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 1
MÜƏLLİFLƏRİMİZ (son 10-luq)
»» Şirinxanım Kərimbəyli Şadiman
»» MAİS İbrahimov (AĞCABƏDİ)
»» Ağaddin Babayev ( Lənkəran )
»» Nəriman İsmayılov
»» Aida Eyvazova
»» Azər Həsrət
»» Maya Quliyeva
»» Ramin Qurbanov
»» Ağalar İDRİSOĞLU
»» Rəhman Orxan
Müəlliflər ( ARXİV )
MÜƏLLİFLƏRİMİZ : TƏŞKİLAT-QURUMLAR (son 5-lik)
»» ADU - Azərbaycan Dillər Universitetində
»» Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (ARGTMŞ)
»» Azərbaycan Məbuat Şurası
»» MEHRİBAN ƏLİYEVA
»» ATGTİ
Təşkilatlar ( ARXİV )
Sorğular:
Sevimli TELEVİZİYA kanalına SƏS VER...
Rus TV-ləri
ATV
İCTİMAİ
LİDER
XƏZƏR
Türk TV-ləri
AzTV
İDMAN
MƏDƏNİYYƏT
SPACE
ANS
TV -yə BAXMIRAM
Avropa TV kanallar
yerli rayon və şəhər TV kanalı
Amerika TV kanallar
Asiya TV kanallar
Ümumi səslər : 15563
MƏTBUAT
http://sehm.az