Oğlanlar arasında stritbol üzrə turnir keçirilmişdir

 Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən 2004 – 2006-cı il təvəllüdlü oğlanlar arasında stritbol üzrə turnir keçirilmişdir. Oyunlar Səbail rayonu 91 nömrəli tam orta məktəbin idman zalında keçirilmişdir. Yarışda 12 komanda tərkibində 72 nəfər iştirak etmişdir. Yarışda I yeri Sahil komandası, II yeri Bayıl komandası, III yeri Azəri komandası tutmuşdur. Sonda qalib komandaların üzvləri Baş İdarə tərəfindən müvafiq dərəcəli diplomlar və medallarla təltif olunmuşlar.