Kanalda batan iki qardaşın axtarışları davam edir. YENİLƏNDİ - saat 20.08-ə olan məlumat

saat 20:08 ...

 

...dünen gece baş veren hadiseyle eleqadar , uşaqların axtarışına Mingeçevir sudan xilas etme qrupu qoşulmuşdu. Bu gün saat 16 .00 radelerinde uşağın birinin, 11 yaşlı olanın meyidi tapıldı. Ele o vaxtlarda da axtarışa Selyan rayon regional idaresinin sudan xilasetme qrupu da qoşuldu.
Maşın ve 13 yaşlı uşaq ise hele de tapılmayıb. Artıq gece düşdüyünden axtarış dayandırılıb. Buna etiraz eden Berde rayon Beciravan ve etraf kend camaatı Yevlax- Behramtepe magistral yolunu bağlayıblar. Artıq 1 saatdan artıqdır ki , camaat yoldan çekilmir. Eraziye Berde rayon Polis Şöbesinin emekdaşları celb olunub. Camaatla polis arasında insident yaransa da , ehali yoldan çekilmek niyyetinde deyiller.

 

***

 

Bərdə rayonu ərazisində avtomobilin Yuxarı Qarabağ kanalına düşməni nəticəsində kanalda batan 11 və 13 yaşlı qardaçların axtarışı davam etsə də hələki bir nəticə əldə edilməyib. Hazırda Fövqaladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə fasiləsiz axtarış xilas etmə işlərini davam etdirsələrdə nə maşından nə də iki qardaşın talehindən bir xəbər yoxdur.

Xatırlatma: Bərdə rayonunda avtomobilin kanala aşması nəticəsində iki qardaş kanalda batıb. Hadisə rayonun Bəcirəvan kəndində baş verib. Bölgə müxbirinin xəbərinə görə kənd sakini Abdullayev Akif Şahmalı oğlunun idarə etdiyi "VAZ 21011" markalı avtomobil ərazidən keçən Yuxarı Qarabağ kanalına aşıb. Maşında olan sürücü Akif Abdulllayev sudan çıxsa da maşında sərnişin olan qardaşı nəvələri 11 yaşlı Əsədov Asif Qulu oğlu və 13 yaşlı Əsədov Mirələm Qulu oğlu kanalda boğulub.

Hazırda Fövqaladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunub. Axtarışlar davam etdirilir.


Bərdə